Minimum əməkhaqqı ilə bağlı - YENİLİK GÖZLƏNİLİR

Minimum əməkhaqqı ilə bağlı - YENİLİK GÖZLƏNİLİRÖtən il Əmək Məcəlləsinə minimum əməkhaqqı məbləğinə hər il azı bir dəfə yenidən baxılmasına dair yeni müddəa əlavə olunub. Bu isə minimum əməkhaqqının 2027-ci il üçün artacağı ehtimalını yaradır.

Biznes.az xəbər verir ki, Milli Məclisin deputatı Vüqar Bayramov xatırladıb ki, sözügedən dəyişiklik 2026-cı ilin fevralında Prezident İlham Əliyev tərəfindən təsdiq olunub.

O bildirib ki, 2027-ci ilin fevralınadək minimum əməkhaqqıya yenidən baxılacaq:

"Məhz bu kontekstdə minimum əməkhaqqının artacağı gözlənilir. Çünki bu, Əmək Məcəlləsinə edilən dəyişikliklərin əsas istiqamətlərindəndir. Sosial təminat tədbirləri çərçivəsində müntəzəm olaraq minimum maaşların və digər sosial ödənişlərin artmasını müşahidə edirik. Son altı ildə həyata keçirilən beş sosial paketin də əsas istiqaməti artımla bağlıdır. Artımın 2027-ci ilin büdcəsində nəzərdə tutulacağı gözlənilir. Büdcə paketi parlamentə daxil olduqdan sonra konkret rəqəmlər barədə müzakirə aparmaq olar. Eyni zamanda, pensiyaların indeksləşdirilməsi də yanvarda baş verəcək və bu, 2026-cı ildə orta aylıq əməkhaqqındakı artım faizinə uyğun olaraq aparılacaq. 2027-ci ilin dövlət büdcəsindən sosial sferaya ayrılan vəsaitin həcmi ümumi xərclərin 44 faizini təşkil edəcək. Bu 17 milyard manatdan artıq məbləğin bu sahəyə yönəldiləcəyindən xəbər verir".

Qeyd edək ki, Azərbaycanda minimum aylıq əməkhaqqı 400 manat, yaşa görə minimum əmək pensiyası isə 320 manat təşkil edir. (Oxu.az)

Xəbərlər     Tarix: 30 sentyabr 2026

Oxşar xəbərlər

Prezident: Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq

Artıq göstəriş verildi, gələn il minimum əməkhaqqı qaldırılacaq, pensiyalar qaldırılacaq, sosial müavinətlər qaldırılacaq. xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayınd

Taleh Kazımov: Kredit faizləri istədiyimiz qədər azalmır - SƏBƏBİ AÇIQLANDI

Azərbaycanda kredit faizlərinin Mərkəzi Bankın arzuladığı səviyyədə aşağı düşməməsinin əsas səbəblərindən biri bank sektorunda rəqabətin zəif olmasıdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

"Meta" Azərbaycanda vergi qeydiyyatına alınır

"Meta" Azərbaycanda vergi qeydiyyatından keçir". xəbər verir ki, bu barədə texnobloqer Fərid Pərdəşünas paylaşım edib. O bildirib ki, artıq reklamverənlər reklam hesablarında VÖEN-lərini göstərərək hazırd

Maaşlardan yığılan vergi 21% artıb

Azərbaycanda 2026-cı ilin yanvar-iyul aylarında fiziki şəxslərin gəlir vergisi üzrə dövlət büdcəsinə 1 milyard 412,6 milyon manat vəsait daxil olub. Ötən ilin eyni dövründə bu göstərici 1 milyard 168,4 milyon manat təşki

Şirkətlər həyat sığortasına niyə yer ayırmalıdır?

Korporativ Həyat Sığortası - Daha çox sığorta olunan, daha az sığorta haqqı. Korporativ Həyat Sığortası, işəgötürənlər tərəfindən işçilərinə və onların ailələrinə təqdim edilən sığorta növüdür. Korporativ Həyat Sığortas

Ali təhsil müəssisələrinə qəbul olunanların NƏZƏRİNƏ: Qeydiyyat başladı

Ali təhsil müəssisələrinə qəbul olunanların qeydiyyatı başlayıb. xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb. Bildirilib ki, qeydiyyat sentyabrın 8-də saat 18:00-dək davam edəcək. Qeyd edək ki, qəbul olunanları

Bəzi hallarda saytlara giriş MƏHDUDLAŞDIRILACAQ - Qanun DƏYİŞDİ

Azərbaycanda bəzi informasiyaların yerləşdirilməsinə görə saytlara məhdudlaşdırma tətbiq ediləcək. xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Cinayət, Cinayət-Prosessual Məcəllələrinə və "İnformasiya, informasiyalaşdırm

Minimum əməkhaqqı ilə bağlı - YENİLİK GÖZLƏNİLİR

Ötən il Əmək Məcəlləsinə minimum əməkhaqqı məbləğinə hər il azı bir dəfə yenidən baxılmasına dair yeni müddəa əlavə olunub. Bu isə minimum əməkhaqqının 2027-ci il üçün artacağı ehtimalını yaradır. xəbər verir ki, Milli Məclisi

Müəssisələr vəsaitlərini qanundankənar xərcləyə bilər - Yeni təklif

"Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON Holding) müəssisələrinə öz vəsaitlərini dövlət satınalmalarından kənar xərcləmək hüququ verilə bilər". Azərbaycanda 7 ayda haqsız rəqabətlə bağlı 37 subyekti


iqtisadi xeberler dollar kursu investisiya bitkoin almaq bitkoin