Zərgərlik sahəsində yeni qaydalar - İlk dövlət standartı müzakirə edildi

Zərgərlik sahəsində yeni qaydalar - İlk dövlət standartı müzakirə edildi"Qiymətli metallar və qiymətli daşlar" standartlaşdırma üzrə Texniki Komitənin növbəti iclası baş tutub. İclas çərçivəsində qiymətli metallar, qiymətli daşlar və zərgərlik məmulatları sahəsində standartlaşdırma ilə bağlı aktual məsələlər nəzərdən keçirilib, qarşıdakı dövr üçün nəzərdə tutulan tədbirlər və fəaliyyət istiqamətləri müzakirə olunub.

Biznes.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən təsis edilmiş "Qiymətli metallar və qiymətli daşlar" standartlaşdırma üzrə Texniki Komitənin (AZSTAND/TK 36) növbəti iclası keçirilib.
İclasda Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan İstehlak Mallarının Ekspertizası Mərkəzinin (İMEM), Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi "Azərsuvenir" MMC-nin, İqtisadi Zonaların İnkişafı Agentliyinin, Azərbaycan Zərgərlər Assosiasiyasının, eləcə də digər aidiyyəti qurum və təşkilatların nümayəndələri iştirak ediblər.
Görüş zamanı "Qiymətli metallardan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının dövlət əyar damğası ilə damğalanması" dövlət standartının layihəsi müzakirəyə çıxarılıb. Bildirilib ki, sənəd qiymətli metallar sahəsində yerli qanunvericilik və mövcud təcrübə nəzərə alınmaqla hazırlanmış ilk dövlət standartı layihəsidir.
"2026-2028-ci illər üzrə milli standartlaşdırma proqramı" çərçivəsində növbəti ildə həyata keçirilməsi nəzərdə tutulan tədbirlər müzakirə olunub. ISO 13756:2024 "Zərgərlik və qiymətli metallar - Gümüşün təyini - Natrium xlorid və ya kalium xloriddən istifadə etməklə potensiometrik üsul" və ГОСТ 30649-99 "Qiymətli metallar əsasında zərgərlik ərintiləri. Markalar" standartları əsasında dövlət standartlarının qəbul edilməsi məsələsinə baxılıb. Eyni zamanda AZS ISO 9202:2021 "Zərgərlik məmulatları və qiymətli metallar. Qiymətli metal ərintilərinin əyarları" dövlət standartının dövri yoxlanılması ilə bağlı məsələlər nəzərdən keçirilib.
İclasın sonunda AZSTAND/TK 36-nın 2026-cı il üzrə Fəaliyyət Planına uyğun olaraq "Gümüş və onun əsasında ərintilər. Markalar", "Platin və onun əsasında ərintilər. Markalar" və "Təbii becərilmiş, kompozit becərilmiş mirvarilər və mirvari imitasiyalar - Terminologiya və təsnifat (nomenklatura)" dövlət standartları layihələrinin Texniki Komitənin üzvləri tərəfindən müzakirə edilərək qəbul olunması üçün AZSTAND-a təqdim edilməsinə dair müvafiq qərar qəbul edilib.
Qeyd edək ki, AZSTAND/TK 36 qiymətli metallar və qiymətli daşlar sahəsində standartlaşdırma fəaliyyətinin təşkili, müvafiq standartların hazırlanması və beynəlxalq təcrübənin tətbiqinin təmin olunması məqsədilə İMEM-in bazasında yaradılıb.

Xəbərlər     Tarix: 17 sentyabr 2026

Oxşar xəbərlər

Azərbaycanda həftəlik və aylıq dəmiryol biletləri yaradılacaq

Regionlara turist səfərlərinin təşviq edilməsi istiqamətində işlər görüləcək. xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiq etdiyi "Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026-2030-cu illər üçün Dövlə

Prezident: Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq

Artıq göstəriş verildi, gələn il minimum əməkhaqqı qaldırılacaq, pensiyalar qaldırılacaq, sosial müavinətlər qaldırılacaq. xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayınd

"Vita Milk" MMC-nin Rusiyadan gətiridiyi yağlarda uyğunsuzluq aşkarlandı - GERİ QAYTARILDI

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) apardığı nəzarət tədbirləri zamanı "Vita Milk" MMC tərəfindən idxal olunan bitki tərkibli spred yağı məhsulundan nümunələr götürülərək müayinə edilib. xəbər verir ki, bu barəd

Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti 121 dollardan yuxarı ticarət olunub. xəbər verir ki, "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,07 ABŞ dolları azalaraq 121,08 ABŞ dollarına düşüb

Gömrük qaydalarında dəyişiklik: Baş nazirdən yeni qərar

"Verildiyi, dayandırıldığı, bərpa və ya ləğv edildiyi barədə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə məlumat göndərilməli olan lisenziyaların və icazələrin Siyahısı"nda dəyişiklik olunub. xəbər veri

Paytaxtda mənzillərin qiyməti artır? - VİDEO

Daşınmaz əmlak bazarında qiymət artımı davam edir. -ın "Xəzər" TV-yə istinadən yaydığı məlumata görə, əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, bahalaşma xüsusilə sahəsi kiçik olan mənzillərd

Bu şəxslər 20 il gəlir vergisi ödəməyəcəklər

Yüksək ixtisaslı miqrantlar 20 il gəlir vergisi verməyəcək. Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, Miqrasiya Məcəlləsind

Toyuq əti də bahalaşdı - Video

Ətin ən əlçatan növlərindən hesab olunan toyuq filesi bahalaşıb. xəbər verir ki, "Xəzər" TV-yə istinadla xəbər verir ki, son günlər bəzi marketlərdə file ya ümumiyyətlə tapılmır, ya da əvvəlki qiymətindən baha satılır

Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb

Nyu-Yorkdakı COMEX əmtəə birjasında qızılın qiymətində cüzi artım qeydə alınıb. Bir troya unsiyası üzrə dəyər 0,1% yüksələrək 4 101 ABŞ dollarına çatıb. xəbər verir ki, COMEX-də gümüş ucuzlaşıb. Bir unsiya gümüşün qiymət


iqtisadi xeberler depozit faizleri internetden pul qazanmaq en son xeberler bitcoin