Chat GPT-4 təqdim edilib
"OpenAI" şirkəti dərin öyrənmə sahəsindəki fəaliyyətinin genişləndirilməsinin son mərhələsi adlandırdığı GPT-4 AI modelini təqdim edib. İlkin olaraq Chat GPT-4 "Plus" tarifinə qoşulanlar üçün aktivləşdirilib. GPT-3.5-dən fərqli olaraq, GPT-4 mətnlə yanaşı şəkillərlə də işləyir. Tərtibatçıların fikrincə, o, müxtəlif peşəkar və akademik testlərdə insan səviyyəsinə çatır.
Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Qeyd olunur ki, "OpenAI" GPT-4-ü təkmilləşdirmək üçün altı ay vaxt xərcləyib. Modelin qadağan olunmuş məzmunla bağlı sorğulara cavab vermə ehtimalı 82% azdır, düzgün cavablar yaratmaq ehtimalı isə 40% çoxdur.
Adi dialoq zamanı GPT-3.5 ilə GPT-4 arasındakı fərq az nəzərə çarpır. "Fərq tapşırığın mürəkkəbliyi kifayət həddə çatdıqda özünü göstərir – GPT-4 daha etibarlı və yaradıcıdır", – şirkət vurğulayır.
Bununla belə, şirkət GPT-4-ün mükəmməl olmadığını qəbul edir. O, hələ də "halüsinasiyalar" görür və səhvlərə yol verir. Məsələn, testlərin birində süni intellekt Elvis Preslini "aktyorun oğlu" adlandırıb.
Tərtibatçılar qeyd edirlər ki, GPT-4 ümumiyyətlə 2021-ci ilin sentyabrından sonra baş verən hadisələrdən xəbərsizdir. Daha əvvəl "OpenAI"nin baş direktoru Sem Altman bildirmişdi ki, GPT-4 ən böyük dil modeli olmayacaq. Altman həmçinin etiraf edib ki, bəşəriyyət hələ də mükəmməl süni intellekt inkişaf etdirməkdən uzaqdır.

AMB: Kommersiya banklarını birləşməyə məcbur etmirik
Mərkəzi "Bank Respublika" - "AccessBank" sövdələşməsinin bank sektoruna təsirini açıqlayıb
"Bitcoin" 8 ayın maksimumuna yüksəlib - SON QİYMƏT
Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
AİB Direktorlar Şurasının üzvləri Gəncədə Bank Respublika-nın maliyyələşdirdiyi bizneslərlə tanış olublar
"Prior Credit" BOKT ASC nizamnamə kapitalını 48% artıraraq 3,1 milyon manata çatdırıb
Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi - QƏRAR
"Bank of America" FED-dən bu il daha iki faiz artımı gözləyir
Bir Azərbaycanın rəqəmsal transformasiya təcrübəsini Ər-Riyadda "Money20/20 Middle East" tədbirində təqdim edib
Bir-dən mikro sahibkarlar üçün rəqəmsal imkanlar: "Biznesdə birlikdə" proqramına start verildi
Ən çox gəlir gətirən onlayn bizneslər
Ən çox soruşulan müsahibə sualları hansılardır?
Dünyanın ən varlı 10 adamı
IMEI kod nədir?
Onlayn biznes növləri