Azərbaycan xariclə turizm xidmətləri balansında $229 mln. profisit yaranıb
2024-cü ilin 6 ayında Azərbaycan Respublikasının qarşılıqlı turizm xidmətlərinin dövriyyəsi 54.4% artaraq 1.7 mlrd. dollar təşkil edib.
Banker.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.
Hesabat dövründə turizm xidmətləri üzrə ixracı 946.6 mln. dollar, idxalı isə 717.3 mln. dollar olub.
Beləliklə, ixracın idxalı üstələməsi nəticəsində 229.3 mln. dollar həcmində profisit yaranıb. Bu da o deməkdir ki, Azərbaycana gəlib pul xərcləyən xarici vətəndaşlar, xaricə səfərə getmiş Azərbaycan vətəndaşlarından daha pul çox xərcləmiş olub.
Bu dövrdə xaricə səfər edən Azərbaycan vətəndaşlarının sayı 25.7%, Azərbaycana gələn xarici vətəndaşların sayı isə 34.0% artmışdır.
Xarici ölkələr tərəfindən Azərbaycan rezidentlərinə turizmlə bağlı göstərilən xidmətlərin həcmi 717.3 mln. dollar olmuşdur. Bunun 78.8%-i Azərbaycan vətəndaşlarının şəxsi səfərləri ilə bağlı olmuşdur (məkik idxal üçün vəsaitlər istisna olmaqla).

Bank Kartından Təhlükəsiz İstifadə üçün 10 Əsas Qayda
Dövlət-özəl tərəfdaşlığı çərçivəsində maliyyə savadlılığı və kibertəhlükəsizlik mövzusunda təlim keçirilib
ADA Universiteti və Bank of Baku-nun təşkil etdiyi II "Mini-MBA" proqramı yekunlaşdı
Yeni yaradılan şirkətə - DÖVLƏT QURUMUNDAN QADAĞA – ƏTRAFLI
Bank Respublika və AccessBank-ın birləşməsinin bazara təsiri açıqlanıb
1000 manatla hansı biznesi qurmaq olar?
Digital Card nədir?
Birbank xidmətinə necə qoşulmaq olar?
Dünyanın ən dəyərli avtomobil şirkətləri
Biznes nədir və hansı növləri var?