Yelo Bank növbəti "Mastercard: Customer Tech Conference"ə ev sahibliyi etdi
®Yelo Bank-ın dəstəyi, "Mastercard Worldwide" beynəlxalq ödəniş sisteminin təşkilatçılığı ilə ölkəmizdə ikinci dəfə "Customer Tech Conference" tədbiri keçirildi. Tədbir Azərbaycanın aparıcı banklarının 70-dən çox nümayəndəsini bir araya gətirərək, maliyyə sahəsindəki ən son tendensiyaları, texnoloji irəliləyişləri və bank gələcəyini formalaşdıran innovasiyaları müzakirə etdi. Yelo Bank-ın baş ofisində keçirilən konfrans iştirakçılar üçün sürətlə inkişaf edən maliyyə ekosisteminin problemlərinin həllini araşdırmaq və fikir mübadiləsi aparmaq üçün unikal platforma rolunu oynayır. Budəfəki konfransın gündəmdə olan mövzuları 2025-ci ilin ikinci rübü üçün gözlənilən yeniliklər, kibertəhlükəsizliyin artırılmasında süni intellektin rolu və Mastercard-ın kriptovalyutalar dünyasındakı irəliləyişləri haqqında idi. Xatırladaq ki, ötən ilin may ayında ölkəmizdə ilk dəfə keçirilən "Customer Tech Conference" tədbirinə də Yelo Bank ev sahibliyi etmişdi.
Yelo Bank olaraq, maliyyə sahəsində innovasiyaların dəstəklənməsinə və beynəlxalq təcrübələrin ölkəmizə gətirilməsinə önəm veririk. Bu kimi tədbirlər yeni texnologiyaları tanımaq, trendləri izləmək və sektorun iştirakçıları arasında faydalı əlaqələr qurmaq üçün əvəzsiz imkandır. Gələcəkdə də belə təşəbbüslərə dəstək olmaqdan məmnunluq duyacağıq.
Bank xidmətləri, eləcə də onlayn kredit haqqında əlavə suallarınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.
Yelo Bank – Parlaq bankçılıq!





Azərbaycanda ipoteka kreditlərinə böyük tələb – 6848 müraciətdən 1393-ü qeydə alınıb
ADA Universiteti və Bank of Baku-nun təşkil etdiyi II "Mini-MBA" proqramı yekunlaşdı
Yeni yaradılan şirkətə - DÖVLƏT QURUMUNDAN QADAĞA – ƏTRAFLI
Bank Respublika və AccessBank-ın birləşməsinin bazara təsiri açıqlanıb
Onlayn biznes ideyaları
Biznesə aid ən yaxşı 10 kitab
Bitcoin nədir?
Biznes nədir və hansı növləri var?
"Freelance" nədir?