Müəssisələr vəsaitlərini qanundankənar xərcləyə bilər - Yeni təklif

Müəssisələr vəsaitlərini qanundankənar xərcləyə bilər - Yeni təklif"Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON Holding) müəssisələrinə öz vəsaitlərini dövlət satınalmalarından kənar xərcləmək hüququ verilə bilər".

Azərbaycanda 7 ayda haqsız rəqabətlə bağlı 37 subyektin fəaliyyəti araşdırılıb
Biznes.az xəbər verir ki, bunu Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədrinin birinci müavini Cəfər Babayev Milli Məclisin bugünkü iclasında "Dövlət satınalmaları haqqında" Qanuna təklif edilən dəyişiklik layihəsinin müzakirəsi zamanı deyib.

O bildirib ki, həmin qanunda müəyyən istisnalar var:

"Qanunun 3.2.8-ci maddəsində qeyd olunur ki, kommersiya müəssisələri vəsaitlərindən istifadə etdikdə "Dövlət satınalmaları haqqında" Qanunun çərçivəsindən kənarda qalırlar. Özləri təsdiq etdikləri qaydalar çərçivəsində istədikləri kimi pullarını lazım olan malların alınmasına xərcləyə bilərlər. Qanun layihəsi hazırlanarkən bir sıra müəssisələr, dövlət təşkilatları təşəbbüslə çıxış etdilər ki, kommersiya müəssisələrinin operativ fəaliyyətini təmin etmək üçün "Dövlət satınalmaları haqqında" Qanunun çərçivəsi çox çətindir. Deyə bilərik ki, bu, SOCAR-dır, "Aqrarkredit"dir, Azərbaycan Dəmir Yollarıdır, Azərbaycan Beynəlxalq Bankıdır. Hansı ki, bunlar kommersiya müəssisələridir. Amma o zaman qanun layihəsi təsdiq olunanda bir sıra limitlər, məhdudiyyətlər formalaşdı.

Əgər vəsaitləri özlərinindirsə, onları qanundankənar xərcləyə bilərlər".

Onun sözlərinə görə, digər məhdudiyyət ondan ibarətdir ki, bu müəssisələrdə Müşahidə Şurası olmalıdır:

"Hazırda bu müəssisələrin, məsələn SOCAR-ın öz qaydaları var. Həmin qaydalar müəyyən olunub və şəffaf, aydın şəkildə tətbiq olunur.

Biz yenə qanunvericiliyə əlavə etdik ki, hətta onlar öz qaydalarına uyğun olaraq vəsaiti xərcləyirlərsə, həmin vəsait üzrə müqavilələrin bağlanılması xüsusi rəqəmsal maliyyə vasitəsilə baş verməlidir. Baxın, qeyd olunan 3.2.8-ci maddə hazırda da qüvvədədir. Müddət getdikcə bir sıra dəyişikliklər oldu və konkret olaraq "AZCON Holding" yarandı. Holdinqin tərkibində olan müəssisələr də operativ fəaliyyətlə məşğuldurlar. O siyahı kifayət qədər genişdir. Buraya "Azərbaycan Hava Yolları" (AZAL), "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" (ASCO) və "Bakı Metropoliteni" QSC-lər, "Aztelekom" MMC daxildir. Bu müəssisələrin hər biri kommersiya xarakterlidir.

Bir müddət əvvəl bu holdinq formalaşdıqdan sonra təkliflə çıxış etdik ki, biz də bu müəssisələri həmin kateqoriyaya aid edək. Konkret olaraq 3.2.8.1-ci maddə "AZCON Holdinq"in müəssisələrinə eyni hüququ vermək üçün təklif olunan dəyişiklikdir". (Oxu.az)

Xəbərlər     Tarix: 17 sentyabr 2026

Oxşar xəbərlər

Toyuq əti istehsalında kəskin artım - Necə olacaq?

Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının məlumatı: . Azərbaycan quş qripindən azad ölkə statusunda: Quşçuluq sektoru bundan nə qazanır?. Son illərdə Azərbaycanın qeyri-neft sektorunda davaml

Minimum əməkhaqqı ilə bağlı - YENİLİK GÖZLƏNİLİR

Ötən il Əmək Məcəlləsinə minimum əməkhaqqı məbləğinə hər il azı bir dəfə yenidən baxılmasına dair yeni müddəa əlavə olunub. Bu isə minimum əməkhaqqının 2027-ci il üçün artacağı ehtimalını yaradır. xəbər verir ki, Milli Məclisi

Bu şəxslərin pensiyası ARTIRILDI

1300-dən çox işləyən pensiyaçının pensiyası 6 il işlədikdən sonra proaktiv qaydada yenidən hesablanaraq artırılıb. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Bildirilib ki, yaşa gör

Süd vəzi xərçənginə dəstək məqsədilə "GüclüSən" sığorta məhsulu təqdim olunub.

Qadın sağlamlığının qorunması və çətin anlarda maliyyə dəstəyinin təmin edilməsi xüsusi əhəmiyyət daşıyır. Bu istiqamətdə "PAŞA Həyat Sığorta" tərəfindən qadınlar üçün yeni həyat sığortası məhsulu təqdim olunub

Azərbaycanda bəzi məhsullar dövriyyədən çıxarılacaq - YENİ QAYDALAR

Texniki tənzimləməyə aid olan hər hansı malın insan üçün təhlükə yaratdığı müəyyən edilərsə, həmin məhsulun bazarda qalmasına icazə verilməyəcək. xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye v

Dolların sabaha olan məzənnəsi - AÇIQLANDI

Azərbaycan Mərkəzi Bankı manatın rəsmi məzənnəsi ilə bağlı məlumat açıqlayıb. xəbər verir ki, 18 sentyabr 2026-cı il tarixindən etibarən manatın ABŞ dollarına qarşı rəsmi məzənnəsi Mərkəzi Bank tərəfindən 1,700 səviyyəsind

Taleh Kazımov: Kredit faizləri istədiyimiz qədər azalmır - SƏBƏBİ AÇIQLANDI

Azərbaycanda kredit faizlərinin Mərkəzi Bankın arzuladığı səviyyədə aşağı düşməməsinin əsas səbəblərindən biri bank sektorunda rəqabətin zəif olmasıdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

Bu şəxslərin pensiyası yenidən artacaq

"2026-cı ildə pensiyaların əlavə olaraq artırılması pensiya yaşına çatdıqdan sonra əmək fəaliyyətini davam etdirən və bu il iş stajının altı ili tamam olan vətəndaşlara şamil ediləcək". Bunu Milli Məclisin İqtisad

Azərbaycanda "İşçilərin Ezamiyyə Qaydaları" dəyişib

Maliyyə Nazirliyinin Kollegiyası 18 yanvar 2012-ci il tarixli qərarı ilə təsdiq edilmiş "İşçilərin Ezamiyyə Qaydaları"nda dəyişiklik edib. Bununla bağlı nazir Sahil Babayev yeni qərar imzalayıb. Qərara əsasən, bunda


iqtisadi xeberler en son xeberler online pul qazanmaq bank faizleri biznes qurmaq