Əsas vəsaitlərin sənədləşdirilmədən alınmasına görə vergiödəyicisinə sanksiyası tətbiq edilirmi?
Vergiödəyicisinə məxsus olan əsas vəsaitlərin Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada sənədləşdirilmədən alınmasına görə vergiödəyicisinə maliyyə sanksiyası tətbiq edilirmi?
Dövlət Vergi Xidmətindən bildirilib ki, vergiödəyicisinin sahibliyində və istifadəsində olan əsas vəsaitlərin Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada sənədləşdirilmədən alınması və ya mədaxil edilməsinə görə məcəllənin 58.8.2-ci maddəsinə uyğun olaraq maliyyə sanksiyası tətbiq olunur.
Belə ki, Vergi Məcəlləsinin 58.8.2-ci maddəsinin müddəalarına əsasən, malların alışını və ya mədaxilini təsdiq edən müvafiq sənədlər olmadıqda, həmin malların alıcısı olan vergiödəyicisinə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə malların dəyərinin 10 faizi, ikinci dəfə 20 faizi, üç və daha çox dəfə yol verdikdə isə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. / banker.az
İstehsal sektoru çökür, xidmət sektoru dirçəlir
Almaniyanın özəl sektoru noyabr ayı üçün aşağı göstərici nümayiş etdirib. Şirkətlər həm biznes fəaliyyətində, həm də yeni sifarişlərdə daha yavaş artımlar olduğunu bildiriblər. xəbər verir ki, xidmət sektorunun fəaliyyə
Vergi borcunu ödəməkdə çətinlik çəkənlərə GÜZƏŞT
2027-ci ildə Azərbaycanda vergi inzibatçılığının gücləndirilməsi ilə yanaşı, vergi ödəyicilərinə münasibətdə daha yumşaq yanaşmaların tətbiqi də nəzərdə tutulur. xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi layihəsind
Bu ərizəni verməyənlər 200 man cərimə olunacaq
30 gün müddətində vergi orqanında uçota alınmaq üçün ərizənin verilməməsinə görə 200 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək. xəbər verir ki, məsələ Milli Məclisin bugünkü iclasında müzakirə olunan Vergi Məcəlləsind
Neft ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşıb. xəbər verir ki, dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin qiyməti azalıb. Belə ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,18 ABŞ dolları azalaraq 66,51 AB