Taleh Kazımov: Kredit faizləri istədiyimiz qədər azalmır - SƏBƏBİ AÇIQLANDI
Azərbaycanda kredit faizlərinin Mərkəzi Bankın arzuladığı səviyyədə aşağı düşməməsinin əsas səbəblərindən biri bank sektorunda rəqabətin zəif olmasıdır.
Biznes.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov mətbuat konfransında bildirib.
"Kreditlər üzrə faizlərin daha çox azalmasını istərdik. Lakin bank sektorunda rəqabətin az olması nəticəsində faizlərin dəyişməsi istədiyimiz səviyyədə deyil", - AMB sədri deyib.
Mərkəzi Bank 2025-ci il ərzində uçot dərəcəsini ümumilikdə 0,75 faiz bəndi azaldıb. Bu qərarların depozit və kredit faizlərinə təsiri müşahidə olunsa da, kreditlər üzrə azalma daha zəif olub.
Mərkəzi Bank sistem əhəmiyyətli və bazarda yüksək paya malik bankların kredit faizlərinə təsirini hələlik ayrıca qiymətləndirməyib. Bununla belə, Taleh Kazımov bildirib ki, iri bankların faiz qərarları, onların digər banklardan fərqləri və bazara təsiri daim təhlil edilir.
"Lazım olduğu halda müvafiq tədbirlər görəcəyik", - AMB sədri əlavə edib.
"İstərdik ki, kredit faizlərində daha çox azalma olsun. Mən bunu bir neçə dəfə qeyd etmişəm, yəqin ki, 29 iyulda çıxan müsahibəmi də görmüsünüz - bank sektorunda rəqabətin az olması nəticəsində kredit faizlərinin dəyişimi o qədər istədiyimiz kimi də deyil",- Taleh Kazımov deyib.
Yeni kreditlər üzrə faizlər necə dəyişib?
Taleh Kazımov qeyd edib ki, 2025-ci ilin iyun ayı ilə müqayisədə fiziki şəxslərə verilmiş yeni kreditlər üzrə faiz dərəcələri 0,2 faiz bəndi azalıb. Hüquqi şəxslərə verilmiş yeni kreditlər üzrə faiz dərəcələrində isə 0,3 faiz bəndi enmə qeydə alınıb.
Yeni cəlb edilmiş depozitlər üzrə fiziki şəxslərə təklif olunan faizlər 0,5 faiz bəndi, hüquqi şəxslərin depozitləri üzrə faizlər isə 0,3 faiz bəndi aşağı düşüb.
Taleh Kazımov qeyd edib ki, sabit məzənnə rejimi şəraitində uçot dərəcəsinin 0,75 faiz bəndi azaldılmasının depozit və kredit faizlərinə mövcud ötürülmə səviyyəsi ilkin mərhələdə Mərkəzi Bank üçün məqbuldur.

Nağdsız ödənişlərin artım tempi zəifləyib – Elektron ticarətdə isə geriləmə var
BOKT-lərin xalis mənfəəti 2,5 dəfədən çox artaraq 153 milyon manatı keçib
Kredit ittifaqlarının vəziyyəti pisləşir: Aktivlər, kreditlər və kapital kəskin azalıb
Azərbaycanda kredit kartları üzrə faizlər 27%-ə çatıb – Avtomobil kreditləri də bahalaşıb
Apple yeni iMac və MacBook Pro modellərini təqdim etdi – Qiymətlər açıqlandı
500 000 AZN-dək nağd pul elə indi əlçatandır
Bankın ali idarəetmə orqanında dəyişiklik planlaşdırılır – Səhmdarları toplanır
Bankların xalis mənfəəti 18,8 faiz artıb, lakin depozit və risk xərcləri də yüksəlib
Bank sektorunda son vəziyyət - YENİ GÖSTƏRİCİLƏR AÇIQLANDI
Sentyabr ödəniş kartlarının sayı 414 min ədəd artıb
Whatsapp biznesin üstünlükləri nələrdir?
5 liderlik göstəricisi
Kriptovalyuta məzənnəsi necə analiz olunur?
"iPhone 15" modelinin üstünlükləri
Digital Card nədir?