Vüqar Bayramov: "Yazılı mediaya reklam verən şirkətlərə güzəşt tətbiq olunmalıdır"
"Medianın reklam gəlirləri kifayət qədər azdır. 2021-ci ildə medianın 42,3 mln. manatlıq gəliri olub".
Deputatlar mediaya vergi güzəştlərinin 3 il deyil - 5 OLMASINI TƏKLİF EDİBLƏR
FED.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında deputat Vüqar Bayramov bildirib.
Vüqar Bayramov deyib ki, bu gəlirlərin 36 mln. manatı televiziyanın payına düşür:
"İxtisaslaşmış medianın reklam gəlirləri kifayət qədər azdır. Yazılı və ixtisaslaşmış mediaya reklam verməyi təşviq etmək lazımdır. Vergi Məcəlləsində dəyişiklik edilərək reklam verən şirkətlərə güzəştlər tətbiq edilməsi və vergi güzəştlərinə baxılması lazımdır ki, bu, Biznesi mediaya reklam verməyə təşviq etsin. Ötən il sosial media gəlirlərin əhəmiyyətli dərəcədə hissəsini götürüb. Azərbaycanda sosial medianın gəlirləri, yazılı mediadan daha çoxdur və olacaq da. Biznes sosial mediada reklam yerləşdirməkdə daha maraqlıdır, nəinki yazılı mediada. Buna görə də mediaya reklam verilməsinin təşviqi mühümdür. Vergidən azadolma ilə bağlı 3 il qısadır, 5 il daha məqsədəuyğun olardı. Bu məbləğ elə də böyük deyil. Məbləğ artsa belə, büdcədə elə böyük çəkiyə malik olmayacaq. Biznes təşviq olunmayıncaya qədər medianın gəlirlərində kəskin artımlar müşahidə olunmaya bilər". (Apa)

EIB "Bank Respublika" və "AccessBank"ın birləşməsi ilə əldə etdiyi kompensasiyanın detallarını açıqlayıb
BOKT-un mənfəəti 5 dəfəyə yaxın artıb - Kredit portfeli 15,7 milyon manata çatıb
"PAŞA Həyat"ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb
"PAŞA Sığorta"da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb
"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb
"Xalq Həyat"ın mənfəəti artıb, sığorta ödənişləri azalıb
"İpək Yolu Sığorta"nın yığımları 75%, mənfəəti 53% artıb
Dövlət şirkətinin əmlak satışlarının müsabiqə vaxtı uzadıldı
ING: Azərbaycan Mərkəzi Bankı 2027-ci ildə uçot dərəcəsini sabit saxlayacaq
"Bitcoin" 74 min dollardan aşağı düşüb - SON QİYMƏT
Biznes təlimlər və tədris üsulları
ƏDV geri al və onun üstünlükləri
Necə Bitcoin almaq olar?
Layihə menecmenti nədir?
Biznes qurmaq üçün nə lazımdır?