"Best Managed Companies Azerbaijan 2025" biznes müsabiqəsinə qoşulmaq üçün son 3 gün qalıb

®Azərbaycanın aparıcı korporativ maliyyə institutu "PAŞA Bank" və "Deloitte" şirkətinin birgə keçirdiyi nüfuzlu "Best Managed Companies Azerbaijan 2025" biznes müsabiqəsinin qeydiyyatının bağlanmasına son 3 gün qalıb.
Bu nüfuzlu layihə, Azərbaycanın aparıcı özəl şirkətlərini tanıtmaq və mükəmməl idarəetmə təcrübələrini təşviq etmək məqsədi daşıyır. "Best Managed Companies" layihəsi, "Deloitte" şirkətinin özəl şirkətlərə yönəlmiş xüsusi bölməsi olan "Deloitte Private" tərəfindən təqdim edilən qabaqcıl proqramlardan biridir. Proqram Azərbaycanda "Deloitte Private" və "PAŞA Bank"ın sponsorluğu ilə həyata keçirilir. Sahibkarlığın İnkişafı Fondu, ADA Universiteti, AMCHAM Azerbaijan və İctimai Televiziya isə tərəfdaşlar olaraq layihədə iştirak edirlər.
Kredit lazımdır? Sərfəli krediti seçməyə biz sizə kömək edərik
Layihəyə qoşularaq bizneslər dünyaca məşhur şirkətlər siyahısına və "Best Managed Companies" şəbəkəsinə daxil olmaq, biznes fəaliyyətlərində bu addan üstünlük nişanı olaraq istifadə etmək, həmçinin təlimçilərdən faydalı məsləhətlər almaq, güclü və zəif tərəflərini öyrənmək şansını əldə edirlər. Müsabiqə üzrə müraciətlərin qəbulu noyabr ayının 7-dək davam edir. Həmin tarixdən sonra müraciətlərin toplanması yekunlaşacaq və müsabiqənin ikinci mərhələsinə start veriləcək.
Müsabiqənin ikinci mərhələsində şirkətlərin fəaliyyətinin əsas istiqamətləri – strategiya, insan kapitalı, maliyyənin idarə edilməsi, hesabatlılıq, korporativ idarəetmə və digər biznes aspektləri təhlil olunaraq beynəlxalq praktikaya uyğun olaraq qiymətləndirilir. İkinci mərhələnin 31 yanvar 2025-ci il tarixində başa çatması planlaşdırılır.
"Best Managed Companies" mükafat proqramı "Deloitte Private" tərəfindən 1993-cü ildə Kanadada yaranıb və bu günə kimi uğurla həyata keçirilərək ölkənin ən nüfuzlu biznes mükafatı proqramı kimi tanınır. Azərbaycan və Kanadadan başqa, hal-hazırda bu layihə 46 ölkədə həyata keçirilir. Buraya Çin, ABŞ, cənub-şərqi Asiya, Hollandiya, Belçika, Almaniya, Danimarka, Çexiya, İtaliya, İsveç, Norveç, Türkiyə, Meksika və Çili aiddir.
Azərbaycanda 2021-ci ildən keçirilən bu müsabiqədə ümumilikdə 40-a yaxın şirkət iştirak edib və 9 şirkət "Best Managed Companies Azerbaijan" titulu ilə təltif edilmişdir. Bu şirkətlər Araz Supermarketlər şəbəkəsi, AVRORA Qrup, Azerconnect Group, Bridge Group of Companies, Embawood, NORM Sement, SƏBA, iki il ardıcıl olaraq qalib olan Veysəloğlu Şirkətlər Qrupu və üç il ardıcıl olaraq qalib olan METAK şirkətidir.
"Best Managed Companies Azerbaijan 2025" müsabiqəsində iştirak etmək üçün müraciətlər 3 oktyabr 2024-cü il tarixindən qəbul edilir. Müraciət üçün linkə keçid edin.
Bu müsabiqə haqqında daha ətraflı məlumat üçün sayta keçid edin. / banker.az

Banklar     Tarix: 04 noyabr 2024

Oxşar xəbərlər

Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir – ağacəkmə aksiyasında iştirak etdi

Ətraf mühit, sosial və korporativ idarəetmə (ESG) prinsiplərini öz fəaliyyətində daima əsas tutan Bank of Baku ekoloji layihələrdə fəal iştirakını davam etdirir. Belə ki, Bank of Baku Zəfər Günü ərəfəsində 4 noyabr tarixind

Bankların şikayət indeksi açıqlandı – SİYAHI

Azərbaycan Mərkəzi Bankı kommersiya bankı müştərilərinin bank xidmətlərindən istifadəsi üzrə şikayət indeksini açıqlayıb:. /

Bank Respublika və AccessBank-ın birləşməsinin bazara təsiri açıqlanıb

"Bank Respublika" və "AccessBank"ın birləşməsi nəticəsində Azərbaycanın aktivlərinin həcminə görə dördüncü ən böyük bankı formalaşacaq. Yeni bankın ölkənin bank sektorundakı payının 7-8% olacağı gözlənilir

Dövlət-özəl tərəfdaşlığı çərçivəsində maliyyə savadlılığı və kibertəhlükəsizlik mövzusunda təlim keçirilib  

Expressbankın dəstəyi və Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin təşkilatçılığı ilə Cəlilabad Peşə Təhsil Mərkəzində fermerlər və sahibkarlar üçün "Sahibkarlar üçün Maliyyə Savadlılığı və Kibertəhlükəsizlik"

FINCA Azerbaijan "Heyva Festivalı"nda yerli sahibkarlarla bir araya gəlib - FOTOLAR

FINCA Azerbaijan 7 noyabr 2026-cı il tarixində Ağdaş şəhərində keçirilən II "Heyva Festivalı"nda iştirak edib. Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi və Ağdaş Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə baş tuta

Bank yeni konseptli ilk filialı ilə Gəncədə

Ölkənin birinci bankı Kapital Bank rəqəmsal bankçılığın imkanlarını fiziki məkanın üstünlükləri ilə birləşdirən yeni filial formatını təqdim edib. Yeni formatda ilk filial isə Gəncə şəhərində açılıb. Yeni konseptin üstünlüy

"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb

"A-Qroup" sığorta şirkəti 2025-ci ilin yanvar–sentyabr aylarını 1 milyon 657 min 602 manat xalis mənfəətlə başa vurub. Şirkət 2024-cü ilin eyni dövründə 1 milyon 234 min 772 manat xalis mənfəət əldə etmişdi. Beləliklə

Paraqvayda 3 milyon müştərisi olan bank çökdü – Rəhbəri istefa verdi

Paraqvayda təxminən 3 milyon müştərisi olan "Ueno Bank"ın müflisləşməsi ölkədə genişmiqyaslı maliyyə və siyasi böhrana səbəb olub. Bankın fəaliyyətinin dayandırılmasından sonra başlayan kütləvi etirazlar fonund

ABB səhmləri tarixi zirvəyə yüksəlib – İnvestorlar bankın böyüməsini necə qiymətləndirir?

Azərbaycan Beynəlxalq Bankının (ABB, $ABBNK) səhmlərinin qiyməti Bakı Fond Birjasında 35 qəpiyə yüksələrək tarixi maksimum səviyyəsinə qayıdıb. Noyabrın 11-də satış qiyməti bir gün ərzində 1 qəpik və ya təxminən 2,9% artıb


iqtisadi xeberler biznes krediti bank faizleri investisiya depozit faizleri