"Allianz Trade" Azərbaycanın "ölkə risk reytinqi"ni yüksəldib
"Allianz Trade" Azərbaycanın ölkə risk reytinqini yüksəldib.
"Allianz Trade" beynəlxalq sığorta və iqtisadi təhlil şirkəti Azərbaycanın ölkə risk reytinqini C2-dən (orta risk) C1-ə (aşağı risk) qaldırıb.
Qeyd edək ki, bu dəyişiklik ölkədə risk səviyyəsinin azaldığını və daha sabit iqtisadi-siyasi mühitin formalaşdığını göstərir. Bu, həm də Azərbaycana dair beynəlxalq biznes və investisiya etimadının artdığını ifadə edən mühüm göstərici kimi qiymətləndirilir.
Allianz Trade-in təqdim etdiyi bu reytinq ixrac kreditləri, xarici investisiyalar, bank zəmanətləri və kommersiya sığortası kimi sahələrdə qərarların verilməsinə birbaşa təsir göstərir. Risk səviyyəsinin azalması isə ölkəyə kapital axınının artması, daha sərfəli kredit imkanlarının yaranması və xarici sərmayələrin stimullaşdırılması baxımından əhəmiyyətlidir.
Xatırladaq ki, Allianz Trade əvvəllər Euler Hermes adı ilə fəaliyyət göstərib və 2022-ci ildə rebrendinq olunaraq hazırkı adını alıb. Şirkət Allianz Qrupunun tərkibində fəaliyyət göstərən ticarət kredit sığortası və risk qiymətləndirmə bölməsidir.
Onun əsas fəaliyyət istiqamətlərindən biri ölkə və sektor riskləri üzrə reytinglər və iqtisadi təhlillər təqdim etməkdir.
© APA / marja.az

Taleh Tahirli "ABB DAVR"ın Müşahidə Şurasının sədri oldu
Azərbaycanda 4 milyonluq şirkətlə 160 milyonluq şirkət – BİRLƏŞDİ - DETALLAR
"Visa", "Mastercard" və "JPMorgan"ın minlərlə müştərisinin məlumatları hakerlərin əlinə keçib
Xalq Bank irihəcmli beynəlxalq sindikativ kredit layihəsində iştirak edib
Azərbaycanlı milyarder dünya zənginləri reytinqində 77-ci pillədədir
"GTA 6" satış rekordu qırdı – 3 milyard 790 milyon dollar gəlir
Bakı restoranlarının gündəlik gəlirləri - 5 MİLYON DOLLARI KEÇDİ
Azərbaycanda əsas kapitala xarici investisiyalar 18%-dən çox artıb
Bir vaxtlar izdiham yaşanan Sədərəkdə müştəri qıtlığı hökm sürür
1929-cu il: ABŞ-də başlayan maliyyə fəlakəti dünyanı necə Böyük Depressiyaya sürüklədi?
SMM nə deməkdir?
Onlayn biznes növləri
Ən çox soruşulan müsahibə sualları hansılardır?
Marketinq nə demədir?
Ən varlı "youtube" blogerlər nə qədər qazanır?