Elektrik və hibrid avtomobillər üçün yumşaq kredit şərtləri - İLKİN ÖDƏNİŞ 10%-DƏN BAŞLAYIR

Elektrik və hibrid avtomobillər üçün yumşaq kredit şərtləri - İLKİN ÖDƏNİŞ 10%-DƏN BAŞLAYIRİqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) "Ekoloji təmiz nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması, təşviqi ilə bağlı qiymətləndirmələrin aparılması, təkliflərin hazırlanması və həyata keçirilməsi üzrə 2022-ci il üçün Yol Xəritəsi"ndə ekoloji təmiz nəqliyyat vasitələrindən istifadənin genişləndirilməsi üzrə maliyyə əlçatanlığının təmin olunmasına dair görüş keçirilib.
Bildirilib ki, bu sahədə aidiyyəti normativ aktlara dəyişikliklərin edilməsi və Azərbaycan Banklar Assosiasiyası vasitəsi ilə geniş tədbirlər nəzərdə tutulub.
İİTKM-də təşkil olunan müzakirə zamanı qeyd edilib ki, tədbirlərin icrası istiqamətində Azərbaycan Respulbikasının Mərkəzi Bankı tərəfindən "Kredit riskləri, o cümlədən iri kredit riskləri ilə bağlı prudensial normativ və tələblərə dair" Qaydada müvafiq dəyişikliklər edilərək, elektrik mühərrikli və hibrid avtomobillərə verilən kreditlər üzrə borcalanlar tərəfindən ödənilməli olan ilkin ödənişlərlə bağlı differensial yanaşma tətbiq olunub.
Ekoloji təmiz avtomobillərdən istifadənin stimullaşdırılması məqsədilə mühərrik növündən (elektrik, hibrid, yanacaq) və istehsal ilindən asılı olaraq avtomobillər üzrə yeni requlyativ tələblər müəyyən edilib, habelə qüvvədə olan qaydada avtomobilin qiyməti üzrə limit tələbi ləğv edilib.
İstehsal müddəti 3 ilədək olan elektrik mühərrikli avtomobillər üçün ilkin ödəniş minimum 10% (kredit təminata nisbəti max. 90%), 3 ildən yuxarı istehsalı olan elektrik mühərrikli avtomobillər üçün ilkin ödəniş minimum 40% (kredit təminata nisbəti max. 60%) müəyyən olunub.
Hibrid mühərrikli avtomobillər üçün isə istehsal müddəti 1 ilədək, 1-3 il və 3 ildən yuxarı olan avtomobillər üçün ilkin ödəniş müvafiq olaraq minimum 20%, 40% və 50% müəyyən edilib. 
Yol Xəritəsinə müvafiq olaraq sözügedən yeniliklər həm layihələndirmə mərhələsində, həm də qaydalar qüvvəyə mindikdən sonra Azərbaycan Banklar Assosiasiyası ilə birgə kommersiya bankları ilə müzakirə edilib, onların rəyləri nəzərə alınıb.
Elektrik və hibrid avtomobillər üçün yumşaq kredit şərtləri - İLKİN ÖDƏNİŞ 10%-DƏN BAŞLAYIRElektrik və hibrid avtomobillər üçün yumşaq kredit şərtləri - İLKİN ÖDƏNİŞ 10%-DƏN BAŞLAYIRElektrik və hibrid avtomobillər üçün yumşaq kredit şərtləri - İLKİN ÖDƏNİŞ 10%-DƏN BAŞLAYIRElektrik və hibrid avtomobillər üçün yumşaq kredit şərtləri - İLKİN ÖDƏNİŞ 10%-DƏN BAŞLAYIRElektrik və hibrid avtomobillər üçün yumşaq kredit şərtləri - İLKİN ÖDƏNİŞ 10%-DƏN BAŞLAYIRElektrik və hibrid avtomobillər üçün yumşaq kredit şərtləri - İLKİN ÖDƏNİŞ 10%-DƏN BAŞLAYIRElektrik və hibrid avtomobillər üçün yumşaq kredit şərtləri - İLKİN ÖDƏNİŞ 10%-DƏN BAŞLAYIR/ marja.az

Banklar     Tarix: 23 sentyabr 2022

Oxşar xəbərlər

ING: Azərbaycan Mərkəzi Bankı 2027-ci ildə uçot dərəcəsini sabit saxlayacaq

Niderlandın ING bankı Mərkəzi Asiya və Qafqaz (CCA) regionunun 2027-ci il üzrə iqtisadi və monetar perspektivlərini qiymətləndirib.  xəbər verir ki, ING-nin baza ssenarisinə əsasən, Azərbaycan Mərkəzi Bankının 2027-ci ild

"İpək Yolu Sığorta"nın yığımları 75%, mənfəəti 53% artıb

"İpək Yolu Sığorta" ASC 2026-cı ilin yanvar–sentyabr aylarını 742 min 929 manat xalis mənfəətlə başa vurub. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 256 min 845 manat və ya 52,8% çoxdur. şirkətin üçüncü rübü

"Zolotaya Korona" Rusiyadan Gürcüstana pul köçürmələrini bərpa edib

Rusiyanın "Zolotaya Korona" beynəlxalq pul köçürmələri sistemi təxminən dörd aylıq fasilədən sonra Gürcüstana pul göndərilməsi xidmətini bərpa edib. Lakin köçürmələr hələlik yalnız ölkənin ən böyük banklarında

ADA Universiteti və Bank of Baku-nun təşkil etdiyi II "Mini-MBA" proqramı yekunlaşdı

ADA Universiteti və Bank of Baku-nun  uğurlu tərəfdaşlığı davam etdirilir. Tərəflər arasında imzalanan əməkdaşlıq memorandumu çərçivəsində ADA Universitetinin İxtisasartırma proqramı tərəfindən təşkil edilən "Mini-MBA"

Euronews ABB-nin Özbəkistan bazarına daxil olmasından yazıb

Nüfuzlu beynəlxalq media qurumu Euronews ABB-nin Özbəkistan bazarına daxil olmasına, Bankın beynəlxalq genişlənmə strategiyasına və rəqəmsal transformasiya sahəsində nailiyyətlərinə geniş məqalə həsr edib. Məqalədə ABB-ni

AccessBank qadın sahibkarların inkişafına Access2Success ilə yenidən dəstək verir

Access2Success layihəsi bu il beşinci dəfə qadın sahibkarları bir araya gətirir. AccessBank-ın təşəbbüsü və Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) dəstəyi ilə həyata keçirilən proqram qadınların biznes biliklərin

Bank yeni konseptli ilk filialı ilə Gəncədə

Ölkənin birinci bankı Kapital Bank rəqəmsal bankçılığın imkanlarını fiziki məkanın üstünlükləri ilə birləşdirən yeni filial formatını təqdim edib. Yeni formatda ilk filial isə Gəncə şəhərində açılıb. Yeni konseptin üstünlüy

2026-cı il üzrə adi ipoteka kreditləşməsi üçün növbəti limitlər ayrılır

Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən 2026-cı ildə adi ipoteka kreditləşməsi prosesinin davam etdirilməsi məqsədilə müvəkkil banklara növbəti limitlər ayrılır. Fonda istinadən xəbər verir ki

PAŞA Bank növbəti ağacəkmə aksiyasında iştirak edib

PAŞA Bank ətraf mühitin qorunması və yaşıllıq sahələrinin genişləndirilməsi məqsədilə bank-maliyyə sektorunun birgə təşəbbüsü çərçivəsində təşkil olunan növbəti ağacəkmə aksiyasına qoşulub. 8 Noyabr – Zəfər Günü ərəfəsind


iqtisadi xeberler rubl mezenne investisiya pul qazanmaq biznes xeberleri