Azərbaycanda daha bir bankda kritik durum

Azərbaycanda daha bir bankda kritik durum"Expressbank" 2023-cü ilin birinci yarısı üzrə maliyyə nəticələrini açıqlayıb.
KONKRET.az banka istinadən xəbər verir ki, 2023-cü ilin birinci yarısında "Expressbank"ın xalis mənfəəti illik müqayisədə 21.3% azalaraq 6 milyon 320 min manat təşkil edib. 2022-ci ilin müvafiq dövründə bank 8 milyon 28 min manat xalis mənfəət əldə etmişdi.
Hesabat dövründə bankın faiz gəlirləri 14.4% artaraq 26.9 milyon manat, faiz xərcləri isə 53.3% artaraq 7.1 milyon manat təşkil edib. Bu dövrdə bankın qeyri-faiz gəlirləri 9.1 milyon manata ( illik müqayisədə 4.3% çox), qeyri-faiz xərcləri isə 18.1 milyon manata ( illik müqayisədə 9.5% çox) bərabər olub. Beləliklə bank 8.3 milyon manat əməliyyat mənfəəti qazanıb ki, bu da illik müqayisədə 5.7% və ya 508 min manat azalma deməkdir.
Eyni dövrdə bankın nağd pul vəsaitləri 21.5% və ya 2.4 milyon manat azalaraq 37 milyon manat təşkil edib.
Cari ilin iyulun 1-nə bankın aktivləri ilin əvvəli ilə müqayisədə 12% və ya 52,5 milyon manat artaraq 489.5 milyon manata yüksəlib. Cari ilin ilk 6 ayında "Expressbank"ın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 18% və ya 53.4 milyon manat artaraq 350.5 milyon manata çatıb. Bankın kredit portfelində istehlak kreditləri 175.3 milyon manat ( illik müqayisədə 10% çox), biznes kreditləri 105.1 milyon manat ( illik müqayisədə 9.8% çox), daşınmaz əmlak kreditləri isə 70 milyon manat ( illik müqayisədə 67% çox) təşkil edib.
Bu dövrdə "Expressbank"ın cəmi öhdəlikləri 365.7 milyon manat təşkil edib ki, bu da ilin əvvəlinə nisbətən 18.8% və ya 57.9 milyon manat çoxdur. Bankın depozit portfeli də cari ilin ilk 6 ayında 1.5% və ya 2.9 milyon manat artaraq 196 milyon manata çatıb. Şirkətlərin bankdakı əmənətləri 1.2 milyon manat və ya 3% azalaraq 40.5 milyon manat, fiziki şəxslərin depozitləri isə 4.2 milyon manat və ya 2.8% artaraq 155.4 milyon manat olub.
2023-cü il iyul ayının 1-nə "Expressbank"ın cəmi kapitalı 4.2% və ya 5.5 milyon manat azalaraq 123.6 milyon manat təşkil edib.//APA

Xəbərlər     Tarix: 25 iyul 2023

Oxşar xəbərlər

Taleh Kazımov: Kredit faizləri istədiyimiz qədər azalmır - SƏBƏBİ AÇIQLANDI

Azərbaycanda kredit faizlərinin Mərkəzi Bankın arzuladığı səviyyədə aşağı düşməməsinin əsas səbəblərindən biri bank sektorunda rəqabətin zəif olmasıdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

Ölkədə orta aylıq əməkhaqqı 7% artıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı məbləği 1 174,4 manat təşkil edib. Azərbaycanda orta əməkhaqqı bir ayda 2.9 manat artıb. bu barədə Dövlət Statistika Komitəsin

Dolların sabaha olan məzənnəsi - AÇIQLANDI

Azərbaycan Mərkəzi Bankı manatın rəsmi məzənnəsi ilə bağlı məlumat açıqlayıb. xəbər verir ki, 18 sentyabr 2026-cı il tarixindən etibarən manatın ABŞ dollarına qarşı rəsmi məzənnəsi Mərkəzi Bank tərəfindən 1,700 səviyyəsind

AQTA qəfil qaraja daxil olub - Minlərlə şübhəli məhsul tapılıb

Vətəndaş müraciəti əsasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Çöl Şüvəlan qəsəbəsi, Minutka küçəsi ünvanında yerləşən "Best for Bar" MMC-yə məxsu

Əczaçılıq məhsullarının idxalına çəkilən xərc azalıb

Azərbaycan 424,755 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edib. xəbər verir ki, göstərici 2025-ci ilin yanvar-oktyabr aylarına məxsusdur. Dövlət Gömrük Komitəsinə istinadən verilən xəbərə görə, bu, 2024-c

Maaşlardan yığılan vergi 21% artıb

Azərbaycanda 2026-cı ilin yanvar-iyul aylarında fiziki şəxslərin gəlir vergisi üzrə dövlət büdcəsinə 1 milyard 412,6 milyon manat vəsait daxil olub. Ötən ilin eyni dövründə bu göstərici 1 milyard 168,4 milyon manat təşki

Azərbaycanda həftəlik və aylıq dəmiryol biletləri yaradılacaq

Regionlara turist səfərlərinin təşviq edilməsi istiqamətində işlər görüləcək. xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiq etdiyi "Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026-2030-cu illər üçün Dövlə

Müəssisələr vəsaitlərini qanundankənar xərcləyə bilər - Yeni təklif

"Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON Holding) müəssisələrinə öz vəsaitlərini dövlət satınalmalarından kənar xərcləmək hüququ verilə bilər". Azərbaycanda 7 ayda haqsız rəqabətlə bağlı 37 subyekti

İşləməyən şəxslər də icbari sığorta haqqı ödəyəcəklər

Qeyri-formal işlərlə məşğul olan insanlar da icbari sığorta haqqını ödəyəcəklər. xəbər verir ki, ödənişin miqdarı aylıq 16 manat məbləğində olacaq. Bu, "Tibbi sığorta haqqında" qanuna təklif edilən dəyişiklikd


iqtisadi xeberler valyuta xeberleri bu gunun xeberleri en son xeberler bank faizleri