Azərbaycanda daxili işlər orqanlarında xidmətdə fərqlənməyə görə medal təsis edildi
Azərbaycanda daxili işlər orqanlarında xidmətdə fərqlənməyə görə medal təsis edilib.
KONKRET.az xəbər verir ki, Prezident İlham Əliyev "Daxili işlər orqanlarında xidmətdə fərqlənməyə görə" Azərbaycan Respublikası medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" qanunu təsdiqləyib.
"Daxili işlər orqanlarında xidmətdə fərqlənməyə görə" medalı ilə cinayətkarlığa qarşı mübarizədə, ictimai qaydanın qorunmasında və ictimai təhlükəsizliyin təmin edilməsində xüsusi fərqlənən, daxili işlər orqanlarında vəzifələrini nümunəvi yerinə yetirən, xidmətdə yüksək nəticələr əldə edən Azərbaycan daxili işlər orqanlarının xüsusi rütbəsi olan əməkdaşları təltif ediləcəklər.
Medal döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda onlardan sonra taxılır.

İstehsal sektoru çökür, xidmət sektoru dirçəlir
Almaniyanın özəl sektoru noyabr ayı üçün aşağı göstərici nümayiş etdirib. Şirkətlər həm biznes fəaliyyətində, həm də yeni sifarişlərdə daha yavaş artımlar olduğunu bildiriblər. xəbər verir ki, xidmət sektorunun fəaliyyə
Vergi borcunu ödəməkdə çətinlik çəkənlərə GÜZƏŞT
2027-ci ildə Azərbaycanda vergi inzibatçılığının gücləndirilməsi ilə yanaşı, vergi ödəyicilərinə münasibətdə daha yumşaq yanaşmaların tətbiqi də nəzərdə tutulur. xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi layihəsind
Bu ərizəni verməyənlər 200 man cərimə olunacaq
30 gün müddətində vergi orqanında uçota alınmaq üçün ərizənin verilməməsinə görə 200 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək. xəbər verir ki, məsələ Milli Məclisin bugünkü iclasında müzakirə olunan Vergi Məcəlləsind
Neft ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşıb. xəbər verir ki, dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin qiyməti azalıb. Belə ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,18 ABŞ dolları azalaraq 66,51 AB