Azərbaycan Rusiyaya ərzaqlıq yumurta ixrac edəcək
Azərbaycan yaxın günlərdə Rusiyaya ərzaqlıq yumurta ixracına başlayacaq. Bunu Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli deyib.
"Yaxın günlərdə Azərbaycan Rusiyaya quşçuluq məhsullarının, xüsusilə də ərzaqlıq yumurtanın ixracına başlayacaq. Bununla bağlı müvafiq razılaşma əldə olunub", - deyə o, jurnalistlərə açıqlamasında bildirib.
Təhməzlinin sözlərinə görə, Azərbaycanda qida təhlükəsizliyi nəzarəti sistemi sənaye quşçuluğu səviyyəsində beynəlxalq standartlara uyğundur.
Rusiya ilə fitosanitar sahədə əməkdaşlığa toxunan AQTA sədri qeyd edib ki, əvvəlki illərlə müqayisədə 2023-cü ildə Azərbaycanda bitki xəstəlikləri ilə bağlı təcili bildirişlər kifayət qədər az daxil olub.
"Bu, ölkəmizin ərazisində bitki sağlamlığının daha da mütəşəkkil təşkil olunmasından xəbər verir. Bundan başqa, bir sıra bitkiçilik məhsulları var ki, onların Rusiya Federasiyasına ixracı zamanı artıq sadələşdirilmiş ixrac metodlarından istifadə olunacaq", - deyə o bildirib.
Təhməzli əlavə edib ki, AQTA "Rosselxoznadzor"la sağlam istehsal müəssisələri və şirkətlərin siyahısının hazırlanması ilə bağlı razılıq əldə edib. "Bu, Azərbaycandan Rusiyaya, Rusiyadan isə Azərbaycana həmin sağlamlıq statusu almış müəssisələrdən məhsulların idxalı və ixracının çox çevik və asan şəkildə həyata keçirilməsinə imkan verəcək", - deyə AQTA sədri vurğulayıb.
Qeyd edək ki, Rusiyada quş əti və yumurta bahalaşıb. Ölkədə qiymət artımının dayandırılması üçün idxalın artırılması tapşırılıb. Ətin qiymətinin yüksək olması ilə alıcılar daha münasib protein mənbəyini - yumurtanı seçirlər. Buna görə də bu məhsulun istehlakı artıb. / marja.az

Azərbaycanda ipoteka kreditlərinə böyük tələb – 6848 müraciətdən 1393-ü qeydə alınıb
ADA Universiteti və Bank of Baku-nun təşkil etdiyi II "Mini-MBA" proqramı yekunlaşdı
Yeni yaradılan şirkətə - DÖVLƏT QURUMUNDAN QADAĞA – ƏTRAFLI
Bank Respublika və AccessBank-ın birləşməsinin bazara təsiri açıqlanıb
Necə Bitcoin almaq olar?
Layihə menecmenti nədir?
Dünyanın ən varlı 10 adamı
Digital Card nədir?
CV hazırlayarkən buraxılan 5 səhv