Azərbaycanda yenə banklar bağlanacaq?

Azərbaycanda yenə banklar bağlanacaq?Azərbaycandakı banklar 2023-cü ilin birinci yarısı (yanvar-iyun) üzrə maliyyə göstəricilərini açıqlayıb. 
KONKRET.az xəbər verir ki, indiyədək maliyyə nəticələrini açıqlamış 12 bank 2023-cü ilin birinci yarısını xalis mənfəətlə başa vurub. Digər bankların iyul ayının sonunadək maliyyə göstəricilərini açıqlayacaqları gözlənilir.
Qeyd edək ki, cari ilin 1-ci rübü üçün bankların xalis mənfəəti ilə bağlı banklar arasında 83,5 milyon manatla Kapital Bank birinci olub. İkinci yeri isə Kapital Bankdan çox da fərqlənməyən ABB Bank 80,4 milyon manatla tutur. Azərbaycanın bank sektoru bu ilin yanvar-may ylarında  437,1 milyon manat xalis mənfəət əldə edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 31,9 faiz çoxdur.
Onu da xatırladaq ki, inkişaf etmiş ölkələrin bank sistemlərində yaranmış vəziyyət, xüsusən də dünya iqtisadiyyatının bir nömrəli aparıcı ölkəsi olan ABŞ-nin bank sistemində mart ayında iki bankın – "Silicon Valley Bank" ilə "Signature Bank"ın iflasa uğraması da  təşvişə səbəb oldu.
Azərbaycanda isə lisensiyası ləğv edilən sonuncu bank "Günay Bank" ASC olub.  Bəs, mənfəət əldə etməyən bankların bağlanma təhlükəsi varmı?
İqtisadçı-ekspert Əkrəm Həsənov Cebhe.info-ya bildirdi ki, mənfəət nəinki bankın, istənilən şirkətin vəziyyətini tam başa düşmək üçün göstərici deyil: 
"Ola bilər ki, hansısa bir şirkət,  o cümlədən bank müəyyən dövrdə mənfəətsiz,  zərərlə  işləyir. Ancaq sonra zərərini aradan qaldırıb, məfəət  əldə edir.  Banklarda bu xüsusilə belə ola bilir. Mənfəət bankın gəlirindən xərcinin çıxılmasıdır. Bir il ərzində 5 milyon gəliri olur, 10 milyon da xərci olur.  Bu, o deməkdir ki, mənfəəti yoxdur, əskinə 5  milyon zərəri  var.  Ancaq banklarda ola bilər ki,  xərclərin bir hissəsi onun birbaşa xərci deyil.
Banklar problemli kreditlər üzrə ehtiyat yaradır.  O ehtiyatlar da xərc sayılır. Ancaq  sabah o problemli krediti həll edir, qaytarır. Onu qaytaran kimi də o ehtiyatlarını silir, pulu bərpa edir, mənfəətə çıxır.  Bu baxımdan da böyük ehtimalla  mənfəətlə işləməyən bankın vəziyyəti yaxşı deyil. Ancaq istisnalar da ola bilər".
Ekspert qeyd edib ki,  bu məsələdə ehtiyatlı olmaq lazımdır:
"Bankın bağlanma təhlükəsi ola bilər. Ancaq sırf məfəət göstəricisinə görə  bankın vəziyyəti haqqında qəti fikir bildirmək olmaz".

Xəbərlər     Tarix: 25 iyul 2023

Oxşar xəbərlər

Taleh Kazımov: Kredit faizləri istədiyimiz qədər azalmır - SƏBƏBİ AÇIQLANDI

Azərbaycanda kredit faizlərinin Mərkəzi Bankın arzuladığı səviyyədə aşağı düşməməsinin əsas səbəblərindən biri bank sektorunda rəqabətin zəif olmasıdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

Ölkədə orta aylıq əməkhaqqı 7% artıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı məbləği 1 174,4 manat təşkil edib. Azərbaycanda orta əməkhaqqı bir ayda 2.9 manat artıb. bu barədə Dövlət Statistika Komitəsin

Dolların sabaha olan məzənnəsi - AÇIQLANDI

Azərbaycan Mərkəzi Bankı manatın rəsmi məzənnəsi ilə bağlı məlumat açıqlayıb. xəbər verir ki, 18 sentyabr 2026-cı il tarixindən etibarən manatın ABŞ dollarına qarşı rəsmi məzənnəsi Mərkəzi Bank tərəfindən 1,700 səviyyəsind

AQTA qəfil qaraja daxil olub - Minlərlə şübhəli məhsul tapılıb

Vətəndaş müraciəti əsasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Çöl Şüvəlan qəsəbəsi, Minutka küçəsi ünvanında yerləşən "Best for Bar" MMC-yə məxsu

Əczaçılıq məhsullarının idxalına çəkilən xərc azalıb

Azərbaycan 424,755 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edib. xəbər verir ki, göstərici 2025-ci ilin yanvar-oktyabr aylarına məxsusdur. Dövlət Gömrük Komitəsinə istinadən verilən xəbərə görə, bu, 2024-c

Maaşlardan yığılan vergi 21% artıb

Azərbaycanda 2026-cı ilin yanvar-iyul aylarında fiziki şəxslərin gəlir vergisi üzrə dövlət büdcəsinə 1 milyard 412,6 milyon manat vəsait daxil olub. Ötən ilin eyni dövründə bu göstərici 1 milyard 168,4 milyon manat təşki

Azərbaycanda həftəlik və aylıq dəmiryol biletləri yaradılacaq

Regionlara turist səfərlərinin təşviq edilməsi istiqamətində işlər görüləcək. xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiq etdiyi "Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026-2030-cu illər üçün Dövlə

Müəssisələr vəsaitlərini qanundankənar xərcləyə bilər - Yeni təklif

"Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON Holding) müəssisələrinə öz vəsaitlərini dövlət satınalmalarından kənar xərcləmək hüququ verilə bilər". Azərbaycanda 7 ayda haqsız rəqabətlə bağlı 37 subyekti

İşləməyən şəxslər də icbari sığorta haqqı ödəyəcəklər

Qeyri-formal işlərlə məşğul olan insanlar da icbari sığorta haqqını ödəyəcəklər. xəbər verir ki, ödənişin miqdarı aylıq 16 manat məbləğində olacaq. Bu, "Tibbi sığorta haqqında" qanuna təklif edilən dəyişiklikd


iqtisadi xeberler valyuta xeberleri bu gunun xeberleri en son xeberler bank faizleri