Dünyada bir ilk! Apple "yuvarlana bilən" iPhone hazırlayır
Texnologiya sənayesindəki yeniliyi ilə tanınan Apple hələ də rəqibləri Samsung, Oppo və Motorola kimi qatlana bilən smartfon təqdim etməyib.
Banker.az xarici mediaya istinadən xəbər verir ki, texnologiya nəhənginin son patenti göstərdi ki, Apple öz növünün ilki olacaq "qatlanan" iPhone hazırlamağı planlaşdırır.
Apple iPhone 15-i sentyabr ayında təqdim etsə də, şirkət yuvarlana bilən smartfon buraxmağa qərar verərsə, bu, ən azı 2024-cü ilə qədər olmayacaq.
ABŞ-ın "Apple" şirkətinin patent sənədlərində ox ətrafında əyilən nazik və çevik ekrana malik rulon formalı iPhone dizaynı bütün detalları ilə görünüb. Apple-ın dizaynında ekranın üzərində qoruyucu şüşə təbəqəsi, həmçinin ekranı cızıqlardan və digər zədələrdən qorumaq üçün ləkə, duman, əks etdirmə əleyhinə antistatik təbəqələr var.
iPhone yuvarlananda ekran ox ətrafında silindrə bükülür və Apple yuvarlanma və açılma prosesində onu qorumaq üçün cihazın daxili hissəsinə bir neçə qat əlavə etməyi təklif edir. Patentə görə, telefonun daxili hissəsindəki örtüklər plastik material olan poliimiddən ibarət olacaq.
Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb
Nyu-Yorkdakı COMEX əmtəə birjasında qızılın qiymətində cüzi artım qeydə alınıb. Bir troya unsiyası üzrə dəyər 0,1% yüksələrək 4 101 ABŞ dollarına çatıb. xəbər verir ki, COMEX-də gümüş ucuzlaşıb. Bir unsiya gümüşün qiymət
Qaz ödənişləri ilə bağlı YENİLİK
İstifadə olunan təbii qazın ödənişi ilə bağlı yeni qayda tətbiq ediləcək. xəbər verir ki, abonentlər qaz sərfiyyatının dəyərini artıq POS-terminallar vasitəsilə də ödəyə biləcəklər. Beləliklə, istifadə edilmiş qazın haqq
Azərbaycan nefti ucuzlaşıb
Dünya bazarında "Azeri Light" markalı neft ucuzlaşıb. xəbər verir ki, dünya bazarında Azərbaycan neftinin 1 barelinin qiyməti 0.07 ABŞ dolları və ya 0.07% azalaraq 95.5 ABŞ dolları təşkil edib. Xatırladaq ki, neftimizi
Paytaxtda mənzillərin qiyməti artır? - VİDEO
Daşınmaz əmlak bazarında qiymət artımı davam edir. -ın "Xəzər" TV-yə istinadən yaydığı məlumata görə, əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, bahalaşma xüsusilə sahəsi kiçik olan mənzillərd
Bu tarixlərdə ardıcıl olaraq 4 gün İŞ OLMAYACAQ
Azərbaycanda noyabr ayında ardıcıl 4 gün qeyri-iş günü olacaq. xəbər verir ki, 8 Noyabr Zəfər Günü, 9 Noyabr isə Dövlət Bayrağı Günüdür. Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən, 8 Noyabr baza