"Mərkəzi Bank inflyasiyaya maaş artımları ilə çatmalıdır"
Yaponiya Baş naziri Sanae Takaichi, Yaponiya Mərkəzi Bankının (BoJ) pul siyasətini xammal qiymətlərinin artımı ilə deyil, maaş artımlarına əsaslanan sabit 2% inflyasiya hədəfi ilə həyata keçirilməsinin gərəkli olduğunu bildirib.
Biznes.az xəbər verir ki, parlamentdə çıxışı zamanı Takaichi bildirib.
"İstehlak inflyasiyası hazırda 3% civarındadır, lakin bunun əsas səbəbi düyü və ərzaq qiymətlərinin bahalaşmasıdır. Bu cür qiymət artımları əhalinin yaşayışını çətinləşdirir və iqtisadiyyata mənfi təsir göstərə bilər".
Baş nazir Yaponiyanın hələ də deflyasiyaya qayıtmaq riski ilə üz-üzə olduğunu qeyd edərək bunun ev təsərrüfatlarının xərclərini təxirə salmasına, şirkət mənfəətlərinin azalmasına və firmaların maaş artımından qaçmasına səbəb ola biləcəyini vurğulayıb.
Takaichi bildirib ki, hökumət maaş artımları ilə dəstəklənən mülayim inflyasiya siyasətinə fokuslanmalıdır:
"Bu, pul siyasətinə birbaşa təsir edən mövzudur. Ona görə də Yaponiya Mərkəzi Bankı ilə sıx koordinasiya içində olmağı hədəfləyirik".

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur
Cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə 371 kitab yazaraq 1 milyon dollar qazanıb
AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb
Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı
Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu
Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"
AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq "WebTrust for CA" auditindən uğurla keçib
ATİB sədri Mürsəl Rüstəmov Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə keçirilən mərasimə qatılıb - FOTOLAR
Whatsapp biznesin üstünlükləri nələrdir?
İban nədir?
Kriptovalyuta nədir və necə alınır?
Dünyanın ən dəyərli avtomobil şirkətləri
SEO nədir və Google axtarışda necə 1-ci olaq?