Azərbaycan avtomobilləri kəskin bahalaşan 95 və 98 markalı benzinləri 92 ilə əvəzləyir – İdxal kəskin düşüb

Azərbaycan avtomobilləri kəskin bahalaşan 95 və 98 markalı benzinləri 92 ilə əvəzləyir – İdxal kəskin düşübAzərbaycan 2022-ci ildə kəskin bahalaşan "premium" və "super" markalı benzinlərin idxal həcmini kəskin azaldıb.
Banker.az xəbər verir ki, 2022-ci ildə 99 491 ton, yaxud orta istilikdə 133 724 litr həcmində 95 markalı "premium" markalı avtomobil benzini idxal edib.  İdxal edilmiş 95 markalı benzinin idxal dəyəri $102.54 mln. təşkil edib. Benzinin idxalı 2021-ci illə müqayisədə miqdar baxımdan 33% azalıb.
Azərbaycan xaricdən 95 markalı benzinin hər tonunu 2021-ci ildə $754 olduğu halda, 2022-ci ildə artaraq $1 031    olub. Yəni öncəki illə müqayisədə  hər tonun $277 baha, yaxud 37% baha olması deməkdir.
Bir qədər yuxarı sinif  "super" markalı və oktanı 98-dən çox olan avtomobil benzinin idxal həcmi isə 38% azalaraq 1 671 ton təşkil edib ki, bu da cəmi $2.05 mln.-luq idxaldır. 98 oktanlı benzinin bir tonu Azərbaycana 2021-ci ildə  $892 olduğu halda, 2022-ci ildə $1 228 təşkil edib. Bu da öncəki ildən 38% bahadır.
Qeyd edək ki, Azərbaycan 2022-ci ilin ilk yarısında Aİ-92 markalı avtomobil benzinini də, daxildəki neftayırma zavodunun müvəqqəti təmirə dayanması ilə xaricdən idxal edirdi. 2022-ci ildə ümumilikdə 198 790 ton, yaxud $223.46 mln. həcmində Aİ-92 benzini idxal etmişdi.

Xəbərlər     Tarix: 13 mart 2023

Oxşar xəbərlər

Aviabiletlər əlçatan olacaq: Azərbaycana aşağıbüdcəli aviaşirkətlər cəlb ediləcək

Azərbaycanda hava gəmisi istismarçılarının uçuş coğrafiyasının genişləndirilməsi, mövcud destinasiyalar üzrə uçuş tezliyinin, həmçinin aviabilet qiymətlərinə əlçatanlığın artırılması və regional hava limanlarının potensialında

Bu tarixlərdə ardıcıl olaraq 4 gün İŞ OLMAYACAQ

Azərbaycanda noyabr ayında ardıcıl 4 gün qeyri-iş günü olacaq. xəbər verir ki, 8 Noyabr Zəfər Günü, 9 Noyabr isə Dövlət Bayrağı Günüdür. Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən, 8 Noyabr baza

Ölkədə orta aylıq əməkhaqqı 7% artıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı məbləği 1 174,4 manat təşkil edib. Azərbaycanda orta əməkhaqqı bir ayda 2.9 manat artıb. bu barədə Dövlət Statistika Komitəsin

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında "Azeri Light" markalı neft ucuzlaşıb. xəbər verir ki, dünya bazarında Azərbaycan neftinin 1 barelinin qiyməti 0.07 ABŞ dolları və ya 0.07% azalaraq 95.5 ABŞ dolları təşkil edib. Xatırladaq ki, neftimizi

Vergi ödəyicilərinin nağd əməliyyatlarına tətbiq olunan limitlər

"Nağdsız hesablaşmalar haqqında" qanunun 3.3-cü maddəsinə əsasən, bu Qanunun 3.5-ci maddəsinin müddəaları (qanunla yalnız nağdsız həyata keçirilən ödənişlər) nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmı

Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti 121 dollardan yuxarı ticarət olunub. xəbər verir ki, "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,07 ABŞ dolları azalaraq 121,08 ABŞ dollarına düşüb

Azərbaycan qızıl istehsalını yüksəldib

Azərbaycan 2025-ci ilin ilk 10 ayında qızıl istehsalı həcmini 2 593 kiloqrama yüksəldib. xəbər verir ki, bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. İstehsal edilmiş qızıl öncəki ili 20 faiz üstələyib. Qeyd edə

Maaşlardan yığılan vergi 21% artıb

Azərbaycanda 2026-cı ilin yanvar-iyul aylarında fiziki şəxslərin gəlir vergisi üzrə dövlət büdcəsinə 1 milyard 412,6 milyon manat vəsait daxil olub. Ötən ilin eyni dövründə bu göstərici 1 milyard 168,4 milyon manat təşki

Media subyektləri üçün vergi güzəştinin müddəti uzadılır

Azərbaycanda media subyektləri üçün vergi güzəştinin müddəti daha 3 il uzadılır. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Vergi Məcəlləsinə təklif edilən dəyişiklik zamanı əksini tapıb


iqtisadi xeberler emlak xeberleri bitkoin almaq dollar kursu online pul qazanmaq