Bəzi istehlak kreditlərinin faizlərində artımlar var

Bəzi istehlak kreditlərinin faizlərində artımlar varAzərbaycanın bank sektorunda istehlak kreditləri üzrə faiz dərəcələrində əhəmiyyətli artımlar qeydə alınıb.
"Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları"na uyğun olaraq, 2025-ci ilin mart ayı ilə müqayisədə 2024-cü ilin dekabr ayında verilən kreditlərdə faiz dərəcələrində nəzərəçarpan fərqlər müşahidə olunub.
Kredit kartları üzrə faiz dərəcələri kredit kartları ilə bağlı verilən kreditlərin faiz dərəcəsi 2024-cü ilin dekabr ayında 26%-ə yüksəlib, 2025-ci ilin mart ayında isə bu rəqəm 25%-ə enib.
Məişət avadanlıqları ilə bağlı kreditlər məişət avadanlıqlarının alınması ilə bağlı verilən kreditlərdə faiz dərəcəsi 2024-cü ilin sonuna qədər 25% olmuşdu, amma 2025-ci ilin mart ayında bu rəqəm 26%-ə yüksəlib.
Yaşayış sahəsinin təmiri ilə bağlı kreditlər yaşayış sahəsinin təmiri məqsədilə verilən kreditlərdə faiz dərəcəsi isə 2024-cü ilin dekabr ayında 16% olduğu halda, 2025-ci ilin martında dəyişməyərək 16% olaraq qalır.
Avtomobil kreditləri avtomobil kreditlərinə dair faiz dərəcəsi 2024-cü ilin sonunda 10% olaraq müəyyən edilsə də, 2025-ci ilin mart ayında 12%-ə yüksəlib. Bu, avtomobil kreditlərinin daha baha başa gəldiyini göstərir.
Digər istehlak kreditləri digər istehlak kreditlərinə dair faiz dərəcəsi 2024-cü ilin dekabr ayında 20% olduğu halda, 2025-ci ilin mart ayında bu rəqəm 21%-ə yüksəlib.
Azərbaycanda istehlak kreditlərinin həcmi son bir ildə 579.3 mln. manat və ya 15 faiz artaraq 4 milyard 338.5 milyon manata yüksəlib.
Qeyd edək ki, 23 aprel tarixində mətbuat konfransı zamanı Mərkəzi Bankın sədri Taleh Kazımov hazırda bankların marjaları (kredit faizləri ilə depozit faizlərindəki fərqin) çox yüksək olduğunu demişdi. O bildirib ki, bu marja 6-8%-dir.
"Mən bankirlərə ədalət naminə, harada səhvdirlər, "deyərəm səhvsiniz", harada haqlıdırlar, "Deyirəm haqlısınız və sizin tərəfinizi saxlayacam". Banklar "böyük marja şəraitində" deyil, "aşağı marja, böyük həcm" şəraitində çalışmağa öyrəşməlidirlər. Bu istiqamətdə banklar ilə çalışırq"- deyə o bildirib. / banker.az

Banklar     Tarix: 28 aprel 2025

Oxşar xəbərlər

"Qala Həyat"ın ödənişləri 76% artıb

"Qala Həyat Sığorta" ASC 2026-cı ilin yanvar–sentyabr aylarını 7 milyon 879 min 869 manat xalis mənfəətlə başa vurub. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 79 min 292 manat və ya 1% çoxdur. Ötən ilin doqqu

Bank Kartından Təhlükəsiz İstifadə üçün 10 Əsas Qayda

Bank kartı gündəlik maliyyə əməliyyatlarını daha rahat və sürətli edən əsas ödəniş vasitələrindən biridir. Bu gün insanlar alış-veriş, kommunal ödənişlər, onlayn sifarişlər, pul köçürmələri və digər bank əməliyyatları üçü

Azərbaycanda əcnəbilərin bank əmanətləri 1,6 milyard manata yaxınlaşıb

2026-cı ilin sentyabr ayının sonuna Azərbaycanda qeyri-rezident fiziki şəxslərin bank əmanətlərinin həcmi 1 milyard 592,9 milyon manata çatıb. Bu, ötən ilin eyni dövründəki 1 milyard 357,2 milyon manatla müqayisədə 235,

ABB DigiLife onlayn jurnalını təqdim etdi

ABB daha bir rəqəmsal layihəsini – DigiLife onlayn jurnalını təqdim edib. Müxtəlif mövzularda faydalı məlumatları, maraqlı fikirləri, şəxsi təcrübələri bir araya gətirən yeni platforma hər kəsə həm oxucu, həm müəllif olma

Azərbaycanda banklararası istinad faizi yüksəlib

Azərbaycanda banklararası təminatsız pul bazarında istinad faiz dərəcəsi olan AZIR oktyabrın 19-dan etibarən kəskin yüksəlib. xəbər verir ki, Mərkəzi Bankın açıqladığı son göstərici bençmark 6,2361% təşkil edir. Bu, oktyabrı

"Bank Respublika" mühüm təyinat baş tutub

"Bank Respublika" ASC-də yeni kadr təyinatı olub. xəbər verir ki, Cəfər Həmidov bankın baş texnologiya direktoru (CTO) vəzifəsinə təyin edilib. O, 2026-cı ilin oktyabrından etibarən yeni vəzifəsinin icrasına başlayıb

Banklarda ən sərfəli dollar əmanətləri – Noyabr 2026

olaraq banklarda 2026-cı ilin noyabr ayı üçün ABŞ dolları ilə müddətli əmanətlər üzrə təkliflərini araşdırıb. Araşdırmalara görə , 12 aylıq dollar əmanətləri üzrə ən yüksək illik faiz dərəcəsini 5% təklif edilir. Bankları

Azər Türk Bankın filialına şəhid əməkdaşın adı verildi

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun əzmi nəticəsində torpaqlarımızın işğaldan azad edilmiəsi xalqımızın birliyinin və ölkəmizin Prezidentinin qətiyyətli siyasətinin təntənəsidir

FINCA Azerbaijan "Heyva Festivalı"nda yerli sahibkarlarla bir araya gəlib - FOTOLAR

FINCA Azerbaijan 7 noyabr 2026-cı il tarixində Ağdaş şəhərində keçirilən II "Heyva Festivalı"nda iştirak edib. Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi və Ağdaş Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə baş tuta


iqtisadi xeberler bank faizleri bitkoin valyuta kurslari rubl mezenne