Azərbaycanda iqtisadi artım açıqlandı

Azərbaycanda iqtisadi artım açıqlandıDövlət Statistika Komitəsi 2024-cü ilin yanvar-avqust aylarında Ümumi Daxili Məhsul istehsalı barədə məlumatları açıqlayıb.
Qeyd edilib ki, 2024-cü ilin yanvar-avqust aylarında ölkədə 80 milyard 960,3 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,3 faiz çox ümumi daxili məhsul istehsal olunmuşdur.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,2 faiz, qeyri neft-qaz sektorunda isə 7,0 faiz artmışdır.
ÜDM istehsalının 37,9 faizi sənaye, 9,7 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,0 faizi nəqliyyat və anbar təsərrüfatı, 6,1 faizi tikinti, 6,0 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,5 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,8 faizi informasiya və rabitə sahələrinin, 18,9 isə faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 10,1 faizini təşkil etmişdir.
Əhalinin hər nəfərinə düşən ÜDM 7941,3 manata bərabər olmuşdur.
2024-cü ilin yanvar-avqust aylarında sənaye istehsalı haqqında
Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2024-cü ilin yanvar-avqust aylarında 42,4 milyard manatlıq sənaye məhsulu istehsal edilmiş, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə neft-qaz sektorunda məhsul istehsalı eyni səviyyədə qalmış, qeyri neft-qaz sektorunda isə 7,8 faiz artmışdır.
Sənaye məhsulunun 64,4 faizi mədənçıxarma sektorunda, 29,9 faizi emal sektorunda, 4,8 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,9 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur.
Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 4,4 faiz azalmış, əmtəəlik qaz hasilatı isə 4,1 faiz artmışdır.
Emal sektorunda kompüter, elektron və optik məhsulların istehsalı 72,2 faiz, əczaçılıq məhsullarının istehsalı 69,4 faiz, elektrik avadanlıqlarının istehsalı 39,9 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 36,7 faiz, mebel istehsalı 31,9 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 27,7 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 23,8 faiz, hazır metal məmulatlarının istehsalı 23,3 faiz, tikinti materiallarının istehsalı 23,0 faiz, içkilərin istehsalı 16,5 faiz, tütün məmulatlarının istehsalı 11,2 faiz, kimya sənayesi məhsullarının istehsalı 8,7 faiz, kağız və karton istehsalı 7,2 faiz, qida məhsullarının istehsalı 7,1 faiz, neft məhsullarının istehsalı 3,1 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 1,0 faiz artmış, geyim istehsalı 0,4 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 8,0 faiz, sair sənaye məhsullarının istehsalı 8,3 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 10,3 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 14,4 faiz, poliqrafiya məhsullarının istehsalı 19,9 faiz, maşın və avadanlıqların istehsalı 29,6 faiz, sair nəqliyyat vasitələrinin istehsalı isə 52,6 faiz azalmışdır.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 0,1 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 8,8 faiz artmışdır.
Əsas kapitala yönəldilmiş investisiyalar haqqında
2024-cü ilin yanvar-avqust aylarında əsas kapitala 11216,9 milyon manat məbləğində, yaxud əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,7 faiz çox investisiya yönəldilmişdir. Neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 2,4 faiz azalmış, qeyri neft-qaz sektoruna yönəldilən investisiyaların həcmi isə 3,9 faiz artmışdır. İstifadə olunmuş investisiyanın 5587,0 milyon manatı və ya 49,8 faizi məhsul istehsalı sahələrinə, 4287,3 milyon manatı (38,2 faizi) xidmət sahələrinə, 1342,6 milyon manatı (12,0 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunmuşdur. Əsas kapitala yönəldilmiş investisiyaların 9315,8 milyon manatını və ya 83,1 faizini daxili investisiyalar təşkil etmişdir. Əsas kapitala yönəldilmiş investisiyaların 8090,5 milyon manatı və ya 72,1 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur. / marja.az

Maliyyə     Tarix: 11 sentyabr 2024

Oxşar xəbərlər

Gələn il üzrə icmal büdcənin kəsir limiti müəyyənləşib

2027-ci ildə Azərbaycanın icmal büdcəsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) gəlirləri nəzərə alınmadan kəsirinin yuxarı həddinin 16 milyard 74 milyon 122,9 min manat olması nəzərdə tutulur

Avropa Mərkəzi Bankı sentyabrda faiz dərəcəsini artıra bilər

Cümə axşamı əsas faiz dərəcəsini dəyişmədən saxlayan Avropa Mərkəzi Bankı (AMB) iqtisadi və geosiyasi proseslərin inkişafından asılı olaraq sentyabrda faiz artımına gedə bilər. Marja xəbər verir ki, məsələyə yaxın mənbələri

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz ®

 İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. InvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə, 17–21 avqust həftəsində qlobal maliyyə bazarlarının əsas istiqamətveric

Azərbaycana məhsul ixrac edən 110 istehsalçıya idxal qadağası tətbiq olunub

2019–2025-ci illərdə Azərbaycana idxal edilən qida və kənd təsərrüfatı məhsulları üzrə aparılan nəzarət zamanı minlərlə uyğunsuzluq aşkarlanıb. Dövlət Proqramına əsasən, 1791 halda bitkiçilik məhsullarında, 290 halda is

Vergi Xidməti proqnozdan 218 milyon manat çox vergi yığıb

2026-cı ilin yanvar-iyun ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 8 milyard 842,7 milyon manat vergi daxil olub ki, bu da proqnoza nisbətən 217,7 milyon manat çoxdur

Metallurgiya ixracında müsbət dinamika - Qara metal ixracı 24,6%, alüminium ixracı 44,6% artıb

2026-cı ilin yanvar-may aylarında qara metallar və onlardan hazırlanan məmulatların ixracı 46 milyon 428,6 min dollar təşkil edib. 2025-ci ilin eyni dövründə bu göstərici 37 milyon 257,6 min dollar idi. Dəyər ifadəsində artı

Azərbaycan biznesi Afrikaya gedir – Qeydiyyat başladı

() Africa–Azerbaijan Cooperation (AFAZ) 21–23 oktyabr 2026-cı il tarixlərində Keniyanın Nayrobi şəhərində keçiriləcək BIG 5 Construct Kenya 2026 beynəlxalq tikinti və inşaat sərgisində Azərbaycan Pavilyonunun təşkilini həyat

Azərbaycanda kassa aparatları ilə qeydə alınan dövriyyə 3 milyard manatdan çox artıb

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda yeni nəsil nəzarət-kassa aparatları (NKA) vasitəsilə qeydə alınan dövriyyə 23 milyard 328,9 milyon manata çatıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3 milyard 51,7 milyo

FED faiz qərarını açıqladı

Federal Ehtiyat Sistemi (FED, ABŞ Mərkəzi Bankı) əsas faiz dərəcəsi ilə bağlı qərarını açıqlayıb. xəbər verir ki, Mərkəzi bankın rəsmiləri baza faiz dərəcəsini 3,5%–3,75% diapazonunda saxlamaq qərarına gəliblər. FED 2025-c


iqtisadi xeberler birbank biznes qurmaq en son xeberler valyuta mezennesi