Azərbaycanda bu bankda nə baş verir? – 63 milyonluq depozit geri çəkildi

Azərbaycanda bu bankda nə baş verir? – 63 milyonluq depozit geri çəkildi"Yapi Kredi Bank Azərbaycan" 2023-cü ilin birinci yarısı üzrə maliyyə nəticələrini açıqlayıb.
KONKRET.az xəbər verir ki, 2023-cü ilin birinci yarısında "Yapi Kredi Bank Azərbaycan"ın xalis mənfəəti illik müqayisədə 2.6 dəfə artaraq 3 milyon 604 min manat təşkil edib. 2022-ci ilin müvafiq dövründə bank 1 milyon 361 min manat xalis mənfəət əldə etmişdi.
Hesabat dövründə bankın faiz gəlirləri 41.3% artaraq 17.1 milyon manat, faiz xərcləri isə 26% artaraq 1.1 milyon manat təşkil edib. Bu dövrdə bankın qeyri-faiz gəlirləri 9.3 milyon manata ( illik müqayisədə 11.3% çox), qeyri-faiz xərcləri isə 18.1 milyon manata ( illik müqayisədə 20.5% çox) bərabər olub. Beləliklə bank 7.1 milyon manat əməliyyat mənfəəti qazanıb ki, bu da illik müqayisədə 58.5% və ya 2.6 milyon manat artım deməkdir.
Eyni dövrdə bankın nağd pul vəsaitləri 43% və ya 73.2 milyon manat azalaraq 97 milyon 445 min manat təşkil edib.
Bu dövrdə bank kiçilib. Belə ki, cari ilin iyulun 1-nə bankın aktivləri ilin əvvəli ilə müqayisədə 10.8% və ya 52 milyon manat azalaraq 429.8 milyon manata enib. Cari ilin ilk 6 ayında "Yapi Kredi Bank Azərbaycan"ın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 6% və ya 14.3 milyon manat artaraq 251.2 milyon manata çatıb. Bankın kredit portfelində istehlak kreditləri 52.1 milyon manat ( illik müqayisədə 15.1% çox), biznes kreditləri 170.9 milyon manat ( illik müqayisədə 1% çox), daşınmaz əmlak kreditləri isə 28.1 milyon manat ( illik müqayisədə 25.3% çox) təşkil edib.
Bu dövrdə "Yapi Kredi Bank Azərbaycan"ın cəmi öhdəlikləri 760.9 milyon manat təşkil edib ki, bu da ilin əvvəlinə nisbətən 14.2% və ya 56.5 milyon manat azdır. Bankın depozit portfeli də cari ilin ilk 6 ayında 16.7% və ya 60.6 milyon manat azalaraq 303.2 milyon manata çatıb. Şirkətlərin bankdakı əmənətləri 63.6 milyon manat və ya 22.5% azalaraq 219.5 milyon manat, fiziki şəxslərin depozitləri isə 2.9 milyon manat və ya 3.7% artaraq 83.7 milyon manat olub.
2023-cü il iyul ayının 1-nə "Yapi Kredi Bank Azərbaycan" ın cəmi kapitalı 5.3% və ya 4.4 milyon manat artaraq 88,5 milyon manat təşkil edib.

Xəbərlər     Tarix: 24 iyul 2023

Oxşar xəbərlər

Almaniyanın avtomobil sektorunda məşğulluq ən aşağı səviyyəyə düşüb

Almaniyanın avtomobil sektorunda məşğulluq sentyabr ayında 721.400 nəfərə düşüb. xəbər verir ki, bu barədə Almaniya Federal Statistika İdarəsi bildirib. Bu 2011-ci ilin ortalarından bəri ən aşağı səviyyədir. Hissə istehsalçıların

Zərgərlik sahəsində yeni qaydalar - İlk dövlət standartı müzakirə edildi

"Qiymətli metallar və qiymətli daşlar" standartlaşdırma üzrə Texniki Komitənin növbəti iclası baş tutub. İclas çərçivəsində qiymətli metallar, qiymətli daşlar və zərgərlik məmulatları sahəsində standartlaşdırm

Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb

Nyu-Yorkdakı COMEX əmtəə birjasında qızılın qiymətində cüzi artım qeydə alınıb. Bir troya unsiyası üzrə dəyər 0,1% yüksələrək 4 101 ABŞ dollarına çatıb. xəbər verir ki, COMEX-də gümüş ucuzlaşıb. Bir unsiya gümüşün qiymət

Qaz ödənişləri ilə bağlı YENİLİK

İstifadə olunan təbii qazın ödənişi ilə bağlı yeni qayda tətbiq ediləcək. xəbər verir ki, abonentlər qaz sərfiyyatının dəyərini artıq POS-terminallar vasitəsilə də ödəyə biləcəklər. Beləliklə, istifadə edilmiş qazın haqq

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında "Azeri Light" markalı neft ucuzlaşıb. xəbər verir ki, dünya bazarında Azərbaycan neftinin 1 barelinin qiyməti 0.07 ABŞ dolları və ya 0.07% azalaraq 95.5 ABŞ dolları təşkil edib. Xatırladaq ki, neftimizi

Paytaxtda mənzillərin qiyməti artır? - VİDEO

Daşınmaz əmlak bazarında qiymət artımı davam edir. -ın "Xəzər" TV-yə istinadən yaydığı məlumata görə, əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, bahalaşma xüsusilə sahəsi kiçik olan mənzillərd

İşləməyən şəxslər də icbari sığorta haqqı ödəyəcəklər

Qeyri-formal işlərlə məşğul olan insanlar da icbari sığorta haqqını ödəyəcəklər. xəbər verir ki, ödənişin miqdarı aylıq 16 manat məbləğində olacaq. Bu, "Tibbi sığorta haqqında" qanuna təklif edilən dəyişiklikd

Aviabiletlər əlçatan olacaq: Azərbaycana aşağıbüdcəli aviaşirkətlər cəlb ediləcək

Azərbaycanda hava gəmisi istismarçılarının uçuş coğrafiyasının genişləndirilməsi, mövcud destinasiyalar üzrə uçuş tezliyinin, həmçinin aviabilet qiymətlərinə əlçatanlığın artırılması və regional hava limanlarının potensialında

Bu tarixlərdə ardıcıl olaraq 4 gün İŞ OLMAYACAQ

Azərbaycanda noyabr ayında ardıcıl 4 gün qeyri-iş günü olacaq. xəbər verir ki, 8 Noyabr Zəfər Günü, 9 Noyabr isə Dövlət Bayrağı Günüdür. Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən, 8 Noyabr baza


iqtisadi xeberler dollar manat kursu leobank kart bu gunun xeberleri dollarin kursu bu gun