Basqal Azərbaycanın turizm mərkəzlərindən biri olacaq

Basqal Azərbaycanın turizm mərkəzlərindən biri olacaqBasqal Azərbaycanın turizm mərkəzlərindən biri olacaq
Avqustun 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva İsmayıllı rayonunda "Basqal" Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində aparılan və icrası nəzərdə tutulan tikinti-bərpa işləri ilə tanış olublar.
Ötən gün Azərbaycan Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev dövlətimizin başçısına və birinci xanıma görülən işlər barədə məlumat verib.
Oxu.Az xəbər verir ki, bu gün isə Turizm Agentliyinin təşkilatçılığı ilə jurnalistlərin "Basqal" Dövlət Tarix-Memarlıq Qoruğuna mediaturu təşkil edilib.
Qoruqları İdarə Mərkəzinin sədrinin Mədəni irs məsələləri üzrə müşaviri Elşən Mustafayev jurnalistlərə bildirib ki, Basqal orta əsrlərdə salınmış Azərbaycan şəhəridir:
"Burada məhəllərinin adları o məhəllədə yaşayan sakinlərin peşəsi ilə əlaqəlidir. Bura Dəmirçi məhəlləsidir və buranın sakinləri dəmirçiliklə məşğul olublar. Bu peşə indi də aktualdır. Daha çox məişətdə istifadə edilən alətlər, maşa, oraq, bel, at nalı, yaba və s. hazırlanır. Burada kürəbənd kanalizasiya sistemi var ki, 12-13-cü əsrdən etibarən ərazidə mövcuddur. Şirvan ərazisində zəlzələ çox olduğu üçün burada kətil deyilən qoruyucu bəndlər və ya seysmik qurşaq var.
Ərazidə Kimgə deyilən kiçik meydan var. Dəmirçi bazarın düz mərkəzində yerləşir. İnsanlar burada toplaşıb istirahət edirdilər. Meydanlarda dambulu adlandırılan su bulaqları var".
Məhəllədə gəzərkən evlərin künclərinin oval olması diqqət çəkdi. Bildirildi ki, buna səbəb nəqliyyat vasitələrinin dalanlarda rahat hərəkətinin təmin edilməsidir.
E.Mustafayev qeyd edib ki, məhəllədəki çay daşlarının yarısı restavrasiya edilib.
Basqal sakinlərinin yarısı ipəkçiliklə məşğul olub. 1930-cu illərdəki repressiya dövründə bu binanın zirzəmisindən dustaqxana kimi istifadə edilib.
Basqalda qapıları döymək üçün alətlər xanım və bəylər üçün ayrı-ayrı formadadır. Təkqülbab adlanan qapı döyməcləri var. Səs fərqindən ev sahibi qonağın kişi və yaxud da qadın olduğunu bilir. Ona müvafiq olaraq qonaq xanımdırsa qapını xanım açır, kişidirsə kişi. Bu da o vaxtın adət-ənənəsinə, ədəb-ərkan qaydasına əsaslanır.
Ərazidə 16-17-ci əsrə aid Qoşabulaq var. Zəlzələ nəticəsində bu bulaq zədələnib. 1923-cü ildə bu bulaqda təmir-bərpa işləri aparılıb.
İkinci Dünya Müharibəsində partizan kimi fəaliyyət göstərən Məmməd Bağırov İtaliya prezidenti ilə dostluq edib. Ulu öndərin İtaliyaya səfəri zamanı isə onunla gedərək tərcüməçilik edib. O, məhz bu evdə yaşayıb. Bu bina toskana üslubunda tikilib. Bu, Basqalda yeganə fərqli üslubda tikilən evdir.
Dövlət Turizm Agentliyinin Qoruqları idarəetmə mərkəzinin sektor müdürü, memar Müslüm İmranlı açıqlamasında bildirib ki, Basqal Tarix Dövlət Memarlıq Qoruğunun köhnə binası yararsız halda olduğu üçün yenidən tikilib:
"Tikilinin aşağı hissəsi Turizm Məlumat Mərkəzi kimi, yuxarı hissə isə qoruq işçiləri üçün inzibati otaqlar kimi nəzərdə tutulub. Ümumilikdə tikilinin əsas istinadı Yuxarı Şirvan memarlıq üslubuna dayanır".
Dövlət Turizm Agentliyinin baş memarı Nizami Qasımov bildirib ki, 2018-ci ildə ölkə başçısının sərəncamı ilə Basqal Dövlət Qoruğunun yenidənqurma işlərinə start verilib:
"İlk olaraq Agentliyinin Dövlət Qoruqların idarəetmə mərkəzinin, həm mədəni irs, həm də memarlıq şöbələri araşdırmalara başlayıb. Basqal qəsəbəsi 50 ha ərazidə yerləşir. Əsas məqsədimiz burada Turizm infrastrukturunun yaradılmasıdır. Bakı-İsmayıllı magistralından kəndə 4 km məsafədə asfalt yol çəkilib. 50 maşınlıq dayanacaq, Turizm məlumat mərkəzi yaradılıb. Basqal qəsəbəsində iki tarixi küçə təmir olunub, turistlərin ixtiyarına verilib. Küçələrdə kommunikasiya xətlərinin yaradılması, binaların yenidən qurulmasına diqqət edilib. Kommunikasiya xətlərinin qurulması kənd şəraitinə uyğunlaşdırılıb. Qeyd edək ki, qaz xətləri yerin altı ilə aparılıb.
Buradakı hamam Baskal Hamam muzeyi kimi hazırlanıb və turistlərin istifadəsinə verilib. Məsciddə isə yenidənqurma işləri davam etdirilir. Hələ ki, nəzərdə tutulan işlərin 50 faizi görülüb. Aparılan işlərin sferası daha da böyüdükcə, Basqal tam bərpa olunduqdan sonra bu proseslər yaxın kəndlərdə də dinamikanın yaranmasına təsir edəcək. Məqsəd Basqalı təmir etməklə yanaşı onun ruhunu özünə qaytarmaqdır".
Qeyd edilib ki, Şeyx Məhəmməd məscidinin kitabəsi rəqəmsal olaraq bərpa edilib. Qazıntılar nəticəsində məscidin kitabəsi aşkar edilib. Dünyada unikal kitabədir. Kitabədə Pir çinarın 1563-cü ildə əkilməsi ilə bağlı məlumat var. Məscidin bərpası zamanı alt qatlarında daha qədim, 10-cu əsrə aid tikililər aşkarlanıb. Qazıntılar sübüt edir ki Basqal ərazisində 10-cu əsrdən yaşayış olub".
Könül Cəfərli

Xəbərlər     Tarix: 13 avqust 2022

Oxşar xəbərlər

ABŞ-da bağlanmanın yaratdığı məlumat boşluğu sentyabr məşğulluq hesabatı ilə sona çatır

Bazarlar ABŞ-ın sentyabr ayı üçün məşğulluq hesabatına diqqət yetirir. Hesabat, tarixdə ən uzun müddət davam edən federal hökumətin bağlanması səbəbindən vaxtında açıqlanmayıb. xəbər verir ki, dövlət və özəl sektorda ümum

Azərbaycana gətirilən telefonlar üçün 100 manat rüsum alınacaq

Mobil telefonlar aksiz dərəcəsinə cəlb olunacaq. xəbər verir ki, fiziki şəxslərin şəxsi istifadəsi üçün ölkəyə gətirilən 1 ədəddən artıq mobil cihazın qeydiyyatı üçün 100 manat dövlət rüsumu alınacaq. Bu, Milli Məclisin b

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında "Azeri Light" markalı neft ucuzlaşıb. xəbər verir ki, dünya bazarında Azərbaycan neftinin 1 barelinin qiyməti 0.07 ABŞ dolları və ya 0.07% azalaraq 95.5 ABŞ dolları təşkil edib. Xatırladaq ki, neftimizi

Yaponiya 21,3 trilyon yenlik iqtisadi stimullaşdırma paketini təsdiqləyib

Yaponiyada Baş nazir Sanae Takaiçinin rəhbərlik etdiyi kabinet 21,3 trilyon yenlik iqtisadi stimullaşdırma paketini təsdiqləyib. xəbər verir ki, bu, genişlənən maliyyə siyasəti həyata keçirəcəyinə söz verən yeni liderin il

Toyuq əti istehsalında kəskin artım - Necə olacaq?

Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının məlumatı: . Azərbaycan quş qripindən azad ölkə statusunda: Quşçuluq sektoru bundan nə qazanır?. Son illərdə Azərbaycanın qeyri-neft sektorunda davaml

Bu şəxslərin pensiyası yenidən artacaq

"2026-cı ildə pensiyaların əlavə olaraq artırılması pensiya yaşına çatdıqdan sonra əmək fəaliyyətini davam etdirən və bu il iş stajının altı ili tamam olan vətəndaşlara şamil ediləcək". Bunu Milli Məclisin İqtisad

Pensiyaların ödəniləcəyi TARİX AÇIQLANDI

Avqustun 14-də Bakı və Sumqayıt şəhərlərində, həmçinin Abşeron rayonunda bu ay üzrə pensiya ödənişlərinin həyata keçirilməsi planlaşdırılır. -ın məlumatına görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyind

AQTA qəfil qaraja daxil olub - Minlərlə şübhəli məhsul tapılıb

Vətəndaş müraciəti əsasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Çöl Şüvəlan qəsəbəsi, Minutka küçəsi ünvanında yerləşən "Best for Bar" MMC-yə məxsu

Taleh Kazımov: Kredit faizləri istədiyimiz qədər azalmır - SƏBƏBİ AÇIQLANDI

Azərbaycanda kredit faizlərinin Mərkəzi Bankın arzuladığı səviyyədə aşağı düşməməsinin əsas səbəblərindən biri bank sektorunda rəqabətin zəif olmasıdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo


iqtisadi xeberler bitkoin avtomobil xeberleri valyuta xeberleri depozit faizleri