Unibank biznes sahiblərinin işini asanlaşdırmaq üçün yeni layihə təqdim edir
®Unibank biznes sahiblərinin POS-terminal əldə etməsi və istifadə prosesini xeyli asanlaşdırıb. Bankın Omnitech şirkəti ilə əməkdaşlığa başlaması, sahibkarlara POS-terminal və kassa aparatlarının çox rahatlıqla əldə edilməsi imkanı yaratmaqla yanaşı, bir sıra güzəştlər və üstünlüklər də qazandırır. Sahibkarlar Omnitech şirkəti tərəfindən müasir tələblərə cavab verən və bank tərəfindən yüksək proqram təminatı ilə əhatə olunan POS-terminallarla öz fəaiyyətlərini çox rahatlıqla həyata keçirə biləcəklər.
Bu əməkdaşlıq biznes sahiblərinə aşağıdakı üstünlükləri qazandırır:
Rahat müraciət prosesi: Müştərilər POS-terminal və kassa funksiyalarını özündə birləşdirən unikal cihaz üçün birbaşa Omnitech vasitəsilə müraciət edə bilər, banka getməyə ehtiyac yoxdur.
Sürətli hesab açılışı: Omnitech müştərinin bank hesabını onlayn açmasına kömək edir və müraciəti birbaşa "Unibank"a yönləndirir.
Sadələşdirilmiş müqavilə: Müştərilər banka ayrıca müraciət etmədən, Omnitech və Unibank ilə üçtərəfli müqavilə imzalayır.
Depozit tələbi yoxdur: Müştərilər POS-terminal üçün bankda depozit saxlamaq məcburiyyətində deyil.
Dövriyyə tələbi yoxdur: POS-terminal xidməti üçün müəyyən dövriyyə məhdudiyyəti qoyulmur.
Çatdırılma və texniki dəstək: Cihazların quraşdırılması və dəstək xidməti Omnitech tərəfindən həyata keçirilir;
Çoxfunksiyalı cihaz: Eyni terminal vasitəsilə həm nağd, həm də nağdsız əməliyyatlar həyata keçirilə bilər.
Tez mədaxil imkanı: POS-terminal vasitəsilə edilən ödənişlər ən qısa müddətdə müştərinin hesabına köçürülür.
Bu layihə biznes sahiblərinin POS-terminal əldə etmə və istifadə etmə prosesini asanlaşdırmaqla yanaşı, daha da əlçatan edir.
Unibank haqqında:
Unibank Azərbaycanın ən böyük özəl banklarındandır. Bankın paytaxtda və regionlarda UTM və filiallardan ibarət geniş xidmət şəbəkəsi mövcuddur. 32 ildən artıq uğurlu kommersiya fəaliyyəti və sosial layihələrdə iştirakına görə beynəlxalq və yerli təşkilatlar tərəfindən çoxsaylı mükafatlara layiq görülüb. Müştərilərin müxtəlif ehtiyaclarını qarşılamaq üçün geniş bir məhsul çeşidi təqdim edən Unibank, həm fərdi, həm də korporativ müştərilərə yüksək keyfiyyətli xidmət göstərir.
Omnitech haqqında:
Omnitech – pərakəndə satış, bank, maliyyə, "Fintek" və "HoReCa" kimi müxtəlif biznes sahələri üçün avadanlıq və proqram təminatının tətbiqi istiqamətində fəaliyyət göstərən innovativ şirkətdir. AR Dövlət Vergilər Xidməti tərəfindən 2019-cu ildən etibarən Omnitech şirkəti "E-Kassa Operatoru" statusu almışdır. Omnitech şirkəti dünya şöhrətli brend-istehsalçıları ilə əməkdaşlıq edərək onların avadanlıqlarının regionda satışını həyata keçirir.
Unibank-Sənin Bankın! / banker.az

Xalq Bank ABŞ dolları üzrə əmanət faizlərini artırdı ®
Bank Kartından Təhlükəsiz İstifadə üçün 10 Əsas Qayda
Azərbaycanda sənaye istehsalı azalıb, avtomobil istehsalı isə 77,2% artıb
Dövlət-özəl tərəfdaşlığı çərçivəsində maliyyə savadlılığı və kibertəhlükəsizlik mövzusunda təlim keçirilib
"Zolotaya Korona" Rusiyadan Gürcüstana pul köçürmələrini bərpa edib
Azərbaycanda ipoteka kreditlərinə böyük tələb – 6848 müraciətdən 1393-ü qeydə alınıb
ADA Universiteti və Bank of Baku-nun təşkil etdiyi II "Mini-MBA" proqramı yekunlaşdı
Yeni yaradılan şirkətə - DÖVLƏT QURUMUNDAN QADAĞA – ƏTRAFLI
Bank Respublika və AccessBank-ın birləşməsinin bazara təsiri açıqlanıb
Françayzinq nədir və necə olur?
Dizaynerlər üçün TOP-5 Freelance sayt
Hazır bizneslərdə ən çox edilən 5 səhv
CV hazırlayarkən buraxılan 5 səhv