Azərbaycan bazarına Qazaxıstan kapitallı 10-dan çox şirkət daxil olub
Yeyinti və toxuculuq sənayesi, eləcə də maşınqayırma sahəsində fəaliyyət göstərən Qazaxıstan kapitallı 10-dan çox şirkət "QazTrade" Ticarət Siyasətinin İnkişafı Mərkəzinin dəstəyi ilə Azərbaycan bazarına daxil olub.
FED.az xəbər verir ki, bunu "QazTrade"in E-ticarət departamentinin direktoru Janar Utepova deyib.
Onun sözlərinə görə, bu istiqamətdə işlər Qazaxıstanın Ticarət və İnteqrasiya Nazirliyinin himayəsi altında ixracın akselerasiya proqramı çərçivəsində həyata keçirilir.
"Bu proqram çərçivəsində biz şirkətləri Azərbaycan bazarına çıxarır, tərəfdaşlar tapır, danışıqlarda, müqavilələrin bağlanmasında köməklik göstərir, yəni onları bu bazara çıxma prosesində tam şəkildə müşayiət edirik. İxracın akselerasiya proqramında ümumilikdə 190-a yaxın aktiv və yeni yaradılan şirkətlər iştirak edir. Yeni şirkətlər üçün ixrac üzrə, aktiv şirkətlər üçün isə tərəfdaşların tapılması və müqavilələrin imzalanması ilə bağlı təlimlər keçiririk. Biz, həmçinin, ticarət-iqtisadi missiyalar təşkil edirik və hazırda bu istiqamətdə növbəti il üçün planlar üzərində işləyirik", - Janar Utepova qeyd edib. (Azərbaycan iqtisadiyyatı, Teleqram kanalı)

Bank Kartından Təhlükəsiz İstifadə üçün 10 Əsas Qayda
Dövlət-özəl tərəfdaşlığı çərçivəsində maliyyə savadlılığı və kibertəhlükəsizlik mövzusunda təlim keçirilib
"Zolotaya Korona" Rusiyadan Gürcüstana pul köçürmələrini bərpa edib
Azərbaycanda ipoteka kreditlərinə böyük tələb – 6848 müraciətdən 1393-ü qeydə alınıb
ADA Universiteti və Bank of Baku-nun təşkil etdiyi II "Mini-MBA" proqramı yekunlaşdı
Bank Respublika və AccessBank-ın birləşməsinin bazara təsiri açıqlanıb
Biznesə aid ən yaxşı 10 kitab
Start-up nədir?
Onlayn mağazalarda edilən TOP-5 səhvlər nələrdir?
Fond birjası nədir?
Ən bahalı otellər hansılardır?