Daha bir bank ötən il yaxşı qazanc götürüb - XALİS MƏNFƏƏTİ 14 DƏFƏ ARTIB

Daha bir bank ötən il yaxşı qazanc götürüb - XALİS MƏNFƏƏTİ 14 DƏFƏ ARTIB"AccessBank" QSC 2022-ci il üzrə maliyyə göstəricilərini açıqlayıb.
Marja.az xəbər verir ki, "AccessBank" 2022-ci ili 15 milyon 37 min manat xalis mənfəət ilə başa vurub. Bank 2021-ci ili 1 milyon 106 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, "AccessBank"ın xalis mənfəəti 2021-ci illə müqayisədə 2022-ci ildə 13,6 dəfə və ya 13 milyon 931 min manat artıb. Xalis mənfəətin artması gəlirlərin artmasından qaynaqlanır.
2022-ci ildə "AccessBank"ın əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 153 milyon 633 min manat təşkil edib ki, bu da 2021-ci il ilə müqayisədə 37,2% və ya 41 milyon 671 min manat çoxdur. 2021-ci ildə Bankın cəmi əməliyyat gəlirləri 111 milyon 962 min manat təşkil etmişdi.
2022-ci ildə "AccessBank"ın əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 129 milyon 299 min manat təşkil edib ki, bu da 2021-ci il ilə müqayisədə 16,8% və ya 18 milyon 601 min manat çoxdur. 2021-ci ildə Bankın cəmi əməliyyat xərcləri 110 milyon 698 min manat təşkil etmişdi.
Ötən il "AccessBank"ın əməliyyat gəlirləri əməliyyat xərclərini üstələdiyindən əməliyyat mənfəəti 24 milyon 334 min manat təşkil edib. 2021-ci ildə Bankın əməliyyat mənfəəti 1 milyon 264 min manat təşkil etmişdi. Beləliklə, "AccessBank"ın əməliyyat mənfəəti 2021-ci illə müqayisədə 2022-ci ildə 19,2 dəfə artıb.
2021-ci illə müqayisədə 2022-ci ildə"AccessBank"ın faiz gəlirləri 39,1% artaraq 140 milyon 555 min manat, qeyri-faiz gəlirləri isə 19,9% artaraq 13 milyon 78 min manat təşkil edib.
2022-ci ildə"AccessBank"ın mümkün zərərlər üçün yaradılan ehtiyatlara ayırdığı vəsait 9 milyon 297 min manat təşkil edib ki, bu da 2021-ci il ilə müqayisədə təxminən 59 dəfə çoxdur. Bank 2021-ci ildə  mümkün zərərlər üçün yaradılan ehtiyatlara 158 min manat ayırmışdı.
"AccessBank"ın cəmi aktivləri 2021-ci illə müqayisədə 2022-ci ildə 25,4% və ya 236 milyon 705 min manat artaraq 31 dekabr 2022-ci il tarixində 1 milyard 168 milyon 855 min manat təşkil edib. Bank 2021-ci ilin sonunda 932 milyon 150 min manat cəmi aktivlərə malik idi.
"AccessBank"ın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 2021-ci illə müqayisədə 2022-ci ildə 28,6% və ya 181 milyon 73 min manat artaraq 31 dekabr 2022-ci il tarixində 813 milyon 549 min manat təşkil edib. 2021-ci ilin sonunda Bankın kredit portfeli 632 milyon 476 min manata çatmışdı.
Ötən il "AccessBank"ın istehlak kreditləri portfeli 87 milyon 994 min manat artaraq 174 milyon 215 min manata, biznes kreditləri portfeli 94 milyon 648 min manat artaraq 634 milyon 17 min manata yüksəlib, ipoteka kreditləri portfeli isə 1 milyon 569 min manat azlaraq 5 milyon 317 min manata düşüb.
2022-ci ildə "AccessBank" qiymətli kağızlara investisiyalarını 2,5 dəfə artıraraq 93 milyon 361 min manata çatdırıb.
"AccessBank"ın depozit portfeli 2021-ci illə müqayisədə 2022-ci ildə 24,7% və ya 170 milyon 226 min manat artaraq 31 dekabr 2022-ci il tarixində 860 milyon 54 min manat təşkil edib. Bank 2021-ci ilin sonunda 689 milyon 828 min manat cəmi depozitlərə malik idi.
Ötən il "AccessBank"da fiziki şəxslərin depozitləri 161 milyon 40 min manat artaraq 719 milyon 13 min manata, hüquqi şəxslərin depozitləri isə 9 milyon 186 min manat artaraq 141 milyon 41 min manata yüksəlib.
31 dekabr 2022-ci il tarixində "AccessBank" 101 milyon 130 min manat məcmu kapitala malik olub. Bank 31 dekabr 2021-ci il tarixində 79 milyon 666 min manat məcmu kapitala malik idi.
Daha bir bank ötən il yaxşı qazanc götürüb - XALİS MƏNFƏƏTİ 14 DƏFƏ ARTIBDaha bir bank ötən il yaxşı qazanc götürüb - XALİS MƏNFƏƏTİ 14 DƏFƏ ARTIBDaha bir bank ötən il yaxşı qazanc götürüb - XALİS MƏNFƏƏTİ 14 DƏFƏ ARTIBDaha bir bank ötən il yaxşı qazanc götürüb - XALİS MƏNFƏƏTİ 14 DƏFƏ ARTIB

Banklar     Tarix: 24 yanvar 2023

Oxşar xəbərlər

Azərbaycan Rusiyaya bank hesabları barədə məlumat verəcək

Azərbaycan və Rusiya arasında vətəndaşların bank hesabları, əmlakı, gəlirləri və digər aktivləri barədə məlumat mübadiləsi aparılacaq. Rusiya Prezidenti Vladimir Putin MDB ölkələri arasında məhkəmə qərarlarının məcburi icras

ING: Azərbaycan Mərkəzi Bankı 2027-ci ildə uçot dərəcəsini sabit saxlayacaq

Niderlandın ING bankı Mərkəzi Asiya və Qafqaz (CCA) regionunun 2027-ci il üzrə iqtisadi və monetar perspektivlərini qiymətləndirib.  xəbər verir ki, ING-nin baza ssenarisinə əsasən, Azərbaycan Mərkəzi Bankının 2027-ci ild

"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb

"A-Qroup" sığorta şirkəti 2025-ci ilin yanvar–sentyabr aylarını 1 milyon 657 min 602 manat xalis mənfəətlə başa vurub. Şirkət 2024-cü ilin eyni dövründə 1 milyon 234 min 772 manat xalis mənfəət əldə etmişdi. Beləliklə

Banklarda ən sərfəli manatla əmanətlər – Noyabr 2026

olaraq banklarda 2026-cı ilin noyabr ayı üçün manat ilə müddətli əmanətlər üzrə təkliflərini araşdırıb. Araşdırmalara görə , 12 aylıq əmanətlər üzrə ən yüksək illik faiz dərəcəsini 10.5% təklif edilir. Bankların manatla depozi

AccessBank qadın sahibkarların inkişafına Access2Success ilə yenidən dəstək verir

Access2Success layihəsi bu il beşinci dəfə qadın sahibkarları bir araya gətirir. AccessBank-ın təşəbbüsü və Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) dəstəyi ilə həyata keçirilən proqram qadınların biznes biliklərin

"İpək Yolu Sığorta"nın yığımları 75%, mənfəəti 53% artıb

"İpək Yolu Sığorta" ASC 2026-cı ilin yanvar–sentyabr aylarını 742 min 929 manat xalis mənfəətlə başa vurub. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 256 min 845 manat və ya 52,8% çoxdur. şirkətin üçüncü rübü

Expressbank Bərdədə 300 ağac əkib

Expressbank "Təbiətə qayğı – Gələcəyə miras" korporativ sosial məsuliyyət layihəsi çərçivəsində növbəti ağacəkmə aksiyasını həyata keçirib. Bərdə Rayon İcra Hakimiyyətinin dəstəyi ilə rayonun Əliyanlı və Şirvanl

Xalq Bank premium kartları 50 % endirimlə təqdim edir

Xalq Bank müştərilərin premium kart üstünlüklərindən daha rahat və sərfəli şərtlərlə yararlanması məqsədilə yeni kampaniyaya start verib. Belə ki, müştərilər kampaniyadan yararlanmaqla Mastercard Black Edition və Visa Infinit

"Xalq Həyat"ın mənfəəti artıb, sığorta ödənişləri azalıb

"Xalq Həyat" Sığorta Şirkəti ASC 2026-cı ilin yanvar–sentyabr aylarını 2 milyon 145 min 318 manat xalis mənfəətlə başa vurub. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 201 min 460 manat və ya 10,4% çoxdur. şirkəti


iqtisadi xeberler dollar məzənnəsi online pul qazanmaq dollarin kursu bu gun dollar mezenne