Birbank-dan daha bir yenilik: metro və avtobuslarda rahat ödəmə imkanı
®Ölkənin ilk rəqəmsal bankı Birbank müştərilərinin həyatını asanlaşdırmağa davam edir. Belə ki, artıq ödəmə terminallarının qarşısında gözləməyə ehtiyac yoxdur. Birbank mobil tətbiqində yaradılan QR bilet vasitəsilə paytaxt Bakı və Abşeron ərazisində metro və avtobuslardan istifadə edən sərnişinlər gediş haqlarını fiziki kart olmadan asanlıqla ödəyə bilərlər.
Bunun üçün Birbank mobil tətbiqində "Ödənişlər və köçürmələr" bölməsinə daxil olaraq BakıKart-ı seçmək lazımdır. Daha sonra ödəniş ediləcək kart və məbləği seçib QR bileti yaratmaq olar.
Qeyd etmək lazımdır ki, hər bir QR bilet yalnız bir gediş üçün etibarlıdır. Yaradılan biletin etibarlılıq müddəti 5 dəqiqədir. 5 dəqiqə ərzində biletdən istifadə edilmədiyi halda silinən məbləğ 2 saat ərzində müştərinin balansına geri qaytarılır. Bilet qiymətləri "BakıKart"-ın tariflərinə uyğunlaşdırılıb. Sərnişinlər marşrut xəttindən asılı olaraq gediş haqqı məbləğini dəyişə və ya bir neçə QR bilet yarada bilərlər. Yenilikdən istifadə üçün Birbank mobil tətbiqinin ən son versiyada yenilənməsi mütləqdir. / banker.az

Azərbaycanda ipoteka kreditlərinə böyük tələb – 6848 müraciətdən 1393-ü qeydə alınıb
ADA Universiteti və Bank of Baku-nun təşkil etdiyi II "Mini-MBA" proqramı yekunlaşdı
Yeni yaradılan şirkətə - DÖVLƏT QURUMUNDAN QADAĞA – ƏTRAFLI
Bank Respublika və AccessBank-ın birləşməsinin bazara təsiri açıqlanıb
Onlayn biznes ideyaları
Biznesə aid ən yaxşı 10 kitab
Bitcoin nədir?
Biznes nədir və hansı növləri var?
"Freelance" nədir?