Expressbankdan yaşıl təşəbbüsə dəstək
®Məsuliyyətli maliyyə institutu olan Expressbank Qlobal Təkrar Emal Günü münasibətilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Batareyaları təhvil ver, təbiəti qoru" layihəsinə qoşulub.
Belə ki, ekoloji təşəbbüsə dəstək olaraq Expressbankın baş ofisi ilə yanaşı, həm də filiallarında batareya tullantılarının utilizasiya məqsədilə toplanması üçün qutular yerləşdirilib. Bu təşəbbüs çərçivəsində müştərilər və əməkdaşlar istifadə olunmuş batareyaları Expressbank filiallarındakı bu qutulara atmaqla ekoloji cəhətdən təhlükəsiz şəkildə təkrar emalına dəstək ola biləcəklər.
Məlumdur ki, batareya tullantıları düzgün idarə olunmadıqda torpaq və su üçün ciddi çirkləndirici faktorlardan birinə çevrilir. Expressbank bu təşəbbüsə qoşulmaqla ekoloji tarazlığın qorunmasına töhfə verməyi və cəmiyyətin ekoloji şüurunu artırmağı hədəfləyir.
Qeyd edək ki, bu təşəbbüs Expressbankın "Təbiətə qayğı – Gələcəyə miras" adlı ekoloji layihəsi çərçivəsində dayanıqlı və yaşıl bankçılığa dəstək naminə həyata keçirdiyi silsilə aksiyalardan biridir. / banker.az

Azərbaycanda sənaye istehsalı azalıb, avtomobil istehsalı isə 77,2% artıb
Dövlət-özəl tərəfdaşlığı çərçivəsində maliyyə savadlılığı və kibertəhlükəsizlik mövzusunda təlim keçirilib
Azərbaycanda ipoteka kreditlərinə böyük tələb – 6848 müraciətdən 1393-ü qeydə alınıb
Yeni yaradılan şirkətə - DÖVLƏT QURUMUNDAN QADAĞA – ƏTRAFLI
Bank Respublika və AccessBank-ın birləşməsinin bazara təsiri açıqlanıb
Biznes qurmaq istəyənlərə 10 məsləhət
Dünyanın ən varlı 10 müğənnisi
Startup nədir və necə olur?
Amazonda satış etmək üçün bilməli olduqlarınız
Biznesə aid ən yaxşı 10 kitab