"AFB Bank"ın Müşahidə Şurasına yeni sədr təyin edilir
"AFB Bank" ASC-nin Müşahidə Şurasına yeni sədr seçilir.
Banker.az xəbər verir ki, səhmdarların Ümumi Yığıncağının qərarı ilə Vüsal Şahverdiyev İlqar oğlu Müşahidə Şurasının sədri seçilir.
O bu vəzifədə Elnur Qurbanov Məmməd oğlunu əvəz edəcək.
Digər qərarla, E.Qurbanov Müşahidə Şurasının müstəqil üzvü seçilib.
Vüsal Şahverdiyev bundan öncə ABB-nin Strategiya ofisinə rəhbərlik edirdi və bu banka 2020-ci ildən təyinat alıb. O, ABB-nin törəmə şirkəti olan "Azərikard" MMC-nin Müşahidə Şurasının üzvü idi.
Bundan öncə isə "Bank of Baku" ASC-də departament rəhbəri, "Bank BTB" ASC-də isə İdarə heyətinin üzvü və Müşhidə Şurasının üzvü vəzifələrinə qədər yüksəlib.
Xatırladaq ki, "AFB Bank" 2008-ci ildə "Azfinansbank" adı ilə fəaliyyətə başlayıb, 2009-cu ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 70.393 milyon manatdır. Bankın səhmlərinin əsas hissəsi – 99.64 %-i Hikmət Abuzər oğlu İsmayılova ("Azsığorta" ASC-nin 100 %-lik səhmdarı, "Bank of Baku" ASC-nin 31.11 %-lik səhmdarı) məxsusdur.

Bank Kartından Təhlükəsiz İstifadə üçün 10 Əsas Qayda
Dövlət-özəl tərəfdaşlığı çərçivəsində maliyyə savadlılığı və kibertəhlükəsizlik mövzusunda təlim keçirilib
"Zolotaya Korona" Rusiyadan Gürcüstana pul köçürmələrini bərpa edib
Azərbaycanda ipoteka kreditlərinə böyük tələb – 6848 müraciətdən 1393-ü qeydə alınıb
ADA Universiteti və Bank of Baku-nun təşkil etdiyi II "Mini-MBA" proqramı yekunlaşdı
Yeni yaradılan şirkətə - DÖVLƏT QURUMUNDAN QADAĞA – ƏTRAFLI
Bank Respublika və AccessBank-ın birləşməsinin bazara təsiri açıqlanıb
Biznes qurmaq istəyənlərə 10 sadə məsləhət
CV hazırlayarkən buraxılan 5 səhv
SMM nədir?
Ən varlı "youtube" blogerlər nə qədər qazanır?
2026-ci ilin TOP-5 onlayn biznes ideyası