Basqal hamamı dövlət nəzarətinə götürülüb, Hamam Muzeyi əsaslı bərpa edilib – FOTO
Basqal hamamı dövlət nəzarətinə götürülüb, Hamam Muzeyi əsaslı bərpa edilib – FOTO
Bu gün Dövlət Turizm Agentliyi tərəfindən turizm infrastrukturunun yaxşılaşdırılması məqsədilə yenidənqurma və bərpa işlərinin aparıldığı "Basqal" Dövlət Tarix-Mədəniyyət Qoruğuna mediatur təşkil olunub.
"Report" xəbər verir ki, media nümayəndələri "Basqal" Dövlət Tarix-Mədəniyyət ərazisində başladılan təmir-bərpa, konservasiya və yenidənqurma işləri barədə məlumatlandırılıblar.
Onlara Şeyx Məhəmməd məscidinin içərisində, 8 tarixi məhəllənin birləşdiyi Bazar meydanında, Qalabaşı ərazisində aparılan fundamental arxeoloji tədqiqatlar nəticəsində aşkara çıxarılan tarixi tapıntılar, eləcə də qoruğun mühüm tarixi abidələrindən biri hesab olunan Basqal hamamı barədə məlumat verilib.
Qeyd olunub ki, Basqal hamamı maddi-mədəniyyət nümunələrimizin qorunması məqsədilə dövlət nəzarətinə götürülüb, Bazar meydanında Hamam Muzeyi olaraq əsaslı şəkildə bərpa edilib.
Media nümayəndələrinin diqqətinə çatdırılıb ki, etnoqrafik və elmi-tarixi araşdırmalar nəticəsində Basqalın tarixi dərindən tədqiq edilib və qoruğun elmi-inventar fondu hazırlanıb. Burada əski əlifba ilə yazılmış dini, elmi və sosial həyatla bağlı minlərlə qiymətli əlyazma mətni aşkar edilərək qoruğun muzey fonduna təhvil verilib.
Həmçinin Basqalda yaşayan əhalinin son iki yüz il ərzində məşğuliyyəti, sənətkarlıq nümunələrinin tarixi təkamülü üzə çıxarılıb, elmi-publisistika və mədəni turizm sahələrində istifadə ediləcək çoxsaylı tarixi materiallar əldə olunub.
Xatırladaq ki, avqustun 12-də Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva "Diri Baba" türbəsi və "Basqal" Dövlət Tarix-Memarlıq Qoruğuna səfər edərək burada aparılan yenidənqurma və bərpa işləri ilə yaxından tanış olublar.








Bitkoin ucuzlaşıb - SON QİYMƏT
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib - FOTOLAR
ATİB heyəti Türkiyə səfiri ilə aqrar sahədə əməkdaşlığı müzakirə edib – FOTOLAR
Expressbank sahibkarlara 100 000 AZN-dək mikro kredit təklif edir ®
BOKT İsmayıllıda filialını açır
KASKO-da yığımlar cəmi 1,6% artıb, ödənişlər 26% yüksəlib
BƏƏ Mərkəzi Bankı "Bank Melli İran"ın filiallarına qarşı tədbir görüb
İstehsalat qəzaları üzrə icbari sığorta yığımları 25 milyon manat azalıb
Bank hesabdan xəbərsiz pul çıxara bilərmi? – Akseptsiz tutulmanın qaydaları - MÜSAHİBƏ
Hər 100 manat yığıma 80 manat ödəniş – İcbari avtosığortada diqqətçəkən rəqəm
Kriptovalyuta məzənnəsi necə analiz olunur?
Françayzinq nədir və necə olur?
"Coca-Cola" haqqında 5 maraqlı fakt
İnvestisiyanın necə cəlb etmək olar?
Mcdonalds françayzinqi neçiyədir?