Sabahdan Azərbaycanda onlayn kreditlər üçün yeni qaydalar qüvvəyə minir

Sabahdan Azərbaycanda onlayn kreditlər üçün yeni qaydalar qüvvəyə minirAzərbaycanda bankların kredit risklərinin idarə edilməsi mexanizminə mühüm yeniliklər edilib.

Biznes.az xəbər verir ki, Mərkəzi Bankın sədri Taleh Kazımov tərəfindən aprelin 28-də təsdiqlənmiş yeni qaydalar sabahdan (1 oktyabr) qüvvəyə minəcək.

Vətəndaşlara onlayn kredit qadağası qoymaq imkanı verilir

Yeni tələblərə əsasən, banklar müştərinin yazılı müraciəti əsasında onun adına distant (onlayn) yolla istehlak kreditinin rəsmiləşdirilməsinə və ya mövcud limitin artırılmasına tam məhdudiyyət qoymalıdır. Bu qadağa bütün satış platformalarında tətbiq edilməlidir. Müştəri tətbiq etdiyi bu bloku yalnız banka şəxsən yaxınlaşmaqla, gücləndirilmiş e-imza və ya gücləndirilmiş müştəri autentifikasiyası vasitəsilə yazılı ərizə təqdim edərək ləğv edə bilər.

Yoxlama və xəbərdarlıq sistemləri

Kredit verən təşkilat daxili sistemləri vasitəsilə borcalanın belə bir qadağasının olmadığını müəyyən etdikdən sonra, bu məlumatı mütləq Kredit Bürosunun bazası üzərindən də dəqiqləşdirməlidir. Onlayn kredit stopu olan şəxslərə distant formada yeni kreditin verilməsi və ya limitin qaldırılması qətiyyən mümkün olmayacaq. Əgər belə bir məhdudiyyət qoymuş şəxs adından məsafədən kredit müraciəti olunarsa, bank bu barədə müştəriyə dərhal mobil tətbiq və ya SMS vasitəsilə bildiriş göndərəcək.

Vəsaitlərin ödənilməsinə vaxt məhdudiyyəti (gözləmə müddəti)

Onlayn rəsmiləşdirilən kreditlər üzrə pulun müştəriyə ötürülməsi (əvvəlcədən xəbərdar edilmək şərtilə) müəyyən olunmuş vaxt çərçivəsində həyata keçiriləcək:

-Minimum əməkhaqqının 2 mislinədək olan məbləğlər - müqavilə bağlandıqdan və ya dəyişiklik edildikdən 2 saat sonra;

-Minimum əməkhaqqının 2 mislindən yuxarı olan məbləğlər - müqavilə bağlandıqdan və ya dəyişiklik edildikdən 24 saat sonra.

Əlavə tələblər

İstehlak krediti müqavilələrinə kreditin və ya limit artımının həyata keçirildiyi halda borclunun həmin öhdəlikdən azad edilməsini nəzərdə tutan bənd əlavə olunmalıdır. Eyni zamanda, məsafədən rəsmiləşdirmə zamanı borcalanın belə bir məhdudiyyətinin olub-olmaması haqqında məlumatlar kredit dosyesinin ümumi sənədlər paketində öz əksini tapacaq.

Bütün bu yeni qaydalar və məhdudiyyətlər banklarla yanaşı, Bank Olmayan Kredit Təşkilatlarına (BOKT) da eyni qaydada şamil edilir.

Xəbərlər     Tarix: 30 sentyabr 2026

Oxşar xəbərlər

Toyuq əti də bahalaşdı - Video

Ətin ən əlçatan növlərindən hesab olunan toyuq filesi bahalaşıb. xəbər verir ki, "Xəzər" TV-yə istinadla xəbər verir ki, son günlər bəzi marketlərdə file ya ümumiyyətlə tapılmır, ya da əvvəlki qiymətindən baha satılır

Dövlət qulluğunda vakant vəzifələr üzrə yeni qayda - müddət 1 il olacaq

Dövlət qulluqçusu hesab olunmayan şəxslərlə vakant vəzifə ilə bağlı müddətli əmək müqaviləsinin müddəti 1 ildən çox ola bilməz. Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Dövlət Qulluğu Məcəlləsini

Şirkətlər həyat sığortasına niyə yer ayırmalıdır?

Korporativ Həyat Sığortası - Daha çox sığorta olunan, daha az sığorta haqqı. Korporativ Həyat Sığortası, işəgötürənlər tərəfindən işçilərinə və onların ailələrinə təqdim edilən sığorta növüdür. Korporativ Həyat Sığortas

Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb

Nyu-Yorkdakı COMEX əmtəə birjasında qızılın qiymətində cüzi artım qeydə alınıb. Bir troya unsiyası üzrə dəyər 0,1% yüksələrək 4 101 ABŞ dollarına çatıb. xəbər verir ki, COMEX-də gümüş ucuzlaşıb. Bir unsiya gümüşün qiymət

Ali təhsil müəssisələrinə qəbul olunanların NƏZƏRİNƏ: Qeydiyyat başladı

Ali təhsil müəssisələrinə qəbul olunanların qeydiyyatı başlayıb. xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb. Bildirilib ki, qeydiyyat sentyabrın 8-də saat 18:00-dək davam edəcək. Qeyd edək ki, qəbul olunanları

Pul köçürmələrində yeni hədd aylıq 50 min manata qaldırıldı

Maliyyə Monitorinqi Xidməti (MMX) elektron köçürmələrin hesabatlandırılması qaydasını yenidən dəyişib. Bu barədə MMX-nin 25 sentyabr 2026-cı il tarixli qərarına istinadən xəbər verir. Yeni qərara əsasən, maliyyə institutlarını

Azərbaycan nefti ucuzlaşdı

"Azeri Light" markalı neft ucuzlaşıb. xəbər verir ki, dünya bazarında Azərbaycan neftinin 1 barelinin qiyməti 4.27 ABŞ dolları və ya 3.48% azalaraq 118.22 ABŞ dolları təşkil edib. Xatırladaq ki, neftimizin əvvəlk

Azərbaycanda mənzil və avtomobillər kimlərə pulsuz verilir?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən imtiyazlı kateqoriyalardan olan şəxslərin mənzil və avtomobillə təminatı istiqamətində iş aparılır. Maraqlıdır ki, mənzillər və avtomobillər kimlərə pulsuz verilir? Ümumiyyətl

Prezident: Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq

Artıq göstəriş verildi, gələn il minimum əməkhaqqı qaldırılacaq, pensiyalar qaldırılacaq, sosial müavinətlər qaldırılacaq. xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayınd


iqtisadi xeberler bitkoin qiymeti kripto investisiya bitcoin