"Azərbaycan Avropaya elektrik enerjisi, "yaşıl hidrogen" və ammonyak tədarük etmək niyyətindədir

Energetika naziri Pərviz Şahbazov 9-cu "Berlin Enerji Keçidi Dialoqu" konfransında çıxış edib.
Nazirliyin yaydığı məlumatda bildirilir ki, çıxışda Azərbaycan Prezidenti tərəfindən ölkənin sosial-iqtisadi inkişaf strategiyasının prioritetlərindən biri kimi müəyyənləşdirilən bərpa olunan enerjinin inkişafı daha çox tərəfdaş ölkələrin enerji təhlükəsizliyinə töhfə vermək aspektində diqqətə çatdırılıb. Ötən il Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sektorunda strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunun  imzalanmasını xatırladan energetika naziri deyib ki, Azərbaycan uzun illərdir dünya neft bazarını xam neft və neft məhsulları ilə təmin edir: "İki ildən çoxdur ki, biz Avropanın enerji bazarına təbii qaz tədarük edirik. İndi biz Avropa Komissiyası ilə təbii qaz tədarükünün həcmini iki dəfə artırmaq üçün işləyirik, çünki Avropadan olan tərəfdaşlarımız Rusiya ilə Ukrayna arasındakı müharibə və ümumi enerji böhranı fonunda bu həcmlərin artırılması xahişi ilə bizə müraciət ediblər".
Energetika naziri bərpa olunan enerji mənbələrinin inkişafı məqsədilə son illərdə  həyata keçirilən islahatlardan, yeni qanunvericilik aktlarının hazırlanmasından, investisiya mühitinin yaradılmasından bəhs edib. Bildirilib ki, Azərbaycanın "yaşıl enerji" ilə bağlı siyasəti  bu sahənin inkişafına dövlətin maliyyə vəsaitlərini deyil, xarici  şirkətləri cəlb etməyə yönəlib. Xarici investorlarla artıq 710 MVt gücündə külək və günəş enerji layihələrinin icra edildiyi, 25 QVt-a yaxın istehsal gücləri üzrə əməkdaşlıq sənədlərinin imzalandığı qeyd edilib. Bu potensial və ötən ilin dekabrında Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında "yaşıl enerji"nin inkişafı və ötürülməsinə dair imzalanmış Saziş əsasında ölkəmizin  Avropaya "yaşıl enerji"ni tədarük etmək niyyəti ifadə edilib: "Xəzər dənizində 157 QVt-lıq külək potensialımız var. Biz onu Avropa İttifaqına yüksək gərginlikli xətlər vasitəsilə elektrik enerjisi, "yaşıl hidrogen", ammonyak şəklində verə bilərik. Dörd ölkə Avropa Komissiyası və özəl şirkətlərlə birlikdə bunun üzərində işləyir".
Çıxışda həmçinin bərpa olunan enerjinin ölkənin enerji sisteminə inteqrasiyası, bərpa olunan və ənənəvi enerji mənbələri arasında balansın yaradılması məsələlərinə də toxunulub. Amerikanın Tetra Tech və Türkiyənin Efra şirkətləri ilə bu istiqamətdə əməkdaşlıq edildiyi və  enerji sisteminə  2 min MVt-dək həcmdə bərpa olunan enerji güclərinin inteqrasiyasının planlaşdırıldığı bildirilib. 
Nazir Pərviz Şahbazov deyib ki, "yaşıl enerji" gələcəyin enerjisidir. Lakin biz enerji keçidinin rasional şəkildə həyata keçirilməsi barədə düşünməliyik. 
/ marja.az

Maliyyə     Tarix: 29 mart 2023

Oxşar xəbərlər

Azərbaycanın qeyri-neft ixracı 8 ayda 2,8 milyard dolları keçib – 17,6% ARTIM

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) "İxrac icmalı"nın 2026-cı ilin sentyabr sayına dair ilkin göstəriciləri təqdim edib. İcmala əsasən, 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanı

Azərbaycanda kassa aparatları ilə qeydə alınan dövriyyə 3 milyard manatdan çox artıb

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda yeni nəsil nəzarət-kassa aparatları (NKA) vasitəsilə qeydə alınan dövriyyə 23 milyard 328,9 milyon manata çatıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3 milyard 51,7 milyo

Azərbaycana süd idxalı kəskin artıb - İlk 5 ayda 17 milyon dolları keçib

2026-cı ilin ilk 5 ayında Azərbaycana 17 milyon 923,4 min dollar dəyərində süd və qaymaq idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 11 milyon 358,8 min dollar idi. Dəyər ifadəsində idxal 6 milyon 564,6 min dolla

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. InvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə, 13–19 iyul 2026-cı il tarixlərində qlobal maliyyə bazarlarında əsa

Azərbaycanda aksiz əməliyyatı: 6 min ədəddən çox alkoqollu içki və 5 min litrə yaxın pivə müsadirə edilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən aksizli malların dövriyyəsinə nəzarətin gücləndirilməsi, istehsal və satış sahəsində şəffaflığın artırılması, eləcə də vergi qanunvericiliyinə riayət olunmasını

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. İnvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə 15–21 iyun 2026 həftəsində valyuta və əmtəə bazarlarında əsas hərəkətveric

Gələn il üzrə icmal büdcənin kəsir limiti müəyyənləşib

2027-ci ildə Azərbaycanın icmal büdcəsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) gəlirləri nəzərə alınmadan kəsirinin yuxarı həddinin 16 milyard 74 milyon 122,9 min manat olması nəzərdə tutulur

Bitki yağları idxalı 34,9% artdıb, ilk 5 ayda 101 milyon dolları keçib

2026-cı ilin yanvar-may aylarında Azərbaycana 101 milyon 218 min dollar dəyərində bitki və heyvan mənşəli piylər və yağlar idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 75 milyon 55,1 min dollar idi. Bu barədə Dövlə

Naxçıvan iqtisadiyyatı 3 % böyüyüb

Bu ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikasında 1 milyard 25,7 milyon manat dəyərində ümumi daxili məhsul istehsal (ÜDM) olunub. Bu barədə Naxçıvanın Dövlət Statistika Komitəsindən bildirilib. Məlumata görə


iqtisadi xeberler online pul qazanmaq kripto dollar kursu bu gunun xeberleri