Bankların səmərəlilik göstəricisi üzrə SİYAHI – Xərclərin gəlirlərə nisbəti hansılarda daha azdır?

Bankların səmərəlilik göstəricisi üzrə SİYAHI – Xərclərin gəlirlərə nisbəti hansılarda daha azdır?Azərbaycanda bankların xərclərinin gəlirlərə nisbəti əmsalı son bir ildə yüksəldiyi müşahidə edilir. Belə ki, bu nisbət 2023-cü ilin ilk üç rübü üzrə orta görsəticisi 58% olduğu halda, bu nisbət cari ilin eyni dövrünə 61%-ə qalxıb.
Bu Banker.az tərəfindən aparılan hesablamalarda bildirilir.
Kredit lazımdır? Sərfəli krediti seçməyə biz sizə kömək edərik
Xərclərin gəlirlərə nisbəti banklar üçün əsas göstəricilərdən biridir və əməliyyat xərclərinin əməliyyat gəlirlərinə olan nisbətini göstərir. Bu göstərici bankın əməliyyatlarının nə qədər səmərəli olduğunu əks etdirir. Məsələn, bankın xərclərinin gəlirlərinə olan nisbəti 61% olması, ümumilikdə bank sektorunun hər 100 manat üzrə gəlirinə görə 61 manat xərc çəkməsidir.
Xərclərin gəlirlərə nisbəti bankın xərclərinin gəlirlərə nisbətən nə qədər idarə olunduğunu nümayiş etdirir. Aşağı xərclərin gəlirlərə nisbəti xərclərin gəlirlərə görə nəzarət altında olduğunu, yəni səmərəli fəaliyyət göstərildiyini göstərir. Əksinə, yüksək nisbət daha çox gəlirin xərclərə sərf olunduğunu və qeyri-səmərəliliyi göstərə bilər.
Bu yaxşıdırmı?
Əksər banklar üçün aşağı xərclərin gəlirlərə nisbəti müsbət haldır, çünki bu, səmərəli idarəetməni və əməliyyat səmərəliliyini göstərir. Aşağı nisbəti olan banklar adətən böyüməyə, texnologiyaya və müştəri xidmətinin təkmilləşdirilməsinə daha çox sərmayə qoya bilirlər.
Sektorda ən yaxşı bu göstərici "Ziraat Bank Azərbaycan" ASC-də qeydə alınıb və illərdir ki, bu bank göstərici ilə yuxarı pillədədir. İkinci sırada isə dövlətə məxsus ABB-dir. Ölkənin ən iri bankında bu göstərici 48%-dir. Üçüncü "Xalq Bank", dördüncü "Bank Avrasiya" və beçinci sırada isə "AccessBank" dayanır.
Qeyd edək bank sektoru 2024-cü ilin ilk üç rübündə 1.999 mlrd. manat xalis faiz gəliri, 1.222 mlrd. manat qeyri faiz gəliri əldə edərkən, 1.952 mlrd. manat qeyri-faiz xərci çəkiblər.
Bankların səmərəlilik göstəricisi üzrə SİYAHI – Xərclərin gəlirlərə nisbəti hansılarda daha azdır?Bu xərclərin hesablama düsturu belədir:

Banklar     Tarix: 31 oktyabr 2024

Oxşar xəbərlər

Paraqvayda 3 milyon müştərisi olan bank çökdü – Rəhbəri istefa verdi

Paraqvayda təxminən 3 milyon müştərisi olan "Ueno Bank"ın müflisləşməsi ölkədə genişmiqyaslı maliyyə və siyasi böhrana səbəb olub. Bankın fəaliyyətinin dayandırılmasından sonra başlayan kütləvi etirazlar fonund

Leobank "Felis 2026"da qızıl mükafat qazanıb

Unibankın mobil bankçılıq xidməti olan Leobank "Felis 2026" mükafatının qalibi olub. Leobankın "Leo Pride" kartlar ailəsini təqdim edən reklam çarxı "İstehlakçı xidmətləri və B2B" (Consumer Servic

PAŞA Bank növbəti ağacəkmə aksiyasında iştirak edib

PAŞA Bank ətraf mühitin qorunması və yaşıllıq sahələrinin genişləndirilməsi məqsədilə bank-maliyyə sektorunun birgə təşəbbüsü çərçivəsində təşkil olunan növbəti ağacəkmə aksiyasına qoşulub. 8 Noyabr – Zəfər Günü ərəfəsind

ADA Universiteti və Bank of Baku-nun təşkil etdiyi II "Mini-MBA" proqramı yekunlaşdı

ADA Universiteti və Bank of Baku-nun  uğurlu tərəfdaşlığı davam etdirilir. Tərəflər arasında imzalanan əməkdaşlıq memorandumu çərçivəsində ADA Universitetinin İxtisasartırma proqramı tərəfindən təşkil edilən "Mini-MBA"

Dövlət-özəl tərəfdaşlığı çərçivəsində maliyyə savadlılığı və kibertəhlükəsizlik mövzusunda təlim keçirilib  

Expressbankın dəstəyi və Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin təşkilatçılığı ilə Cəlilabad Peşə Təhsil Mərkəzində fermerlər və sahibkarlar üçün "Sahibkarlar üçün Maliyyə Savadlılığı və Kibertəhlükəsizlik"

"Zolotaya Korona" Rusiyadan Gürcüstana pul köçürmələrini bərpa edib

Rusiyanın "Zolotaya Korona" beynəlxalq pul köçürmələri sistemi təxminən dörd aylıq fasilədən sonra Gürcüstana pul göndərilməsi xidmətini bərpa edib. Lakin köçürmələr hələlik yalnız ölkənin ən böyük banklarında

Xalq Bank ABŞ dolları üzrə əmanət faizlərini artırdı ®

Xalq Bank ABŞ dolları ilə təqdim olunan əmanət məhsulları üzrə illik faiz dərəcələrini artırdı. Yenilənmiş şərtlərə əsasən, bu valyutada yerləşdirilən vəsaitlər üzrə illik gəlirlilik 3%-dək yüksəldilib. Yeni faiz dərəcələr

Azərbaycanda əcnəbilərin bank əmanətləri 1,6 milyard manata yaxınlaşıb

2026-cı ilin sentyabr ayının sonuna Azərbaycanda qeyri-rezident fiziki şəxslərin bank əmanətlərinin həcmi 1 milyard 592,9 milyon manata çatıb. Bu, ötən ilin eyni dövründəki 1 milyard 357,2 milyon manatla müqayisədə 235,

"FINCA Azərbaycan"ın xalis mənfəəti 23 faiz artıb - Yarımillik hesabatın rəqəmləri

"FINCA Azerbaijan" MMC Qeyri-Bank Kredit Təşkilatı ("FINCA Azərbaycan") 2026-cı ilin ilk altı ayını 998 min 520 manat xalis mənfəətlə başa vurub. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 185 min 31


iqtisadi xeberler telefonla pul qazanmaq depozit faizleri 1000 manatla biznes birbank