Azərbaycan banklarının kredit prioriteti dəyişir -PUL HANSI SAHƏLƏRƏ GEDİR?

Azərbaycan banklarının kredit prioriteti dəyişir -PUL HANSI SAHƏLƏRƏ GEDİR?Azərbaycanda bankların biznes kreditləri son bir ildə sürətlə artsa da, ayrı-ayrı sahələr üzrə dinamika kəskin fərqlənib. Bankların kredit portfelində tikinti və nəqliyyatın çəkisi ciddi şəkildə yüksəlib, ticarət, sənaye və kənd təsərrüfatının payı isə azalıb.

FED.az Azərbaycan Mərkəzi Bankının açıqladığı statistikaya əsasən xəbər verir ki, son bir ildə biznes kreditlərinin istiqamətləri dəyişib. Müşahidə göstərir ki, əslində biznes kreitlərdəki dəyişiklik ümumi iqtisadiyyatdakı vəziyyəti əks etdirir. Beləliklə...

AMB-nin məlumatına görə, 2026-cı ilin avqustun sonuna bankların biznes kreditlərinin həcmi 17 milyard 823 milyon manata yüksəlib. Bu 2025-ci ilin eyni dövrü ilə müqayisədə 2 milyard 731 milyon manat və ya 18% artıqdır. Bir il əvvəl biznes kreditləri 15 milyard 92 milyon manat olmuşdu.

2,7 milyard manatlıq artım sahələr arasında fərqli bölünüb.

Beləliklə, bankların kreditlərindəki əsas artım tikintinin hesabınadır. Bir il əvvəl bankların tikintiyə biznes kreditləri 1 milyard 459 milyon manat olduğu halda, bu ilin avqustunun sonunda göstərici 2 milyard 614 milyon manata çatıb. Bir ildə bu sahəyə ayrılan kreditlər 1 milyard 154 milyon manat və ya 79% artıb.
Yəni kreditlərdəki ümumi artımın 40%-dən çoxu tikinti sektorunun heabına olub. Tikintinin ümumi biznes kreditlərində payı da 9,7%-dən 14,7%-ə yüksəlib.

Kreditlərin kəskin artdığı digər sahə qnəqliyyatdır. Bu sahəyə verilmiş biznes kreditləri bir ildə 1 milyard 620 milyon manatdan 2 milyard 125 milyon manata yüksəlib. Artım 505 milyon manat və ya 31% təşkil edib. Nəticədə nəqliyyatın biznes kreditlərindəki payı 11%-dən 12%-ə yüksəlib.

Biznes kreditlərinin dinamikasında ən maraqlı yenilik ticarətdəki durğunluq olub. Son illərdə ilk dəfə olaraq ticarət sektoruna ayrılmış kreditlərdə demək olar ki, artım baş verməyib. Ticarət müəssisələrinə verilmiş kreditlər 2025-ci ilin avqustunun sonunda 4 milyard 266,7 milyon manat olduğu halda, 2026-cı ildə 4 milyard 284,7 milyon manat olub. Yəni bir ildə cəmi 18 milyon manat və ya 0,4% artım baş verib.

Nəticədə ticarətin biznes kreditlərində xüsusi çəkisi 28%-dən təxminən 24%-ə düşüb. Yəni ticarət hələ də bank kreditlərinin ən böyük istiqamətlərindən biri olsa da, kredit portfelindəki üstünlüyünü tədricən itirir.

Bununla yanaşı, qeyd etmək lazımdır ki, ticarət sahəsinə kreditlərin artmaması heç də bankların bu sahəyə marağının azalması ilə bağlı deyil. Ticarət sahəsi ənənəvi olaraq sabit gəlirli və dayanıqlı sektor sayılır və kredit vermək üçün ideal istiqamətlərdəndir. Sadəcə böyük ehtimalla ticarət müəssisələrinin artıq bank kreditlərinə ehtiyacı əvvəlki kimi deyil. Bu sahədə tərəfdaşlıq gücləndikcə, tərəfdaşlar arasında yeni alətlər tətbiq edilir və kreditlərə tələbat azalır.

Sənaye və kənd təsərrüfatı da ümumi artımdan geri qalır

Əvəzində sənaye və kənd təsərrüfyatına kreditlərin azalması həyacan siqnalı sayıla bilər. Ölkənin sənayesi yenicə formalaşır və bu sahədə çalışanların ənənəvi olaraq kreditlərə böyük ehtiyacı olur. Artımın zəif olması sektordakı zəifləmənin əlaməti ola bilər. Beləliklə

Son bir ildə Azərbaycanda sənaye sahəsinə verilmiş biznes kreditləri 184,4 milyon manat və ya 7,2% artaraq 2 milyard 756 milyon manata çatıb. Amma bu artım biznes kreditlərin ümumi artım sürətindən 3 dəfə azdır. Nəticədə kredit portfelində sənayenin payı 17%-dən 15,5%-ə enib.

Kənd təsərrüfatında da oxşar vəziyyətdir. Aqrar sektora kreditlər 1 milyard 889 milyon manatdan 2 milyard 70 milyon manata yüksəlib. Artım 181 milyon manat və ya 9,6% olub. Bununla belə, kənd təsərrüfatının biznes kreditlərində payı 12,5%-dən 11,6%-ə düşüb.

Bankların "kredit xəritəsi" dəyişib. Rəqəmlər göstərir ki, son bir ildə bankların biznes kredit portfelinin böyüməsi əsasən tikinti və nəqliyyat sahələrinin hesabına baş verib.
Azərbaycan banklarının kredit prioriteti dəyişir -PUL HANSI SAHƏLƏRƏ GEDİR?

Xəbərlər     Tarix: 30 sentyabr 2026

Oxşar xəbərlər

Taleh Kazımov: Kredit faizləri istədiyimiz qədər azalmır - SƏBƏBİ AÇIQLANDI

Azərbaycanda kredit faizlərinin Mərkəzi Bankın arzuladığı səviyyədə aşağı düşməməsinin əsas səbəblərindən biri bank sektorunda rəqabətin zəif olmasıdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

Dolların sabaha olan məzənnəsi - AÇIQLANDI

Azərbaycan Mərkəzi Bankı manatın rəsmi məzənnəsi ilə bağlı məlumat açıqlayıb. xəbər verir ki, 18 sentyabr 2026-cı il tarixindən etibarən manatın ABŞ dollarına qarşı rəsmi məzənnəsi Mərkəzi Bank tərəfindən 1,700 səviyyəsind

Dövlət qulluqçusu artıq işləsə, əlavə pul alacaq

Dövlət qulluqçularının iş vaxtı və əlavə işə görə ödəniş mexanizmi Dövlət Qulluğu Məcəlləsinin layihəsində ayrıca göstərilib. xəbər verir ki, layihəyə əsasən, dövlət qulluğunda normal qulluq vaxtı həftədə 40 saat müəyyə

"Meta" Azərbaycanda vergi qeydiyyatına alınır

"Meta" Azərbaycanda vergi qeydiyyatından keçir". xəbər verir ki, bu barədə texnobloqer Fərid Pərdəşünas paylaşım edib. O bildirib ki, artıq reklamverənlər reklam hesablarında VÖEN-lərini göstərərək hazırd

Bu şəxslər 20 il gəlir vergisi ödəməyəcəklər

Yüksək ixtisaslı miqrantlar 20 il gəlir vergisi verməyəcək. Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, Miqrasiya Məcəlləsind

Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb

Nyu-Yorkdakı COMEX əmtəə birjasında qızılın qiymətində cüzi artım qeydə alınıb. Bir troya unsiyası üzrə dəyər 0,1% yüksələrək 4 101 ABŞ dollarına çatıb. xəbər verir ki, COMEX-də gümüş ucuzlaşıb. Bir unsiya gümüşün qiymət

"Vita Milk" MMC-nin Rusiyadan gətiridiyi yağlarda uyğunsuzluq aşkarlandı - GERİ QAYTARILDI

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) apardığı nəzarət tədbirləri zamanı "Vita Milk" MMC tərəfindən idxal olunan bitki tərkibli spred yağı məhsulundan nümunələr götürülərək müayinə edilib. xəbər verir ki, bu barəd

Bu şəxslərin pensiyası yenidən artacaq

"2026-cı ildə pensiyaların əlavə olaraq artırılması pensiya yaşına çatdıqdan sonra əmək fəaliyyətini davam etdirən və bu il iş stajının altı ili tamam olan vətəndaşlara şamil ediləcək". Bunu Milli Məclisin İqtisad

Minimum əməkhaqqı ilə bağlı - YENİLİK GÖZLƏNİLİR

Ötən il Əmək Məcəlləsinə minimum əməkhaqqı məbləğinə hər il azı bir dəfə yenidən baxılmasına dair yeni müddəa əlavə olunub. Bu isə minimum əməkhaqqının 2027-ci il üçün artacağı ehtimalını yaradır. xəbər verir ki, Milli Məclisi


iqtisadi xeberler 1000 manatla biznes bank faizleri pul qazanmaq kicik biznes