Ər-Riyad qiymət tavanı təyin edən ölkələrə neft satmayacaq
Səudiyyə Ərəbistanı qiymətləri məhdudlaşdıran ölkələrə neft satmaqdan imtina edib və hasilatı azalda bilər. "Əgər neftimizin ixracına qiymət tavanı təyin edilsə, bunu dəstəkləyən heç bir ölkəyə neft satmayacağıq", – deyə Səudiyyə Ərəbistanının energetika naziri Əbdüləziz bin Salman Əl Səud bildirib.
Banker.az bu barədə Vesti.ru-ya istinadən xəbər verir.
Energetika Nazirliyinin rəhbərinin sözlərinə görə, Səudiyyə Ərəbistanı neft hasilatını azalda bilər. Eyni zamanda o, digər dövlətlərin də bunu edəcəyini istisna etməyib və qanunun qəbulunun bazarda qeyri-sabitliyi və volatilliyi daha da artıracağını, sənayeyə mənfi təsir göstərəcəyini vurğulayıb.
Daha əvvəl G7 ölkələri Rusiya neftinin qiymət tavanına yenidən baxmaq planlarını açıqlamışdı. Qeyd edək ki, Rusiyadan neft tədarükünə qarşı sanksiyalar fevralın 5-dən qüvvəyə minib. Eyni zamanda, 2022-ci ilin sonunda Rusiya Prezidenti Vladimir Putin müqavilələrdə ABŞ və digər qeyri-dost dövlətlər tərəfindən tətbiq edilən qiymət tavanından danışılarsa, Rusiya neftinin və neft məhsullarının xarici qurumlara tədarükünü qadağan edib.
Dolların sabaha olan məzənnəsi - AÇIQLANDI
Azərbaycan Mərkəzi Bankı manatın rəsmi məzənnəsi ilə bağlı məlumat açıqlayıb. xəbər verir ki, 18 sentyabr 2026-cı il tarixindən etibarən manatın ABŞ dollarına qarşı rəsmi məzənnəsi Mərkəzi Bank tərəfindən 1,700 səviyyəsind
Qaz ödənişləri ilə bağlı YENİLİK
İstifadə olunan təbii qazın ödənişi ilə bağlı yeni qayda tətbiq ediləcək. xəbər verir ki, abonentlər qaz sərfiyyatının dəyərini artıq POS-terminallar vasitəsilə də ödəyə biləcəklər. Beləliklə, istifadə edilmiş qazın haqq
Vergi borcunu ödəməkdə çətinlik çəkənlərə GÜZƏŞT
2027-ci ildə Azərbaycanda vergi inzibatçılığının gücləndirilməsi ilə yanaşı, vergi ödəyicilərinə münasibətdə daha yumşaq yanaşmaların tətbiqi də nəzərdə tutulur. xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi layihəsind
Azərbaycan nefti ucuzlaşıb
Dünya bazarında "Azeri Light" markalı neft ucuzlaşıb. xəbər verir ki, dünya bazarında Azərbaycan neftinin 1 barelinin qiyməti 0.07 ABŞ dolları və ya 0.07% azalaraq 95.5 ABŞ dolları təşkil edib. Xatırladaq ki, neftimizi
Paytaxtda mənzillərin qiyməti artır? - VİDEO
Daşınmaz əmlak bazarında qiymət artımı davam edir. -ın "Xəzər" TV-yə istinadən yaydığı məlumata görə, əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, bahalaşma xüsusilə sahəsi kiçik olan mənzillərd