"AFB Bank"ın Müşahidə Şurasına təyinat

"AFB Bank" ASC-nin Müşahidə Şurasına yeni üzv seçilir.
Banker.az-a daxil olan məlumatda bildirilir ki, Səhmdarların Ümumi Yığıncağının qərarına əsasən, Amid Qənbərov Müşahidə Şurasına üzv seçilib.
Q.Qənbərov karyerasının son 19 ildən çoxunu "Bank of Baku" ASC-də çalışıb. Bu müddət ərzində filial müdiri və 2018-ci ilin oktyabrından isə Partnyorlarla iş və alternativ satış departamentinin direktoru vəzifəsində işləyib.
"AFB Bank" 1 iyul 2024-cü il tarixinə olan məlumatlara əsasən, 297 mln. manat üzərində aktivlərə sahib olan bankıdır. Bank cari ilin birinci yarım ilini 634 min manat xalis mənfəətlə başa vurub.
Xatırladaq ki, "AFB Bank" 2008-ci ildə "Azfinansbank" adı ilə fəaliyyətə başlayıb, 2009-cu ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 70.39 milyon manatdır. Bankın səhmlərinin 99.64 %-i Hikmət Abuzər oğlu İsmayılova ("Azsığorta" ASC-nin 100 %-lik səhmdarı, "Bank of Baku" ASC-nin 31.11 %-lik səhmdarı), 0.18 %-i Cəmil Tahir oğlu Muradova, 0.18 %-i isə  Toğrul Hacıyev Ülvi oğlunaməxsusdur.

Banklar     Tarix: 06 sentyabr 2024

Oxşar xəbərlər

"Zolotaya Korona" Rusiyadan Gürcüstana pul köçürmələrini bərpa edib

Rusiyanın "Zolotaya Korona" beynəlxalq pul köçürmələri sistemi təxminən dörd aylıq fasilədən sonra Gürcüstana pul göndərilməsi xidmətini bərpa edib. Lakin köçürmələr hələlik yalnız ölkənin ən böyük banklarında

"PASHA Bank Türkiye" ilk üç rübə 192 milyon lirə xalis mənfəət əldə edib

"PAŞA Bank Türkiye" 2026-cı ilin ilk altı ayında 192 milyon lirə (6,7 milyon  manat) xalis mənfəət əldə edib. Bu, 2025-ci ilin müvafiq dövründəki 277 milyon lirə ilə müqayisədə 30,7% azdır. xəbər verir ki, bankı

"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb

"A-Qroup" sığorta şirkəti 2025-ci ilin yanvar–sentyabr aylarını 1 milyon 657 min 602 manat xalis mənfəətlə başa vurub. Şirkət 2024-cü ilin eyni dövründə 1 milyon 234 min 772 manat xalis mənfəət əldə etmişdi. Beləliklə

Bank Kartından Təhlükəsiz İstifadə üçün 10 Əsas Qayda

Bank kartı gündəlik maliyyə əməliyyatlarını daha rahat və sürətli edən əsas ödəniş vasitələrindən biridir. Bu gün insanlar alış-veriş, kommunal ödənişlər, onlayn sifarişlər, pul köçürmələri və digər bank əməliyyatları üçü

Ziraat Bank Azərbaycan – maliyyə xidmətləri ilə yanaşı, inklüziv cəmiyyətin formalaşmasına da dəstək verir

Ziraat Bank Azərbaycan korporativ sosial məsuliyyət strategiyası çərçivəsində inklüzivliyin təşviqi və ekoloji maarifləndirmə məqsədilə keçirilən "Təbiətin Dostları Festivalı"nın baş sponsoru olub. Mərkəzi Nəbata

Azərbaycanda əcnəbilərin bank əmanətləri 1,6 milyard manata yaxınlaşıb

2026-cı ilin sentyabr ayının sonuna Azərbaycanda qeyri-rezident fiziki şəxslərin bank əmanətlərinin həcmi 1 milyard 592,9 milyon manata çatıb. Bu, ötən ilin eyni dövründəki 1 milyard 357,2 milyon manatla müqayisədə 235,

Ziraat Bank Azərbaycan "Zəfər Günü" münasibətilə keçirilən ağacəkmə aksiyasında iştirak edib

Ziraat Bank Azərbaycan 8 Noyabr – Zəfər Günü ərəfəsində Müşfiqabad qəsəbəsində təşkil olunan növbəti ağacəkmə aksiyasında iştirak edib. Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankı və maliyy

ABB-nin dəstəyi ilə bir gündə 1250 ağac əkildi

ABB Azərbaycan Banklar Assosiasiyasının Bakının Müşfiqabad qəsəbəsində təşkil etdiyi növbəti ağacəkmə aksiyasında iştirak edib. Aksiya Azərbaycan Respublikasının Mərkəzi Bankı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbayca

Azər Türk Bankın filialına şəhid əməkdaşın adı verildi

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun əzmi nəticəsində torpaqlarımızın işğaldan azad edilmiəsi xalqımızın birliyinin və ölkəmizin Prezidentinin qətiyyətli siyasətinin təntənəsidir


iqtisadi xeberler dollar kursu pul qazanmaq bitkoin biznes ideyalari