Xalq Bank və Qatar Airways-dən eksklüziv kampaniya
®Xalq Bank 2024-cü ildə "Skytrax World Airline" mükafatı üzrə 8-ci dəfə dünyanın ən yaxşı aviaşirkəti seçilən "Qatar Airways"lə əməkdaşlıq çərçivəsində müştərilərə geniş səyahət imkanları açan növbəti kampaniyaya start verir. Bu gündən başlayan kampaniyada Xalq Bankın istənilən Mastercard və ya Visa ödəniş kartı ilə "Qatar Airways"dən aviabiletləri 12 %-dək endirimlə əldə etmək mümkün olacaq. Müştərilər səhifəsində endirim təklif edilən uçuş istiqamətləri ilə tanış olaraq Xalq Bank kartı ilə ödəniş apararkən sayta avtomatik tətbiq edilmiş QRXALQ24 promokodu ilə endirimdən yararlana biləcəklər.
Qeyd edək ki, endirimlər həm biznes, həm də ekonom sinif uçuşları üçün keçərlidir. Kampaniyada Xalq Bankın bütün Visa və Masterсard ödəniş kartları iştirak edir.
Kampaniya 31.12.2024-cü il tarixədək davam edəcək. Kampaniya zamanı alınmış aviabiletlərin səyahət dövrü isə 31.03.2025-ci il tarixədəkdir.
Təklif yoladüşmə məntəqəsi Heydər Əliyev Beynəlxalq Aeroportu (GYD) olmaqla "Qatar Airways"in Doha şəhəri üzərindən həyata keçirilən tranzit uçuşlarına şamil edilir. Endirimlər Barselona, Madrid, Paris, Kuala Lumpur, Tokio, Maldiv adaları, Bali, Sidney, Toronto, Nyu-York da daxil olmaqla 50-dən çox istiqamətə uçuşlarda keçərlidir.
Xalq Bankın təklif etdiyi ödəniş kartlarını həm geniş filial şəbəkəsindən, həm də linki vasitəsilə keçid edərək onlayn sifariş vermək mümkündür. Bakı ərazisində kartların çatdırılması pulsuzdur.
Bu il fəaliyyətinin 20 ilini qeyd edən Xalq Bank hazırda regionun ən dinamik inkişaf edən maliyyə qurumlarından biridir. Bank müxtəlif alternativ satış kanalları ilə yanaşı, ölkə üzrə 30 filialdan ibarət xidmət şəbəkəsi və peşəkar heyəti ilə müştərilərə müasir və rahat bankçılıq xidmətləri təklif edir.
Xalq Bankın məhsul və xidmətləri barədə məlumatları Bankın filial şəbəkəsindən, rəsmi internet səhifəsindən, 138 Çağrı mərkəzindən, həmçinin müxtəlif sosial şəbəkə səhifələrindən əldə etmək olar. / banker.az

Bank Kartından Təhlükəsiz İstifadə üçün 10 Əsas Qayda
Dövlət-özəl tərəfdaşlığı çərçivəsində maliyyə savadlılığı və kibertəhlükəsizlik mövzusunda təlim keçirilib
"Zolotaya Korona" Rusiyadan Gürcüstana pul köçürmələrini bərpa edib
Azərbaycanda ipoteka kreditlərinə böyük tələb – 6848 müraciətdən 1393-ü qeydə alınıb
ADA Universiteti və Bank of Baku-nun təşkil etdiyi II "Mini-MBA" proqramı yekunlaşdı
Yeni yaradılan şirkətə - DÖVLƏT QURUMUNDAN QADAĞA – ƏTRAFLI
Bank Respublika və AccessBank-ın birləşməsinin bazara təsiri açıqlanıb
Biznesə aid ən yaxşı 10 kitab
Start-up nədir?
Onlayn mağazalarda edilən TOP-5 səhvlər nələrdir?
Fond birjası nədir?
Ən bahalı otellər hansılardır?