Ziraat Bank Azərbaycan 2024-cü ilin üçüncü rübünü mənfəətlə başa vurdu

Ziraat Bank Azərbaycan 2024-cü ilin üçüncü rübünü mənfəətlə başa vurdu®Ziraat Bank Azərbaycan 2024-cü ilin üçüncü rübünə dair maliyyə hesabatını yayımlayıb. Hesabata əsasən Bankın biznes kredit portfeli ötən ilin müvafiq dövrü ilə müqayisədə 21.1% artaraq 416 mln manat təşkil etmişdir. Bu da bankın ölkə iqtisadiyyatına öz tövhəsini verməkdə davam etdiyinin əsas göstəricilərindən biridir. 
Ziraat Bank Azərbaycanın ümumi kredit portfeli üzrə də ciddi artım müşahidə edilib. Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bankın kredit portfeli 24.2% artaraq 444 mln manatı keçmişdir. 
Kredit lazımdır? Sərfəli krediti seçməyə biz sizə kömək edərik
Bankın müştəriləri tərəfindən inam və etibarın qazanmasının əsas göstəricilərindən biri olan depozit portfeli üzrə də ciddi artım müşahidə edilir. Belə ki, fiziki və hüquqi şəxslərin müddətli depozitləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 34.5 % artaraq 278 mln manatı keçib. 
Yayımlanmış hesabatlara əsasən, Bankın cəmi aktivləri 2024-cü ilin doqquz ayı ərzində 26.4 % artaraq 805 mln. manata çatıb. Bankın balans kapitalı isə 129 mln. manatı keçib.
Bankın uğurları bununla da bitmir. Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə Ziraat Bank Azərbaycanın əməliyyat gəliri 30 % artaraq  23.4 mln manatı keçib. Ümumilikdə isə bank 2024-cü ilin ilk doqquz ayı ərzində 11 mln. manat xalis mənfəət əldə edib. Qeyd edək ki, ötən ilin müvafiq dövründə bankın xalis mənfəəti 6,4 milyon manat olub.
 "Ziraat Bank Azərbaycan" ASC, Türkiyə Respublikasına məxsus, 160 illik tarixə malik olan "Ziraat Maliyyə Qrupu"-nun tərkib hissəsidir və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi 9 filialı ilə yanaşı, rəqəmsal satış və xidmət platformaları üzərindən də müştərilərə təqdim edir.  
Bankın təqdim etdiyi məhsul və xidmətlər haqqında daha ətraflı məlumatı, Bankın Instagram, Twitter, Linkedin sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz. / banker.az

Banklar     Tarix: 15 oktyabr 2024

Oxşar xəbərlər

Zərər mənfəətlə əvəzlənib, aktivləri 136 milyon manatı keçib

"Bir Kredit" Bank Olmayan Kredit Təşkilatı (BOKT) 2026-cı ilin ilk 6 ayını mənfəətlə başa vurub. Şirkət ötən ilin eyni dövründə zərərlə işlədiyi halda, bu ilin yanvar–iyun aylarında 472 min 110 manat əməliyyat mənfəət

ADA Universiteti və Bank of Baku-nun təşkil etdiyi II "Mini-MBA" proqramı yekunlaşdı

ADA Universiteti və Bank of Baku-nun  uğurlu tərəfdaşlığı davam etdirilir. Tərəflər arasında imzalanan əməkdaşlıq memorandumu çərçivəsində ADA Universitetinin İxtisasartırma proqramı tərəfindən təşkil edilən "Mini-MBA"

Banklarda ən sərfəli dollar əmanətləri – Noyabr 2026

olaraq banklarda 2026-cı ilin noyabr ayı üçün ABŞ dolları ilə müddətli əmanətlər üzrə təkliflərini araşdırıb. Araşdırmalara görə , 12 aylıq dollar əmanətləri üzrə ən yüksək illik faiz dərəcəsini 5% təklif edilir. Bankları

Bankların şikayət indeksi açıqlandı – SİYAHI

Azərbaycan Mərkəzi Bankı kommersiya bankı müştərilərinin bank xidmətlərindən istifadəsi üzrə şikayət indeksini açıqlayıb:. /

Azərbaycanda ipoteka kreditlərinə böyük tələb – 6848 müraciətdən 1393-ü qeydə alınıb

İpoteka və Kredit Zəmanət Fondunun, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin və "AzInTelecom" MMC-nin BİRGƏ MƏLUMATI. Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən 2026-c

"İpək Yolu Sığorta"nın yığımları 75%, mənfəəti 53% artıb

"İpək Yolu Sığorta" ASC 2026-cı ilin yanvar–sentyabr aylarını 742 min 929 manat xalis mənfəətlə başa vurub. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 256 min 845 manat və ya 52,8% çoxdur. şirkətin üçüncü rübü

Birbank Taksit kartı ilə noyabr alış-verişlərinə əlavə 5% bonus

Birbank Taksit kartı sahibləri noyabr ayında alış-verişlərindən əlavə 5% bonus qazana biləcəklər. Belə ki, 1–30 noyabr 2026-cı il tarixlərində keçirilən kampaniya çərçivəsində Birbank Taksit kartı ilə 30 AZN və daha çox məbləğd

Azərikard süni intellekt və davranış əsaslı yeni həllini təqdim etdi

Azərikard Mastercard-la birgə hazırladığı, süni intellektə əsaslanan yeni davranış skorinqi həllini təqdim edib. Həll ödəniş əməliyyatlarının təhlili vasitəsilə maliyyə institutları üçün əlavə analitik göstəriciləri üzə çıxarı

"Yelo Bank"ın İdarə Heyətinin yenidən təyinatına baxılacaq

"Yelo Bank" ASC-nin səhmdarları dekabrın 3-də keçiriləcək növbədənkənar ümumi yığıncaqda İdarə Heyətinin sədrinin və üzvlərinin vəzifələrinə yenidən təyin olunması məsələsinə baxacaqlar. bankın bildirişinə istinadə


iqtisadi xeberler biznes qurmaq bitkoin qiymeti dollarin kursu bu gun en son xeberler