"Bank Respublika"dan tarixi rekord

Ölkənin ən böyük banklarından biri olan Bank Respublika, 2022-ci ilin yekunlarına dair maliyyə göstəricilərini açıqlayıb. Hesabata əsasən, Bank dinamik inkişafını davam etdirərək, bütün göstəricilərdə artım nümayiş etdirib və tarixinin ən yüksək nəticələrini əldə edib!
2023-cü il yanvarın 1-nə Bankın aktivləri 29% artaraq 1,58 milyard manat təşkil edib ki, bu da ölkə bankları arasında ən yüksək göstəricilərdən biridir. Açıqlanmış hesabatdan həmçinin görünür ki, Bank davamlı inkişaf üçün kifayət qədər yüksək kapital ehtiyatına malikdir. Belə ki, keçən ilin analoji dövrü ilə müqayisədə Bankın məcmu kapitalı 22% artaraq 127,47 milyon manat olmuş və minimum məcmu kapital normasını 2 dəfədən çox üstələmişdir.
Ötən illə müqayisədə Bankın xalis faiz gəlirləri 49%-dən çox artaraq 84,8 milyon manata, xalis əməliyyat mənfəəti 2 dəfədən çox artaraq 33,28 milyon manata, xalis mənfəəti isə 37 % artaraq 26,65 milyon manata çatıb.
12 ayın yekunlarına əsasən, Bankın depozit və kredit portfelində əhəmiyyətli dərəcədə artım müşahidə olunub. Belə ki, ötən illə müqayisədə bankın depozit portfeli 21% artmışdır ki, bu da çoxsaylı müştərilərin "Bank Respublika"ya olan inamını bir daha təsdiqləyir.
Ötən il Bank Respublika həm bank həm də ölkə iqtisadiyyatı üçün prioritet sahə olan real sektorun  kreditləşməsini davam etmişdir. Bank, Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Hollandiya İnkişaf Bankı (FMO), Cənub-Şərqi Avropa üzrə Avropa Fondu (EFSE), Avropa İnvestisiya Şirkəti (EMF Microfinance Fund)  kimi nüfuzlu beynəlxalq maliyyə institutları ilə kredit müqaviləsi bağlamışdır. 
"Biz çox şadıq ki, 30 illik yubiley ilində Bank Respublika tarixinin ən yüksək nəticələrini əldə edə bildi. Bu müddət ərzində Bank Respublika Azərbaycanın maliyyə-kredit sistemində öz yerini möhkəm tutmuş etibarlı maliyyə institutu kimi özünü təsdiq etmişdir. Bu nəticənin əldə edilməsində verdiyi töhfəyə və əməkdaşlığa görə komandamıza, bütün müştərilərimizə və partnyorlarımıza öz dərin təşəkkürümü bildirmək istərdim! Bank Respublika qüsursuz fəaliyyəti, yüksək xidmət keyfiyyəti və rəqəmsal məhsul və xidmətlərinin tətbiqinin artırılması ilə gələcəkdə də ona göstərilən etimadı doğruldaraq dinamik inkişafını davam etdirəcək", – deyə Bank Respublika"nın Müşahidə Şurasının sədri Şakir Rəhimov qeyd edib.
Daha ətraflı məlumatı bankın rəsmi web saytında, facebook, instagram, linkedin səhifələrində və ya Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz. / banker.az

Banklar     Tarix: 24 yanvar 2023

Oxşar xəbərlər

Azərikard süni intellekt və davranış əsaslı yeni həllini təqdim etdi

Azərikard Mastercard-la birgə hazırladığı, süni intellektə əsaslanan yeni davranış skorinqi həllini təqdim edib. Həll ödəniş əməliyyatlarının təhlili vasitəsilə maliyyə institutları üçün əlavə analitik göstəriciləri üzə çıxarı

Unibank ağacəkmə kampaniyasında iştirak edib

Unibank Zəfər Günü ərəfəsində Müşfiqabad qəsəbəsində keçirilən növbəti ağacəkmə kampaniyasında iştirak edib. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində həyata keçirilən təşəbbüs zamanı ölkəni

Dövlət-özəl tərəfdaşlığı çərçivəsində maliyyə savadlılığı və kibertəhlükəsizlik mövzusunda təlim keçirilib  

Expressbankın dəstəyi və Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin təşkilatçılığı ilə Cəlilabad Peşə Təhsil Mərkəzində fermerlər və sahibkarlar üçün "Sahibkarlar üçün Maliyyə Savadlılığı və Kibertəhlükəsizlik"

Ziraat Bank Azərbaycan "Zəfər Günü" münasibətilə keçirilən ağacəkmə aksiyasında iştirak edib

Ziraat Bank Azərbaycan 8 Noyabr – Zəfər Günü ərəfəsində Müşfiqabad qəsəbəsində təşkil olunan növbəti ağacəkmə aksiyasında iştirak edib. Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankı və maliyy

Leobank "Felis 2026"da qızıl mükafat qazanıb

Unibankın mobil bankçılıq xidməti olan Leobank "Felis 2026" mükafatının qalibi olub. Leobankın "Leo Pride" kartlar ailəsini təqdim edən reklam çarxı "İstehlakçı xidmətləri və B2B" (Consumer Servic

Sürətli pul köçürmələri ilə daxil olan vəsait 1,5 milyard manatı keçib

2026-cı ilin yanvar–sentyabr aylarında sürətli pul köçürmə sistemləri vasitəsilə Azərbaycan banklarına 1 milyard 523,1 milyon manat vəsait daxil olub. Bu, ötən ilin eyni dövründəki 1 milyard 306,7 milyon manatla müqayisəd

Banklarda ən sərfəli dollar əmanətləri – Noyabr 2026

olaraq banklarda 2026-cı ilin noyabr ayı üçün ABŞ dolları ilə müddətli əmanətlər üzrə təkliflərini araşdırıb. Araşdırmalara görə , 12 aylıq dollar əmanətləri üzrə ən yüksək illik faiz dərəcəsini 5% təklif edilir. Bankları

2026-cı il üzrə adi ipoteka kreditləşməsi üçün növbəti limitlər ayrılır

Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən 2026-cı ildə adi ipoteka kreditləşməsi prosesinin davam etdirilməsi məqsədilə müvəkkil banklara növbəti limitlər ayrılır. Fonda istinadən xəbər verir ki

Xalq Bank ABŞ dolları üzrə əmanət faizlərini artırdı ®

Xalq Bank ABŞ dolları ilə təqdim olunan əmanət məhsulları üzrə illik faiz dərəcələrini artırdı. Yenilənmiş şərtlərə əsasən, bu valyutada yerləşdirilən vəsaitlər üzrə illik gəlirlilik 3%-dək yüksəldilib. Yeni faiz dərəcələr


iqtisadi xeberler kripto bitkoin almaq biznes krediti leobank kart