Paytaxtda mənzillərin qiyməti artır? - VİDEO
Daşınmaz əmlak bazarında qiymət artımı davam edir.
Biznes.az-ın "Xəzər" TV-yə istinadən yaydığı məlumata görə, əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, bahalaşma xüsusilə sahəsi kiçik olan mənzillərdə daha qabarıq hiss olunur.
Onun sözlərinə görə, bu artımı ən çox köhnə tikili yaşayış binalarında müşahidə etmək mümkündür.
Ekspert qeyd edib ki, yaxın dövrdə yeni tikili binalarda da qiymətlərin yüksəlməsi gözlənilir. O bildirib ki, bunun əsas səbəblərindən biri Bakıda çoxmənzilli yaşayış binalarının inşası üçün uyğun torpaq sahələrinin getdikcə azalmasıdır.
Elnur Fərzəliyev əlavə edib ki, hazırda yeni tikililərdə mənzillərin qiyməti yerləşdiyi əraziyə əsasən formalaşır. Belə ki, paytaxtın mərkəzində bir kvadratmetrin qiyməti 4-7 min manat, mərkəzə yaxın ərazilərdə 2-4 min manat, şəhər kənarında isə 1 500-2 500 manat arasında dəyişir. Köhnə tikili binalarda isə bir kvadratmetrin satış qiyməti əsasən 2 500-4 000 manat aralığındadır.
Pensiyalar eyni faizlə artırılmayacaq
Pensiyaların indeksasiya mexanizmi təkmilləşdirilir. Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Əmək pensiyaları haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Qanuna əsasən
Ölkədə orta aylıq əməkhaqqı 7% artıb
Bu ilin yanvar-iyun aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı məbləği 1 174,4 manat təşkil edib. Azərbaycanda orta əməkhaqqı bir ayda 2.9 manat artıb. bu barədə Dövlət Statistika Komitəsin
Maaşlardan yığılan vergi 21% artıb
Azərbaycanda 2026-cı ilin yanvar-iyul aylarında fiziki şəxslərin gəlir vergisi üzrə dövlət büdcəsinə 1 milyard 412,6 milyon manat vəsait daxil olub. Ötən ilin eyni dövründə bu göstərici 1 milyard 168,4 milyon manat təşki
Şirkətlər həyat sığortasına niyə yer ayırmalıdır?
Korporativ Həyat Sığortası - Daha çox sığorta olunan, daha az sığorta haqqı. Korporativ Həyat Sığortası, işəgötürənlər tərəfindən işçilərinə və onların ailələrinə təqdim edilən sığorta növüdür. Korporativ Həyat Sığortas
Pensiyaların ödəniləcəyi TARİX AÇIQLANDI
Avqustun 14-də Bakı və Sumqayıt şəhərlərində, həmçinin Abşeron rayonunda bu ay üzrə pensiya ödənişlərinin həyata keçirilməsi planlaşdırılır. -ın məlumatına görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyind