"Best Managed Companies Azerbaijan 2024" nüfuzlu biznes müsabiqəsinə qoşulmaq üçün son 3 gün qalıb

®Azərbaycanın aparıcı korporativ bankı "PAŞA Bank" və "Deloitte" şirkətinin birgə keçirdiyi "Best Managed Companies Azerbaijan 2024" biznes müsabiqəsinin qeydiyyatının bağlanmasına son 3 gün qalıb.
Bu nüfuzlu layihədə iştirak edərək bizneslər dünyaca məşhur şirkətlər siyahısına və "Best Managed Companies" şəbəkəsinə daxil olmaq, biznes fəaliyyətlərində bu addan üstünlük nişanı olaraq istifadə etmək, həmçinin təlimçilərdən faydalı məsləhətlər almaq, güclü və zəif tərəflərini öyrənmək şansını əldə edirlər. Müsabiqə üzrə müraciətlərin qəbulu noyabr ayının 22-dək davam edir. Həmin tarixdən sonra müraciətlərin toplanması yekunlaşacaq və müsabiqənin ikinci mərhələsinə start veriləcək.
Müsabiqənin ikinci mərhələsində şirkətlərin fəaliyyətinin əsas istiqamətləri – strategiya, insan kapitalı, maliyyənin idarə edilməsi, hesabatlılıq, korporativ idarəetmə və digər biznes aspektləri təhlil olunaraq beynəlxalq praktikaya uyğun olaraq qiymətləndirilir. İkinci mərhələnin 31 yanvar 2024-cü il tarixində başa çatması planlaşdırılır.
Qeyd edək ki, "Best Managed Companies Azerbaijan" layihəsi özəl sektorda çalışan qabaqcıl Azərbaycan şirkətlərinin uğurlarını yerli bazarda və beynəlxalq arenada tanıtmaq üçün unikal bir fürsətdir. Müsabiqənin əsas məqsədi Azərbaycan bazarında bizneslərin rəqabətliliyinin gücləndirilməsinə, biznes subyektlərinin korporativ idarə edilməsi, insan resurslarının, likvidliyin və kapitalın idarə olunması sahələrinin təkmilləşdirilməsinə kömək etmək və bununla da ölkəmizdə sahibkarlığın inkişafına dəstək verməkdir. Bu nüfuzlu müsabiqənin qalibləri "Best Managed Companies" qlobal şirkətlər şəbəkəsinə qoşulub, dünyaca məşhur şirkətlər siyahısında yer alırlar.
Aparıcı şirkətlər arasında tanınmaq şansını əldə etmək üçün indi müraciət edin və "Best Managed Companies Azerbaijan 2024" müsabiqəsinə qoşulun!
Fürsətdən yararlanmaq üçün linkə daxil olun, qeydiyyatdan keçin  və müsabiqədə iştirak edin! / banker.az

Banklar     Tarix: 20 noyabr 2023

Oxşar xəbərlər

Azər Türk Bankın filialına şəhid əməkdaşın adı verildi

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun əzmi nəticəsində torpaqlarımızın işğaldan azad edilmiəsi xalqımızın birliyinin və ölkəmizin Prezidentinin qətiyyətli siyasətinin təntənəsidir

Azərikard süni intellekt və davranış əsaslı yeni həllini təqdim etdi

Azərikard Mastercard-la birgə hazırladığı, süni intellektə əsaslanan yeni davranış skorinqi həllini təqdim edib. Həll ödəniş əməliyyatlarının təhlili vasitəsilə maliyyə institutları üçün əlavə analitik göstəriciləri üzə çıxarı

Leobank "Felis 2026"da qızıl mükafat qazanıb

Unibankın mobil bankçılıq xidməti olan Leobank "Felis 2026" mükafatının qalibi olub. Leobankın "Leo Pride" kartlar ailəsini təqdim edən reklam çarxı "İstehlakçı xidmətləri və B2B" (Consumer Servic

PAŞA Bank növbəti ağacəkmə aksiyasında iştirak edib

PAŞA Bank ətraf mühitin qorunması və yaşıllıq sahələrinin genişləndirilməsi məqsədilə bank-maliyyə sektorunun birgə təşəbbüsü çərçivəsində təşkil olunan növbəti ağacəkmə aksiyasına qoşulub. 8 Noyabr – Zəfər Günü ərəfəsind

Banklarda ən sərfəli dollar əmanətləri – Noyabr 2026

olaraq banklarda 2026-cı ilin noyabr ayı üçün ABŞ dolları ilə müddətli əmanətlər üzrə təkliflərini araşdırıb. Araşdırmalara görə , 12 aylıq dollar əmanətləri üzrə ən yüksək illik faiz dərəcəsini 5% təklif edilir. Bankları

Dövlət-özəl tərəfdaşlığı çərçivəsində maliyyə savadlılığı və kibertəhlükəsizlik mövzusunda təlim keçirilib  

Expressbankın dəstəyi və Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin təşkilatçılığı ilə Cəlilabad Peşə Təhsil Mərkəzində fermerlər və sahibkarlar üçün "Sahibkarlar üçün Maliyyə Savadlılığı və Kibertəhlükəsizlik"

Ziraat Bank Azərbaycan – maliyyə xidmətləri ilə yanaşı, inklüziv cəmiyyətin formalaşmasına da dəstək verir

Ziraat Bank Azərbaycan korporativ sosial məsuliyyət strategiyası çərçivəsində inklüzivliyin təşviqi və ekoloji maarifləndirmə məqsədilə keçirilən "Təbiətin Dostları Festivalı"nın baş sponsoru olub. Mərkəzi Nəbata

ABB-nin dəstəyi ilə bir gündə 1250 ağac əkildi

ABB Azərbaycan Banklar Assosiasiyasının Bakının Müşfiqabad qəsəbəsində təşkil etdiyi növbəti ağacəkmə aksiyasında iştirak edib. Aksiya Azərbaycan Respublikasının Mərkəzi Bankı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbayca

BOKT-un mənfəəti 5 dəfəyə yaxın artıb - Kredit portfeli 15,7 milyon manata çatıb

"Kəpəz Bank Olmayan Kredit Təşkilatı" MMC ("Kəpəz BOKT") 2026-cı ilin yanvar–iyun aylarını 2 milyon 160,25 min manat xalis mənfəətlə başa vurub. Bu, 2025-ci ilin eyni dövründə qeydə alınmış 44,74 min mana


iqtisadi xeberler valyuta kurslari dollar mezenne pul qazanmaq online pul qazanmaq