AvtoVaz "Niva Bronto"nun satışını BƏRPA ETDİ
Rusiyanın "AvtoVAZ" şirkəti "Niva Bronto" yolsuzluq avtomobilinin satışını bərpa edib.
KONKRET.az TASS-a istinadən xəbər verir ki, bu barədə şirkətin açıqlamasında bildirilir.
Şirkət qeyd edib ki, avtomobil kuzov və dəyişdirilmiş amortizatorlar ilə təkmilləşdirilmiş xüsusiyyətlərə malikdir.
Bildirilib ki, bütün təkmilləşdirmələr yol hərəkəti qaydaları və zavod təlimatları çərçivəsində sertifikatlaşdırılaraq həyata keçirilib.
Qeyd edək ki, "Niva Bronto" iki versiyada (Luxe və Prestige) mövcuddur. Avtomobilin qiyməti 1,18 milyon rubldan (26550 AZN) başlayır.
İstehsalçının məlumatına görə, 2023-cü ilin fevralında bu markalı maşınların satışı 23,4 min avtomobil təşkil edib ki, bu da 2022-ci ilin fevral ayı ilə müqayisədə 4,7% çoxdur.
2022-ci ilin sonunda "AvtoVAZ" 188,6 min avtomobil satıb ki, bu da 2021-ci illə müqayisədə 46% azdır.
İqbal Rzayev,
KONKRET.az
Media subyektləri üçün vergi güzəştinin müddəti uzadılır
Azərbaycanda media subyektləri üçün vergi güzəştinin müddəti daha 3 il uzadılır. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Vergi Məcəlləsinə təklif edilən dəyişiklik zamanı əksini tapıb
G20 iqtisadiyyatı 2030-cu ildə cəmi 2,9% böyüyəcək
Beynəlxalq Valyuta Fondu (BVF) dünyanın ən böyük 20 iqtisadiyyatının 2030-cu ildə cəmi 2,9% böyüyəcəyini açıqlayıb. Bu da 2009-cu il qlobal maliyyə böhranından bəri ən zəif ortamüddətli proqnozdur. xəbər verir ki, hesabatd
1100,0 min nəfər pensiyaçı qeydiyyatda olub
Dövlət Sosial Müdafiə Fondunda 2024-cü il oktyabrın 1-ə qədər olan zaman ərzində 1100,0 min nəfər pensiyaçı qeydiyyatda olub. xəbər verir ki, Dövlət Statistika Komitəsinə istinadən məlumata görə, bu da ölkə əhalisinin 10,
ABŞ-da işsizlik sığortası müraciətləri azalıb
ABŞ-da işsizlik sığortası üçün müraciətlərin sayı bitən həftə ərzində 220.00-ə çatıb ki, bu da əvvəlki həftə ilə müqayisədə 8.00 azalma deməkdir. xəbər verir ki, dörd həftəlik hərəkətli orta göstərici 3.00 azalaraq 224.250-y