AMB 40-dan çox mərkəzi bankla qeyri-müəyyənlik dövründə dəyişikliklərin idarə edilməsini müzakirə edib
Azərbaycan Mərkəzi Bankı (AMB) "Həddindən artıq qeyri-müəyyənlik dövründə mərkəzi banklarda strateji inkişaf və dəyişikliklərin idarə edilməsi" 6-cı illik beynəlxalq dəyirmi masada iştirak edib.
Dəyirmi masa onlayn formatda keçirilib.
Məlumata görə, tədbirdə dünyanın 40-dan çox ölkəsinin mərkəzi bankının nümayəndələri günümüzün mürəkkəb problemlərini həll etmək üçün fikir və strategiya mübadiləsi aparıb.
"Strategiyaların Tətbiqində Öyrənilən Dərslər və Uğurlar" mövzusunda keçirilən sessiyada 2024-2026-cı illər üzrə Maliyyə Sektorunun İnkişaf Strategiyasına və hərtərəfli strategiyanın icra çərçivəsi ilə bağlı AMB-nin baxışları təqdim edilib.
Tədbirdə AMB digər mərkəzi banklar ilə strategiyanın hazırlanması və icrasında ən yaxşı təcrübələr, qurumların müsbət nümunələri, qlobal qeyri-müəyyənlik dövründə mərkəzi bankların üzləşdiyi problemlər və gələcək təşəbbüsləri istiqamətləndirilməsi məsələləri müzakirə edib. / banker.az

Bank Kartından Təhlükəsiz İstifadə üçün 10 Əsas Qayda
Dövlət-özəl tərəfdaşlığı çərçivəsində maliyyə savadlılığı və kibertəhlükəsizlik mövzusunda təlim keçirilib
"Zolotaya Korona" Rusiyadan Gürcüstana pul köçürmələrini bərpa edib
Azərbaycanda ipoteka kreditlərinə böyük tələb – 6848 müraciətdən 1393-ü qeydə alınıb
Yeni yaradılan şirkətə - DÖVLƏT QURUMUNDAN QADAĞA – ƏTRAFLI
Dünyanın TOP-5 bahalı geyim şirkətləri
ChatGPT nədir və ChatGPT necə istifadə edilir?
Startup nədir və necə olur?
Ev şəraitində pul qazanmağın yolları
IBAN nədir?