"Azəriqaz" sədri: Sayğacların ödənişlə satılması ciddi pozuntudur
Yeni tikilən binalarda MTK-lar tərəfindən kommunal sayğaclara görə vətəndaşlardan ödəniş tələb olunur. Ödənişin məbləği bir sayğaca görə 300-400 manat civarında dəyişir. Bir sıra hallarda kommunal sayğaclara görə ödənişin edilməsi üçün vətəndaşlara süni maneələr yaradılır.
Məsələ ilə bağlı "Azəriqaz" İstehsat Birliyinin baş direktoru Ruslan Əliyev bildirib ki, qaz sayğaclarına görə hər hansı ödəniş tələb olunması istehlakçı hüquqlarının pozulmasıdır: "MTK və vətəndaş arasında bağlanan müqaviləyə görə bütün kommunal xidmətləri MTK-lar özü icra etməlidir. Artıq gələn aydan məcbur olub MTK-lara verilən sayğacların üzərinə, "sayğac ödənişsizdir" möhürünü vuracığıq. Əvvəllər vətəndaşlar ciddi problemlərlə üz-üzə qalırdılar. Sayğacların kartını MTK-lar özlərində saxlayırdılar. İndiki vəziyyətdə bu halların olmasına yol verilmir. Hal-hazırda qaz açılan binalarda vətəndaşların müraciətləri əsasında heç bir maneə olmadan abonentləri sayğacla təmin edirik.
Ruslan Əliyev onu da əlavə edib ki, təchizatçı müəssisənin icazəsi və iştirakı olmadan hər hansı abonentin qazının kəsilməsi qanunvericiliyin tələbini pozur. / banker.az
Dolların sabaha olan məzənnəsi - AÇIQLANDI
Azərbaycan Mərkəzi Bankı manatın rəsmi məzənnəsi ilə bağlı məlumat açıqlayıb. xəbər verir ki, 18 sentyabr 2026-cı il tarixindən etibarən manatın ABŞ dollarına qarşı rəsmi məzənnəsi Mərkəzi Bank tərəfindən 1,700 səviyyəsind
Qaz ödənişləri ilə bağlı YENİLİK
İstifadə olunan təbii qazın ödənişi ilə bağlı yeni qayda tətbiq ediləcək. xəbər verir ki, abonentlər qaz sərfiyyatının dəyərini artıq POS-terminallar vasitəsilə də ödəyə biləcəklər. Beləliklə, istifadə edilmiş qazın haqq
Vergi borcunu ödəməkdə çətinlik çəkənlərə GÜZƏŞT
2027-ci ildə Azərbaycanda vergi inzibatçılığının gücləndirilməsi ilə yanaşı, vergi ödəyicilərinə münasibətdə daha yumşaq yanaşmaların tətbiqi də nəzərdə tutulur. xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi layihəsind
Azərbaycan nefti ucuzlaşıb
Dünya bazarında "Azeri Light" markalı neft ucuzlaşıb. xəbər verir ki, dünya bazarında Azərbaycan neftinin 1 barelinin qiyməti 0.07 ABŞ dolları və ya 0.07% azalaraq 95.5 ABŞ dolları təşkil edib. Xatırladaq ki, neftimizi
Paytaxtda mənzillərin qiyməti artır? - VİDEO
Daşınmaz əmlak bazarında qiymət artımı davam edir. -ın "Xəzər" TV-yə istinadən yaydığı məlumata görə, əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, bahalaşma xüsusilə sahəsi kiçik olan mənzillərd