Bankın sədri vəzifəsini tərk edib
"Yapı Kredi Bank Azərbaycan" QSC-nin İdarə Heyətinin sədri Cenk Yüksel vəzifəsini tərk edib.
Banker.az xəbər verir ki, sədr Cenk Yüksel fevral ayı sonu etibarı ilə işdən ayrılıb.
Cenk Yüksel 2009-2015-ci illərdə Yapı Kredi Bankası A.Ş Daxili Audit departamentinin nəzdində Strateji Planlama və Audit koordinasiya qrupunun direktoru olub. 05.06.2015- 28.09.2015 -ci ildə "Yapı Kredi Bank Azərbaycan" QSC Əməliyyatlar üzrə Baş Direktor (COO), 28.09.2015- ci ildən etibarən Yapı Kredi Bank Azərbaycan" QSC-da İdarə Heyətinin Sədri/Baş Direktor vəzifəsində çalışıb.
1991-1996-cı illərdə Gazi Universitetinin İqtisadiyyat və İdarəetmə fakultəsini bitirmişdir. 1996-2009-cu illərdə Koç Bankda daxili auditor, Daxili Audit Departamentinin baş auditoru, Daxili Audit Departamentini rəhbəri, Daxili Audit Departamentinin nəzdində Kredit və Risk Auditinin bölüm rəhbəri vəzifəsində çalışıb.

Azərbaycanda sənaye istehsalı azalıb, avtomobil istehsalı isə 77,2% artıb
Dövlət-özəl tərəfdaşlığı çərçivəsində maliyyə savadlılığı və kibertəhlükəsizlik mövzusunda təlim keçirilib
Azərbaycanda ipoteka kreditlərinə böyük tələb – 6848 müraciətdən 1393-ü qeydə alınıb
Yeni yaradılan şirkətə - DÖVLƏT QURUMUNDAN QADAĞA – ƏTRAFLI
Bank Respublika və AccessBank-ın birləşməsinin bazara təsiri açıqlanıb
Biznes qurmaq istəyənlərə 10 məsləhət
Dünyanın ən varlı 10 müğənnisi
Startup nədir və necə olur?
Amazonda satış etmək üçün bilməli olduqlarınız
Biznesə aid ən yaxşı 10 kitab