Banklar daxili ipoteka kreditlərini sərtləşdirirlər, lakin bir gözləri MİDA-nın yeni binalarına yönəlib
2024-cü il III rüb üzrə nəticələrinə əsasən Azərbaycanda ipoteka kreditləri üzrə standartlarda sərtləşmə davam edir.
Banker.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankın təqdim etdiyi cari ilin III rübü üzrə Kreditləşmə fəaliyyətinə dair sorğu nəticələri açıqlanıb.
Bildirilir ki, sərtləşmə bankların daxili resurslar hesabına verilən ipoteka kreditləri üzrə olub. İpoteka və Kredit Zəmanət Fondu – İKZF hesabına verilən ipoteka kredit standartlarında dəyişiklik müşahidə edilməyib. Banklar növbəti rübdə həm İKZF hesabına verilən kreditlər, həm də daxili ipoteka kreditləri üzrə kredit standartlarında dəyişiklik olmayacağını gözləyirlər.
2024-cü ilin III rübündə cəmi ipoteka kreditlərinə tələb azalıb. Respondentlərin cavablarına görə tələbdəki azalmanın əsas drayveri daxili ipoteka kreditləri olmuşdur. Banklar tələbin azalmasına təsir göstərən faktor kimi faiz dərəcələrinin artımını göstərmişdir. Bankların gözləntilərinə əsasən növbəti rübdə Mənzil İnşaatı Dövlət Agentliyinin regiondakı layihələri üzrə mənzillərin kütləvi satışı fonunda ipoteka kreditlərinə tələb artacaq.
Bankların sorğuda qeyd etdiyi cavablara görə ipoteka kreditləri üzrə kredit standartlarına bankların kapital və likvidlik mövqeyi sərtləşdirici təsir göstərən faktorlar olub. Əvvəlki rüblə müqayisədə bankların likvidlik mövqeyi kredit standardlarına daha çox təsir edib.


Azərbaycanlı milyarder dünya zənginləri reytinqində 77-ci pillədədir
"GTA 6" satış rekordu qırdı – 3 milyard 790 milyon dollar gəlir
Bakı restoranlarının gündəlik gəlirləri - 5 MİLYON DOLLARI KEÇDİ
Azərbaycanda əsas kapitala xarici investisiyalar 18%-dən çox artıb
Bir vaxtlar izdiham yaşanan Sədərəkdə müştəri qıtlığı hökm sürür
1929-cu il: ABŞ-də başlayan maliyyə fəlakəti dünyanı necə Böyük Depressiyaya sürüklədi?
"The Economist" 2027-ci il üçün proqnozu – Dünya iqtisadiyyatını və siyasətini hansı risklər gözləyir?
Ən çox gəlir gətirən onlayn bizneslər
Milyonlar qazandıran qəribə biznes ideyaları
İban nədir?
Green Card nədir və onu necə əldə etmək olar?
Biznes qurmaq istəyənlərə 10 sadə məsləhət