AMB banka məcburi göstəriş verib
Azərbaycan Mərkəzi Bankı "Accessbank" QSC-yə icrası məcburi sərəncamın verilməsi barədə qərar qəbul edib.
Bu barədə Banker.az-a daxil olan məlumatda bildirilir.
"Accessbank" QSC tərəfindən "Valyuta əməliyyatları barədə vahid informasiya sistemi haqqında Əsasnamə"nin (Əsasnamə) 7.5-ci bəndinin tələblərinə zidd olaraq valyuta mübadiləsi əməliyyatlarına dair məlumatların təyinatı üzrə valyuta nəzarətinin həyata keçirilməsi məqsədilə formalaşdırılmış informasiya sisteminə düzgün təqdim edilmədiyinə görə, "Banklar haqqında" Azərbaycan Respublikası Qanunun 47.4-cü maddəsinin tələbləri rəhbər tutularaq, Mərkəzi Bank tərəfindən "Accessbank" QSC-yə gələcəkdə müvafiq pozuntulara yol verilməməsi üçün vahid informasiya sisteminin iştirakçılarının Əsasnamə ilə müəyyən edilmiş vəzifələrinin icrasına nəzarətin gücləndirilməsi ilə bağlı icrası məcburi sərəncam verilib.

Azərbaycanlı milyarder dünya zənginləri reytinqində 77-ci pillədədir
Bir vaxtlar izdiham yaşanan Sədərəkdə müştəri qıtlığı hökm sürür
"GTA 6" satış rekordu qırdı – 3 milyard 790 milyon dollar gəlir
1929-cu il: ABŞ-də başlayan maliyyə fəlakəti dünyanı necə Böyük Depressiyaya sürüklədi?
"The Economist" 2027-ci il üçün proqnozu – Dünya iqtisadiyyatını və siyasətini hansı risklər gözləyir?
Bakı restoranlarının gündəlik gəlirləri - 5 MİLYON DOLLARI KEÇDİ
Azərbaycanda əsas kapitala xarici investisiyalar 18%-dən çox artıb
Milyonlar qazandıran qəribə biznes ideyaları
Proqramçılar üçün TOP-5 Freelance sayt
Start-up nədir?
ƏDV geri al və onun üstünlükləri
Biznes qurmaq istəyənlərə 10 məsləhət