Toyuq əti istehsalında kəskin artım - Necə olacaq?

Toyuq əti istehsalında kəskin artım - Necə olacaq?Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının məlumatı:

Azərbaycan quş qripindən azad ölkə statusunda: Quşçuluq sektoru bundan nə qazanır?
Son illərdə Azərbaycanın qeyri-neft sektorunda davamlı inkişaf nümayiş etdirən sahələr arasında quşçuluq xüsusilə seçilir. Bu sahəyə yatırılan investisiyalar, həyata keçirilən məqsədyönlü dövlət dəstəyi sayəsində ölkə özünü həm damazlıq, həm süfrə yumurtası ilə tam təmin edir, toyuq əti istehsalı isə davamlı olaraq artır.

Mayın 25-də kənd təsərrüfatına həsr olunmuş müzavirədəki çıxışında Prezident İlham Əliyev əsas ərzaq məhsulları ilə özünütəminat səviyyəsinə dair göstəriciləri açıqlayıb. Onun verdiyi məlumata görə, Azərbaycan özünü quş əti ilə 82 faiz faiz təmin edir. İstehsal 147 min ton, idxal isə 32 min tondur. Yumurta ilə özünütəminat həddi keçilib, illik istehsal 2025-ci ildə 2 milyard 340 min ədəd , ixrac isə 90 milyon ədəd təşkil edib.

Prezident müşavirədə vurğulayıb ki, Azərbaycan 2030-cu ilədək quş əti ilə özünü tam təmin etməlidir. Onun təsdiqlədiyi "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026−2030-cu illər üçün Dövlət Proqramı"nda 2030-cu ilədək quş əti istehsalının ən azı 30 faiz artırılması hədəflənib.

Qeyd edək ki, rəsmi statistikaya əsasən 2020-ci ildə Azərbaycanda kəsilmiş çəkidə quş əti istehsalı 115,4 min ton, 2025-cü ildə isə 147 min ton təşkil edib. Yumurta istehsalı isə 2020-ci ildəki 1 milyard 906 milyon 198 min ədəddən 2025-ci ildə 2 milyard 340 milyon ədədə yüksəlib, ixrac 90 milyon ədəd təşkil edib. Göründüyü kimi, 5 ildə quş əti istehsalı 27,4 faiz, yumurta istehsalı isə 22,7 faiz artıb. Bu isə o deməkdir ki, növbəti 4 ildə quş əti istehsalının ən azı 44 min ton artırılması planlaşdırılır.

Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının rəhbəri Mürvət Həsənlinin sözlərinə görə, dövlətin quşçuluq sahəsinə dəstəyi, həmçinin epizootik vəziyyətə yüksək və keyfiyyətli nəzarət sayəsində təsərrüfatlarda kütləvi qırılma, istehsalda fasilə qeydə alınmır: "Qida Təhlükəsizliyi Agentliyinin effektiv nəzarət mexanizmi ölkəmizə quşçuluq sahəsində kütləvi qırılmaya səbəb olan xəstəliklərin idxalının və burada yayılmasının qarşısını alır. Nəticədə biz ildən-ilə istehsalda artım görürük. 2025-ci ildə ölkədə həm fərdi təsərrüfatlarda, həm də broyler müəssisələrində ümumilikdə 2 milyard 342,9 milyon ədəd yumurta istehsal olunub ki, bu da 2024-cü illə müqayisədə 1,8 faiz çoxdur".

Assosiasiya rəhbəri bildirir ki, müəssisələrimizin istehsal gücü quşçuluq məhsullarının xarici bazarlara çıxış imkanları yaradır və təsərrüfatlar bu imkandan yararlanırlar:

"İstehsalın artması, daxili tələbatdan yüksək olması, eyni zamanda xəstəliklərdən azad ölkə statusumuz imkan verir ki, məhsullarımızı bütün ölkələrə ixrac edə bilək: "Ötən il 12 milyon 686,8 min ədəd damazlıq, 90 milyon 437,8 min ədəd süfrə yumurtası ixrac olunub. Əvvəlki ilə nisbətən ixracın həcmi 23 faiz artıb. İl ərzində yumurta ixracından Azərbaycana 10,6 milyon ABŞ dolları valyuta daxil olub. Bu il diqqəti ilk növbədə daxili tələbatın təmin olunmasına yönəltmişik, eyni zamanda ixracı da davam etdiririk. 2026-cı ilin yanvar-may aylarında Birləşmiş Ərəb Əmirliklərinə 1 milyon 157,31 min dollar dəyərində 15 milyon 823,44 min ədəd süfrə yumurtası ixrac olunub. Ötən il yumurta ixracımızın coğrafiyası genişlənib: BƏƏ, Qətər, ABŞ, İraqla yanaşı Qambiya, Əfqanıstan, Syerra-Leone və Almaniyaya da ixrac qeydə alınıbAzərbaycandan quşçuluq məhsulları bu gün dünyanın 10-dək ölkəsinə ixrac edilir.

M.Həsənli onu da qeyd edir ki, AQTA ilə Çinin Baş Gömrük Administrasiyası arasında imzalanmış 3 saziş imkan verir ki, ölkəmizdən Çin kimi dünyanın nə böyük bazarlarından birinə quş əti, akvakulturada yetişdirilən balıq, kürü, dəniz məhsulları ixrac olunsun: "Bu o deməkdir ki, artıq Çin də Azərbaycanın quşçuluq məhsullarının keyfiyyət və qida təhlükəsizliyi tələblərinə tam cavab verdiyini təsdiq edir. Bütün bunlar quşçuluq təsərrüfatları qarşısında geniş imkanlar açır. Biz bu imkanlardan istifadə edərək, qısa müddətdə toyuq əti ilə də ölkəmizi tam təmin etmək və ixraca başlamağı hədəfləyirik. Bunun üçün mühüm investisiya planlarımız var, onların bəzilərinin həyata keçirilməsinə artıq başlanılıb. Əminəm ki, cənab Prezidenti imzaladığı proqramda qarşımıza qoyulan hədəfə vaxtından əvvəl nail ola biləcəyik".

Xəbərlər     Tarix: 10 avqust 2026

Oxşar xəbərlər

Azərbaycanda "İşçilərin Ezamiyyə Qaydaları" dəyişib

Maliyyə Nazirliyinin Kollegiyası 18 yanvar 2012-ci il tarixli qərarı ilə təsdiq edilmiş "İşçilərin Ezamiyyə Qaydaları"nda dəyişiklik edib. Bununla bağlı nazir Sahil Babayev yeni qərar imzalayıb. Qərara əsasən, bunda

Azərbaycan banklarının kredit prioriteti dəyişir -PUL HANSI SAHƏLƏRƏ GEDİR?

Azərbaycanda bankların biznes kreditləri son bir ildə sürətlə artsa da, ayrı-ayrı sahələr üzrə dinamika kəskin fərqlənib. Bankların kredit portfelində tikinti və nəqliyyatın çəkisi ciddi şəkildə yüksəlib, ticarət, sənay

Bu şəxslərin pensiyası ARTIRILDI

1300-dən çox işləyən pensiyaçının pensiyası 6 il işlədikdən sonra proaktiv qaydada yenidən hesablanaraq artırılıb. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Bildirilib ki, yaşa gör

Kimlər aylıq pensiya əlavəsi alacaq? - Yeni qayda təsdiqləndi

Aylıq pensiya əlavəsi almaq hüququ olan şəxslər müəyyənləşir. Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Əmək pensiyaları haqqında" qanuna təklif edilən yeni - V-I fəsildə əksini tapıb

Startaplar üçün yeni vergi güzəştləri olacaq

2027-ci il yanvarın 1-dən 10 il müddətinə iştirak payı və ya səhm mikro və kiçik sahibkarlıq subyekti olan "Startap" şəhadətnaməsi və ya texnologiyalar parkının qeydiyyat şəhadətnaməsini almış və digər fəaliyyətl

Sabahdan Azərbaycanda onlayn kreditlər üçün yeni qaydalar qüvvəyə minir

Azərbaycanda bankların kredit risklərinin idarə edilməsi mexanizminə mühüm yeniliklər edilib. xəbər verir ki, Mərkəzi Bankın sədri Taleh Kazımov tərəfindən aprelin 28-də təsdiqlənmiş yeni qaydalar sabahdan (1 oktyabr) qüvvəy

"Meta" Azərbaycanda vergi qeydiyyatına alınır

"Meta" Azərbaycanda vergi qeydiyyatından keçir". xəbər verir ki, bu barədə texnobloqer Fərid Pərdəşünas paylaşım edib. O bildirib ki, artıq reklamverənlər reklam hesablarında VÖEN-lərini göstərərək hazırd

"Vita Milk" MMC-nin Rusiyadan gətiridiyi yağlarda uyğunsuzluq aşkarlandı - GERİ QAYTARILDI

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) apardığı nəzarət tədbirləri zamanı "Vita Milk" MMC tərəfindən idxal olunan bitki tərkibli spred yağı məhsulundan nümunələr götürülərək müayinə edilib. xəbər verir ki, bu barəd

Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti 121 dollardan yuxarı ticarət olunub. xəbər verir ki, "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,07 ABŞ dolları azalaraq 121,08 ABŞ dollarına düşüb


iqtisadi xeberler biznes xeberleri biznes qurmaq internetden pul qazanmaq depozit faizleri