Azərbaycanda bəzi məhsullar dövriyyədən çıxarılacaq - YENİ QAYDALAR

Azərbaycanda bəzi məhsullar dövriyyədən çıxarılacaq - YENİ QAYDALARTexniki tənzimləməyə aid olan hər hansı malın insan üçün təhlükə yaratdığı müəyyən edilərsə, həmin məhsulun bazarda qalmasına icazə verilməyəcək.

Biznes.az xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Texniki tənzimləmə haqqında" Qanuna təklif edilən dəyişiklik layihəsində öz əksini tapıb.

Bununla bağlı qanunvericiliyə yeni maddənin əlavə olunması təklif edilir.

Layihədə bildirilir ki, insanların həyat və sağlamlığı üçün təhlükəli hesab edilən və texniki tənzimləmənin şamil olunduğu malların bazardan geri çağırılması, dövriyyədən çıxarılması, götürülməsi, daşınması, saxlanması, zərərsizləşdirilməsi və ya məhv olunması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun qaydalarına uyğun həyata keçirilir.

Dəyişiklik insanların həyat və sağlamlığı üçün təhlükəli sayılan və texniki tənzimləmənin şamil olunduğu mallarla bağlı görüləcək tədbirlərin hüquqi əsasını müəyyənləşdirir. Yeni maddəyə əsasən, belə malların bazardan geri çağırılması, dövriyyədən çıxarılması, götürülməsi, daşınması, saxlanması, zərərsizləşdirilməsi və ya məhv edilməsi nəzərdə tutulur. Qeyd olunan tədbirlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun qaydalarına uyğun şəkildə həyata keçiriləcək.

Dəyişiklik təhlükəli malların bazarda qalmasının, insanların həyat və sağlamlığına zərər vurmasının qarşısının alınmasına yönəlib.

Layihə təhlükəli mallarla bağlı tətbiq oluna biləcək tədbirlərin dairəsini müəyyənləşdirir və həmin tədbirlərin həyata keçirilməsi qaydalarının səlahiyyətli qurum tərəfindən müəyyən edilməsini nəzərdə tutur.

Xəbərlər     Tarix: 17 sentyabr 2026

Oxşar xəbərlər

Zərgərlik sahəsində yeni qaydalar - İlk dövlət standartı müzakirə edildi

"Qiymətli metallar və qiymətli daşlar" standartlaşdırma üzrə Texniki Komitənin növbəti iclası baş tutub. İclas çərçivəsində qiymətli metallar, qiymətli daşlar və zərgərlik məmulatları sahəsində standartlaşdırm

Azərbaycan banklarının kredit prioriteti dəyişir -PUL HANSI SAHƏLƏRƏ GEDİR?

Azərbaycanda bankların biznes kreditləri son bir ildə sürətlə artsa da, ayrı-ayrı sahələr üzrə dinamika kəskin fərqlənib. Bankların kredit portfelində tikinti və nəqliyyatın çəkisi ciddi şəkildə yüksəlib, ticarət, sənay

"Dövlət qulluğu sertifikatı"nın qüvvədə olma müddəti 5 ildən 2 ilə endirilir

"Dövlət qulluğu sertifikatı"nın qüvvədə olma müddəti 2 il olacaq. xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Dövlət Qulluğu Məcəlləsinin layihəsində əksini tapıb. Layihəy

Startaplar üçün yeni vergi güzəştləri olacaq

2027-ci il yanvarın 1-dən 10 il müddətinə iştirak payı və ya səhm mikro və kiçik sahibkarlıq subyekti olan "Startap" şəhadətnaməsi və ya texnologiyalar parkının qeydiyyat şəhadətnaməsini almış və digər fəaliyyətl

Dövlət qulluqçuları və hərbçilərin pensiya hesablanması dəyişir

Milli Məclis dövlət qulluqçularının, Müdafiə Nazirliyi sistemində xidmət edən hərbi qulluqçuların, səlahiyyət müddətinə görə pensiya alan şəxslərin pensiya təyinatı mexanizmlərinin təkmilləşdirilməsi və vahid sığorta prinsip

Gömrük qaydalarında dəyişiklik: Baş nazirdən yeni qərar

"Verildiyi, dayandırıldığı, bərpa və ya ləğv edildiyi barədə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə məlumat göndərilməli olan lisenziyaların və icazələrin Siyahısı"nda dəyişiklik olunub. xəbər veri

Dolların sabaha olan məzənnəsi - AÇIQLANDI

Azərbaycan Mərkəzi Bankı manatın rəsmi məzənnəsi ilə bağlı məlumat açıqlayıb. xəbər verir ki, 18 sentyabr 2026-cı il tarixindən etibarən manatın ABŞ dollarına qarşı rəsmi məzənnəsi Mərkəzi Bank tərəfindən 1,700 səviyyəsind

Pensiyaların ödəniləcəyi TARİX AÇIQLANDI

Avqustun 14-də Bakı və Sumqayıt şəhərlərində, həmçinin Abşeron rayonunda bu ay üzrə pensiya ödənişlərinin həyata keçirilməsi planlaşdırılır. -ın məlumatına görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyind

Bu şəxslər 20 il gəlir vergisi ödəməyəcəklər

Yüksək ixtisaslı miqrantlar 20 il gəlir vergisi verməyəcək. Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, Miqrasiya Məcəlləsind


iqtisadi xeberler internetden pul qazanmaq bitcoin iqtisadiyyat xeberleri bitkoin