Azərbaycanda ərzaqlıq buğda istehsalçılarına aldığı kreditlərə dövlət zəmanəti və faiz subsidiyası veriləcək

Azərbaycanda ərzaqlıq buğda istehsalçılarına aldığı kreditlərə dövlət zəmanəti və faiz subsidiyası veriləcəkPrezident İlham Əliyev "Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında" 19 dekabr 2018-ci il tarixli fərmanında dəyişiklik edilməsi və Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə ilə bağlı bəzi məsələlərin tənzimlənməsi barədə fərman imzalayıb.
Fərmana əsasən, "Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında" dövlət başçısının 19 iyul 2022-ci il tarixli fərmanına əsasən ərzaqlıq buğda istehsalı ilə bağlı öhdəlik götürərək Kənd Təsərrüfatı Nazirliyi ilə müqavilə bağlamış sahibkarlıq subyektlərinə, müasir suvarma sistemlərinin alınması üçün kredit təşkilatlarının öz vəsaitləri hesabına verilən və aşağıdakı tələblərə cavab verən kreditlərə Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada dövlət zəmanəti və dövlət büdcəsindən bunun üçün Agentliyə ayrılmış vəsait hesabına faiz subsidiyası veriləcək.
Şərtlərə görə, hər bir layihə üzrə kreditin məbləği 3 milyon manatdan çox olmamalı, müasir suvarma sistemlərinin alıcıları tərəfindən həmin sistemlərin qiymətləndirmə nəticəsində müəyyən olunan satış dəyərinin minimum 20 %-i qədər ilkin ödəniş edilməli, kreditin illik faiz dərəcəsi 15%-dən, müddəti 5 ildən çox olmamalı, kredit üzrə güzəşt müddəti müasir suvarma sistemlərinin alınması, quraşdırılması, ərzaqlıq buğda əkini, yığımı və satışı üçün bazarda tələb olunan müddətlərə uyğun olmalı, lakin 1 ildən çox olmamalıdır.
Dövlət zəmanəti ümumi kredit məbləğinin aşağıda müəyyən olunmuş həddində dövlət zəmanəti verilir:
– illik faiz dərəcəsi 14,01 %-dən 15 %-ə qədər olduqda – 30 %;
– illik faiz dərəcəsi 13,01 %-dən 14 %-ə qədər olduqda – 40 %;
– illik faiz dərəcəsi 12,01 %-dən 13 %-ə qədər olduqda – 50 %;
– illik faiz dərəcəsi 12 %-ə qədər olduqda – 60 %.
Sahibkarlar kreditləri illik 5 %-lə ödəyəcək, qalıq faiz dərəcəsi isə büdcədən Agentliyə ayrılmış vəsait hesabına ödənilir.
Kreditin illik faiz dərəcəsinin subsidiyalaşdırılan hissəsini büdcəsindən bu məqsədlərlə ayrılmış vəsait hesabına Agentlik rübdə bir dəfədən az olmamaqla kredit təşkilatına ödəyir. Kreditin əsas məbləğinin ödəniş qrafiki mövsümilik amili əsasında sahibkarlıq subyektinin dövriyyəsi və ərzaqlıq buğda istehsalı nəticəsində satışdan daxilolmalar nəzərə alınmaqla müəyyən olunur.
Dövlət zəmanəti və faiz subsidiyası 2028-ci il yanvarın 1-nə qədər bağlanılmış bütün kredit müqavilələrinə şamil edilir.
Nazirlər Kabineti 3 ay müddətində: İqtisadiyyat Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin təklifləri əsasında yerli istehsal məhsulu olan müasir suvarma sistemlərinin satışı zamanı tətbiq edilən dövlət güzəştlərinin artırılması ilə bağlı təkliflərini Prezidentə təqdim etməli, sahibkarlıq subyektlərinə veriləcək kreditlər üzrə dövlət zəmanətinin verilməsi qaydasını təsdiq edib dövlət başçısına məlumat verməli, fərmandan irəli gələn digər məsələləri həll etməlidir.
İqtisadiyyat Nazirliyi yerli istehsal məhsulu olan müasir suvarma sistemlərinin yerli istehsala aid olmasına dair meyarları 6 ay müddətində təsdiq edib Prezidentə məlumat verməlidir. / banker.az

Banklar     Tarix: 30 noyabr 2023

Oxşar xəbərlər

"PAŞA Həyat"ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb

"PAŞA Həyat Sığorta" ASC 2026-cı ilin yanvar–sentyabr aylarını 41 milyon 147 min 189 manat xalis mənfəətlə başa vurub. Şirkət ötən ilin eyni dövründə 40 milyon 158 min manat xalis mənfəət əldə etmişdi. Beləliklə

Banklarda ən sərfəli manatla əmanətlər – Noyabr 2026

olaraq banklarda 2026-cı ilin noyabr ayı üçün manat ilə müddətli əmanətlər üzrə təkliflərini araşdırıb. Araşdırmalara görə , 12 aylıq əmanətlər üzrə ən yüksək illik faiz dərəcəsini 10.5% təklif edilir. Bankların manatla depozi

Ziraat Bank Azərbaycan "Zəfər Günü" münasibətilə keçirilən ağacəkmə aksiyasında iştirak edib

Ziraat Bank Azərbaycan 8 Noyabr – Zəfər Günü ərəfəsində Müşfiqabad qəsəbəsində təşkil olunan növbəti ağacəkmə aksiyasında iştirak edib. Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankı və maliyy

Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da

Kinosevərlər üçün bilet almaq daha asan olacaq. Rəqəmsal xidmətləri bir çətir altında birləşdirən Bir ekosistemi Azərbaycanın ən böyük kinoteatr şəbəkələrindən biri CineMastercard ilə yeni əməkdaşlığa başlayır. Tərəfdaşlı

Banklarda ən sərfəli dollar əmanətləri – Noyabr 2026

olaraq banklarda 2026-cı ilin noyabr ayı üçün ABŞ dolları ilə müddətli əmanətlər üzrə təkliflərini araşdırıb. Araşdırmalara görə , 12 aylıq dollar əmanətləri üzrə ən yüksək illik faiz dərəcəsini 5% təklif edilir. Bankları

Paraqvayda 3 milyon müştərisi olan bank çökdü – Rəhbəri istefa verdi

Paraqvayda təxminən 3 milyon müştərisi olan "Ueno Bank"ın müflisləşməsi ölkədə genişmiqyaslı maliyyə və siyasi böhrana səbəb olub. Bankın fəaliyyətinin dayandırılmasından sonra başlayan kütləvi etirazlar fonund

Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır

"İpək Yolu Sığorta" ASC nizamnamə kapitalını 15 milyon 242 min 500 manat və yaxud 2 dəfə artıraraq 14 milyon 770 min manatdan 30 milyon 012 min 500 manata çatdırmağı planlaşdırır. Kapital artımı qurumun dövriyyəd

Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®

Rabitəbank Qarabağda sahibkarlığın inkişafının dəstəklənməsi, biznes subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi və regionda dayanıqlı iqtisadi əlaqələrin qurulması istiqamətində fəaliyyətin

"Bank Respublika" mühüm təyinat baş tutub

"Bank Respublika" ASC-də yeni kadr təyinatı olub. xəbər verir ki, Cəfər Həmidov bankın baş texnologiya direktoru (CTO) vəzifəsinə təyin edilib. O, 2026-cı ilin oktyabrından etibarən yeni vəzifəsinin icrasına başlayıb


iqtisadi xeberler avtomobil xeberleri iqtisadiyyat xeberleri valyuta xeberleri bitcoin